”Azərpambıq ASK MMC”-nin yeniyetmə və gənc idmançılara dəstəyi.

29/09/2022

Azərbaycan Prezidenti cənab İlham Əliyev Respublikamızda yeniyetmə və gənclərin bədən tərbiyəsi və sağlamlığında,gələcək nəslin idman sahəsində inkişaf etdirilməsinə ardıcıl olaraq xüsusi diqqət və qayğı göstərir.Bu məsələ həmişə dövlətimizin prioritetlərindən olmuş və olmaqdadır.

Bügunlərdə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASK) törəmə müəssisəsi olan Azərpambıq ASK MMC-nin təşəbbüsü və dəstəyi ilə Samux rayonunda yenidən təmir olunub istifadəyə verilən Bəhrə Ağır Atletika klubunun açılışı da dediklərimizin bariz nümunələrindəndir.

Ağır Atletika Klubunun açılışında Kənd Təsərrüfatı Naziri, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov,Gənclər və İdman Naziri Fərid Qayıbov ,Milli Olimpiya Komitəsinin Baş Katibi Azər Əliyev, , Samux rayon icra hakimiyyəti başçısı Alı Qocayev,Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, Azərpambıq ASK MMC-nin direktoru Fəxri Mehdiyev,Əməkdar məşqçi,idman ustası Firdovsi Umudov və digər qonaqlar iştirak etmişlər.Onlar uşaq,yeniyetmə və gənc idmançıların müxtəlif seksiyalar üzrə iştikarını maraqla izləmiş,onları təbrik etmiş və həm də idman həvəskarlarına müəyyən müvafiq tövsiyyələr vermişlər.

Ümumi sahəsi 400 kvadratmetr olan klubun 280 kvadratmetrlik hissəsi məşq,trinajor və ağır atletika zallarından ibarətdir. Müasir idman avadanlıqları ilə təmin olunmuş klubun həyətində bir sıra yenidənqurma işləri də aparılmışdır.Bütün bunlar idmançılarda xoş əhval-ruhiyyə yaratmaqla onları gələcək idman yarışlarına və qələbələrə ruhlandırır.