"Azərpambıq Aqrar Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti 17-ci Karyera Sərgisində iştirak etmişdir

05/06/2025
"Azərpambıq Aqrar Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən təşkil olunan 17-ci Karyera Sərgisində iştirak etmişdir.
Sərgi iştirakçıları 150-dən çox şirkət və müəssisənin stendləri ilə tanış olmuş, işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq və mövcud vakansiyalar, təcrübə proqramları barədə məlumat almaq imkanı əldə etmişlər.