"Azərpambıq ASK" MMC 13-14 sentyabr tarixlərində Beyləqan və Bərdə rayonlarında yerli və xarici tərəfdaş şirkətlərin nümayəndələrinin, fermerlərin və regional müəssisələrin əməkdaşlarının iştirakı ilə görüşlər keçirmişdir.
Görüşlərdə yeni pambıq mövsümü, proqnozlar, mövcud vəziyyət, perspektivlər, problemlər müzakirə edilmiş, toxum, gübrə və kimyəvi preparatlar istehsalçısı olan tərəfdaş şirkətlərin təqdimatları dinlənilmişdir.
Tədbirdə “Azseed” MMC, “EMA” MMC, “Aqrobiocore” MMC, “Aqrokimya Azərbaycan” MMC kimi Azərbaycan şirkətlərinin, “ProGen Tohum A.Ş.”, “Ertar Kimya Tar. Ür. ve Al. İmalat Paz. San. ve Tic. LTD. Ş”, “ SET Tohumculuk A.Ş”, “Moz Ticaret” kimi Türkiyə şirkətlərinin, Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Aqrar İnnovasiyalar Mərkəzinin nümayəndələri iştirak etmişlər.