"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin təşkilatçılığı ilə pambıq yığımı mövsümünün başlaması ilə əlaqədar Bərdə (Mustafaağalı kəndi) və Saatlı (Dədə Qorqud kəndi) rayonlarında “Tarla günü” tədbirləri keçirilmişdir
"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin təşkilatçılığı ilə pambıq yığımı mövsümünün başlaması ilə əlaqədar Bərdə (Mustafaağalı kəndi) və Saatlı (Dədə Qorqud kəndi) rayonlarında “Tarla günü” tədbirləri keçirilmişdir.
Tədbirlərdə yerli və xarici tərəfdaş şirkətlərin nümayəndələri, fermerlər və Cəmiyyətin Mərkəzi Aparatının, regional müəssisələrinin əməkdaşları iştirak etmişlər.
Görüşlərdə yeni pambıq mövsümü, proqnozlar, mövcud vəziyyət, perspektivlər, problemlər müzakirə edilmiş, toxum, gübrə və kimyəvi preparatlar istehsalçısı olan tərəfdaş şirkətlərin təqdimatları dinlənilmişdir.