“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC - "Xam pambığın daşınması xidmətinin satın alınması" ilə əlaqədar Təchizatçıların Açıq Tender (kağız üsulu) prosedurunda iştirakı ilə bağlı
ELAN
Satınalan təşkilatın adı: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
Satınalan təşkilatın VÖEN-i: 1305532271
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14
Müsabiqənin adı: Xam pambığın daşınması xidmətinin satın alınması
Müsabiqə nömrəsi: 000003
| № | Məsafə | Daşınma və xidmət ərazisi | Ölçü vahidi | Miqdarı |
| 1 | Xam pambığın daşınması Tərtər PİTM-dən Ucar PEZ-na Təxmini məsafə- 90 km | Tərtər şəhəri Nizami küçəsi 1 ünvanından- Ucar şəhəri Oğuz küçəsi 143 ünvanına | ton | 4700 |
| 2 | Xam pambığın daşınması Goranboy PİTM-dən Ucar PEZ-na Təxmini məsafə- 80 km | Goranboy şəhəri Afiq Heydərov küçəsi ünvanındanUcar şəhəri Oğuz küçəsi 143 ünvana | ton | 3200 |
| 3 | Xam pambığın daşınması Sabirabad PİTM-dən Ucar PEZ-na Təxmini məsafə- 142 km | Sabirabad rayonu Nizami kəndindən- Ucar şəhəri Oğuz küçəsi 143 ünvanına | ton | 3000 |
| 4 | Xam pambığın daşınması Saatlı PİEZ-dən Ucar PEZ-na Təxmini məsafə- 131 km | Saatlı Rayonu Əlsoltanlı kəndindən - Ucar şəhəri Oğuz küçəsi 143 ünvanına | ton | 1000 |
| 5 | Xam pambığın daşınması İmişli PİTM-dən Ucar PEZ-na Təxmini məsafə- 111 km | İmişli rayonu Xubyarlı kəndindən - Ucar şəhəri Oğuz küçəsi 143 ünvanına | ton | 1000 |
| 6 | Xam pambığın daşınması İmişli PİTM-dən Saatlı PİEZ-na Təxmini məsafə- 38 km | İmişli rayonu Xubyarlı kəndindən-Saatlı Rayonu Əlsoltanlı kəndinə | ton | 3500 |
| 7 | Xam pambığın daşınması Sabirabad PİTM-dən Saatlı PİEZ-na Təxmini məsafə- 44 km | Sabirabad rayonu Nizami kəndindən-Saatlı Rayonu Əlsoltanlı kəndinə | ton | 2000 |
| 8 | Xam pambığın daşınması İmişli PİTM-dən Beyləqan PİEZ-na Təxmini məsafə- 49 km | İmişli rayonu Xubyarlı kəndindən - Beyləqan rayonu 1 Şahseven kəndinə | ton | 2500 |
| 9 | Xam pambığın daşınması Salyan PİTM-dən Şirvan PEZ-na Təxmini məsafə- 52 km | Salyan rayonu Qızılağac kəndidən- Şirvan şəhəri, M.Qədirov küçəsi, Şirvan Salyan şossesi 5-ci km unvanına | ton | 4760 |
| 10 | Xam pambığın daşınması Sabirabad PİTM-dən Şirvan PEZ-na Təxmini məsafə- 22 km | Sabirabad rayonu Nizami kəndindən- Şirvan şəhəri, M.Qədirov küçəsi, Şirvan Salyan şossesi 5-ci km ünvanına | ton | 3810 |
| 11 | Xam pambığın daşınması Ağdam PİTM-dən Ağcabədi PİEZ-na Təxmini məsafə- 26 km | Ağdam rayonunun Quzanlı qəsəbəsindən - Ağcabədi rayonu Hacıbədəlli kəndinə | ton | 1353 |
| 12 | Xam pambığın daşınması Beyləqan PİEZ-dən Biləsuvar PİEZ-na Təxmini məsafə- 71 km | Beyləqan rayonu 1 Şahsevən kəndindən - Biləsuvar rayonu Səmədabad kəndinə | ton | 600 |
Təchizatçıların nəzərinə çatdırmaq istəyirik ki:
- İcraçı, daşınma xidməti çərçivəsində ona təhvil verilmiş malların təhlükəsiz, zədəsiz və bütöv şəkildə təyinat yerinə çatdırılmasına tam məsuliyyət daşıyır. Daşıma prosesi zamanı malların sayında azalma, həcminin və çəkisinin dəyişməsi, zədələnməsi, yararsız hala düşməsi və ya digər bu kimi itki və zərər halları aşkar edildiyi təqdirdə, İcraçı Sifarişçiyə dəymiş real maddi zərəri tam həcmdə və gecikmədən kompensasiya etməyə borcludur.
