Pambıq yığımı mövsümünün başlaması ilə əlaqədar tədbirlər keçirilmişdir

10/09/2025
"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin təşkilatçılığı ilə pambıq yığımı mövsümünün başlaması ilə əlaqədar Saatlı və Beyləqan rayonlarında tədbirlər keçirilmişdir.
Cəmiyyətin Mərkəzi Aparatının, regional müəssisələrinin əməkdaşlarının iştirak etdiyi tədbirlərdə yeni pambıq mövsümü, proqnozlar, mövcud vəziyyət, perspektivlər, problemlər müzakirə edilmişdir.