Respublikamızın qeyri-neft sektorunda məhsuldar və perspektivli fəaliyyəti ilə seçilən qurumlarından biri olan “Azərpambıq ASK” MMC 2018-ci ildə yaradılmışdır.

Cəmiyyətin əsas fəaliyyət istiqamətini öz istifadəsində olan torpaq sahələrində, habelə fermerlərlə bağlanılan müqavilələr əsasında pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışını təşkil edir.

“Azərpambıq ASK” MMC-nin rayonlarda 14 müəssisəsi fəaliyyət göstərir:

  • Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi – 4200 ha)
  • Beyləqan Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi – 3200 ha)
  • Bərdə Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi – 3640 ha)
  • Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi – 1750 ha)
  • Saatlı Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi – 2600 ha)
  • Şirvan Pambıq Emalı Zavodu
  • Ucar Pambıq Emalı Zavodu
  • Ağdam Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi – 540 ha)
  • Goranboy Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi – 900 ha)
  • İmişli Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi – 1800 ha)
  • Sabirabad Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi – 3090 ha)
  • Salyan Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi – 1350 ha)
  • Tərtər Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi – 1650 ha)
  • Biləsuvar Təcrübə Sınaq Təsərrüfatı (əkin  sahəsi -  800 ha)