- Xidmətin fasiləsiz və operativ icrasını təmin etmək məqsədilə, xam pambığın daşınmasını tələb olunan səviyyədə aparılması şərti ilə, təklif edilən yük nəqliyyat vasitələri 15–20 ton yük götürmə qabiliyyətinə malik olmalı, həmçinin KamAZ və ya KamAZ tipli yük maşınlarından ibarət olmalıdır. Təklifdə bu tip nəqliyyat vasitələrinin sayı ən azı 10 ədəd olaraq göstərilməlidir. Sözügedən nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalı və xidmətin icrası üçün daim hazır vəziyyətdə saxlanılmalıdır.
- Daşınma zamanı xam pambığın xüsusi örtüklə qorunması mütləq şərtdir. İcraçı xam pambığı zərərdən qorumaq üçün müvafiq örtüklərlə təchiz edilmiş yük avtomobilləri təqdim etməlidir. Örtüklər İcraçı tərəfindən təmin edilir.
Əsas Şərtlər Toplusunun Məlumat Vərəqinin 3-cü bölməsində göstərilən uyğunluq göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədlər (bununla məhdudlaşmamaq şərtilə) təqdim edilməlidir:
- Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış tenderin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən təsdiq olunmalıdır.
- İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış;
- Peşəkarlıq və təcrübə kimi, son 3-5 il ərzində ÜMUMİLİKDƏ ən azı 600.000.00 (altı yüz min manat) AZN məbləğində icra edilmiş və ya icrasının 80 faizdən çoxu tamamlanmış cari satınalma predmetinə oxşar ən azı 2 müqavilə təqdim edilsin
Müsabiqənin dərc edilmə tarixi: 25.12.2025, 11:00
Təkliflərin son təqdim olunma tarixi, saatı və yeri:
(21.01.2026, 17:00) Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14, ASK Villanın inzibati binası
Zərflərin açılış tarixi, saatı, yeri və forması:
İddiaçılar müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 21 yanvar 2026-cı il tarixində saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 22 yanvar 2026-cı il tarixində saat 11:00-da video konfrans şəklində keçiriləcəkdir.
İştirak haqqı: 800 (səkkiz yüz manat) AZN
Təchizatçılar Əsas şərtlər toplusunu əldə etmək və tender təklifləri təqdim etmək üçün aşağıda qeyd olunan Satınalan təşkilatın Bank hesabına iştirak haqqı ödənilməlidir:
Bankın adı: “Kapital Bank” ASC
Swift Code: AIIBAZ2XXXX
Bankın ünvanı: AZ 1001, Bakı şəhəri, Zərifə Əliyeva küç. 63
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
Bank VÖEN: 9900003611
Alan: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
Alanın hesabı: AZ61AIIB38070019440435563105
VÖEN: 1305532271
Qeyd: Cari Açıq Tender üzrə əsas şərtlər toplusunu , Elan verildikdən sonra Bank hesabından ödəniş ilə bağlı çıxarışı və açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət sorğusunu əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsin email ünvanına təqdim edildikdən sonra əldə edə bilərsiniz.
Əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsin:
A.S.A.: Rəfiqə Hacıyeva Vəfadar
Vəzifəsi: Satınalma və təchizat şöbəsi aparıcı mütəxəssis
Tel. (Mobil): +994 55 500 13 63
Tel. (Şəhər): +994 12 525 55 35 (dax. 536)
Elektron poçt ünvan: rafiga.hajiyeva@azercotton.com