2023-cü istehsalat ilinin səpin kampaniyasına hazırlıqla bağlı müşavirələr keçirilib
Aprelin 5-də "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin Saatlı və Beyləqan rayonlarında yerləşən müəssisələrində 2023-cü istehsalat ilinin səpin kampaniyasına hazırlıqla bağlı müşavirələr keçirilib. Müşavirələrdə mütəxəssislər, filial direktorları, aparıcı aqronom və mexaniklər iştirak ediblər.