“Azərpambıq ASK” MMC-nin təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası keçirilib
"Azərpambıq ASK" MMC tərəfindən 31 dekabr – Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ərəfəsində xeyriyyə aksiyası keçirilib.
Aksiya Şirvan, Sabirabad, İmişli, Beyləqan rayonlarını əhatə edib. Aksiya zamanı bu rayonlarda yaşayan 200 şəhid və qazi ailələsinə ərzaq bağlamalarından ibarət sovqat paylanılıb.
Qeyd edək ki, bu Cəmiyyət tərəfindən il ərzində keçirilən üçüncü genişmiqyaslı xeyriyyə aksiyasıdır.