Cəmiyyətinin zavod və məntəqələrində pambığın əkini, becərilməsi və yığımı Cəmiyyətin balansında
                        olan texnikalar vasitəsilə həyata keçirilir.
                        Tələblərə uyğun mütəmadi olaraq maddi-texniki baza, o cümlədən yeni ağır traktorlar cəlb edilməklə
                        daim təkmilləşdirilir. Cəmiyətdə şum işləri traktorlar və müxtəlif modelli, gövdəli kotan,
                        riperlər vasitəsi ilə həyata keçirilir. Səpinə hazırlıq dövründə yaz yarla işləri traktorlara
                        qoşulmuş ağır, rotorlu, diskli malalar tərəfindən aparılır.