“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC Karyera Sərgisində təmsil olunub

02/06/2023
“Azərpambıq ASK” MMC-nin İnsan resursları şöbəsinin əməkdaşları 31 may 2023-cü il tarixində Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən Gəncə şəhərində təşkil olunmuş Karyera Sərgisində iştirak ediblər.
 
Məzunların işədüzəlmə imkanlarının genişləndirilməsi məqsədi ilə təşkil edilmiş sərgidə icra hakimiyyəti orqanları, özəl qurumlar, qeyri-hökumət təşkilatları və aqrar bölmə üzrə ixtisaslaşmış müəssisələrin nümayəndələri iştirak ediblər.
 
Sərgidə 75-dən çox təşkilat və şirkət tərəfindən 800-dən çox vakant yer təqdim olunub.
 
Nümayəndə qismində iştirak etmiş İnsan resursları şöbəsinin əməkdaşları tərəfindən “Azərpambıq ASK” MMC-nin zavod və məntəqələrində mövcud vakant vəzifələrə uyğun ixtisası olan namizədlərdən, məzunlardan CV-lər qəbul edimiş, uyğun namizədlərin məlumatları qeyd edilmişdir.