"Azərpambıq Aqrar Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

20/01/2025
"Azərpambıq Aqrar Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib.
 
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.