“Azərpambıq ASK” MMC-nin “İnsan resursları” şöbəsinin mütəxəssisləri müvəffəqiyyət sertifikatları ilə təltif olunmuşlar

06/12/2022

“Azərpambıq ASK” MMC-nin “İnsan resursları” şöbəsinin mütəxəssisləri Firəngiz Qəhrəmanova və Kamran Əlizadə "Business Management School" MMC-nin 3 iyul -14 avqust 2022-ci il tarixlərində təşkil etdiyi “Əmək Məcəlləsi və Kadr Kargüzarlığı” təlimini müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlarla təltif olunmuşlar.

2 hissədən ibarət olan “Əmək məcəlləsi və Kadr kargüzarlığı” təlimi ümumilikdə 24 saat davam etmişdir. Təlim prosesi Şəhriyar Qurbanov və Müşfiq Əmircanov tərəfindən aparılmışdır. Təlimin keçirilməsində məqsəd mütəxəssislərin insan resursları sahəsində bilik və bacarıqlarının təkmilləşdirməsi və fəaliyyət keyfiyyətinin yüksəldilməsidir. Təlimin sonunda imtahanlar əyani şəkildə keçirilir.

Qeyd edək ki, iştirakçılara 2 növ sertifikat təqdim olunur: təlimlərdə davamiyyət haqqında iştirakçı sertifikatı və imtahanda göstərilmiş 70%-lik nəticəyə uyğun olaraq müvəfəqiyyət sertifikatı.

 “Business Management School” MMC Azərbaycanda 2015-ci ildə fəaliyyətə başlamışdır. Qurumun fəaliyyətinin əsas istiqaməti Azərbaycan hüdudlarında biznesin inkişafı üçün ehtiyac duyulan ixtisaslara aid yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlərin təşkili və peşəkar kadrların hazırlanmasıdır.