Azərpambıq Aqrar Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətində yeni mövsümdə xam pambığın qəbulu məsələlərinə həsr olunmuş görüş keçirilmişdir.

16/09/2024
Tədbirdə Cəmiyyətin rəhbər heyətinin nümayədələri, emal üzrə mütəxəssislər, regional müəssisələrin əməkdaşları, laborantlar iştirak edib.
 
Tədbirdə dövlət standartlarına uyğun olaraq xam pambığın qəbulu və saxlanılması qaydaları müzakirə olunmuşdur. Həmçinin regional müəssisələrdəki laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi, mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldirilməsi istiqamətində görülən işlər və perspektiv planlar təhlil edilmişdir.