“Azərpambıq ASK” MMC-nin dəstəyi ilə futbol turniri keçirilib
Bu gunlərdə Sabirabad rayonunda Vətən Müharibəsi şəhidləri Niyazi İsmayılovun və Elgiz Abbaslının xatirəsinə həsr olunmuş kəndlərarası futbol çempionatına yekun vurulub.
Final oyunu Sabirabad şəhər Mərkəzi stadionunda keçirilib.
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin və “Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən oyunda Sabirabad rayon ictimaiyyətinin nümayəndələri, Mil-Muğan RGİİ-nin rəisi Nadir Quliyev və Cəmiyyətin "İstehsal və fermerlərlə iş" şöbəsinin müdiri İlham Quliyev çıxış ediblər.
Final oyununun qalibi rayonun Yenikənd komandası olub. İkinci və üçüncü yerləri isə Qəzli və Əlicanlı kəndlərinin komandaları bölüşüb.
Qalib komandalara Mil-Muğan RGİİ və “Azərpambıq ASK” MMC-in diplom və medalları, xatirə hədiyyələri təqdim olunub.