“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC - "Saatlı PİEZ-da 35 KV transformatorda açarın dəyişdirilməsi xidmətinin satın alınması " ilə əlaqədar Təchizatçıların Qiymət Sorğusu (kağız üsulu) prosedurunda iştirakı ilə bağlı
ELAN
Satınalan təşkilatın adı: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
Satınalan təşkilatın VÖEN-i: 1305532271
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14
Müsabiqənin adı: Saatlı PİEZ-da 35 KV transformatorda açarın dəyişdirilməsi xidmətinin satın alınması
Müsabiqə nömrəsi: 000045
| № | Satın alınması planlaşdırılan malların | |||
| Adı | Təsviri | Ölçü vahidi | Miqdarı | |
| 1 | 35 kV açar | 35 kV açar | ədəd | 1 |
| 2 | 35 kV Cərəyan transformator | 35 kV Cərəyan transformator | ədəd | 2 |
| 3 | 35 kV sonluq mufta | 35 kV sonluq mufta | dəst | 2 |
| 4 | UPS | UPS | ədəd | 1 |
| 5 | 35 kV-luq dayaq izolyatoru | 35 kV-luq dayaq izolyatoru | ədəd | 3 |
| 6 | Rele mühafizə sisteminin yığılması | Rele mühafizə sisteminin yığılması | dəst | 1 |
| 7 | Sıradan çıxmış kondensator qurğusunun sökülməsi və yenisinin əvəz olunması 150 kVAR | Sıradan çıxmış kondensator qurğusunun sökülməsi və yenisinin əvəz olunması 150 kVAR | Kvar | 150 |
| 8 | RLND-nin sınaq olunması | RLND-nin sınaq olunması | dəst | 1 |
| 9 | Qüsurlu avadanlıqların sökülməsi və yenisinin quraşdırılması | Qüsurlu avadanlıqların sökülməsi və yenisinin quraşdırılması | dəst | 1 |
| 10 | Xırdavat | Xırdavat | dəst | 1 |
Təchizatçıların nəzərinə çatdırmaq istəyirik ki:
1. Xidmətlərin yerinə yetirilmə müddəti
Xidmətlər müqavilə qüvvəyə mindiyi tarixdən sonra sifarişə əsasən 15 (on beş) təqvim günü ərzində tam yerinə yetirilməlidir.
Əsas Şərtlər Toplusunun Məlumat Vərəqinin 3-cü bölməsində göstərilən uyğunluq göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədlər (bununla məhdudlaşmamaq şərtilə) təqdim edilməlidir:
- Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış tenderin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən təsdiq olunmalıdır.
- İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış;
Müsabiqənin dərc edilmə tarixi: 01.10.2026, 10:00
Təkliflərin son təqdim olunma tarixi, saatı və yeri:
(15.10.2026, 17:00) Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14, ASK Villanın inzibati binası
Zərflərin açılış tarixi, saatı, yeri və forması:
İddiaçılar müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 15 oktyabr 2026-cı il tarixində saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 16 oktyabr 2026-cı il tarixində saat 11:00-da video konfrans şəklində keçiriləcəkdir.
İştirak haqqı: 50 (əlli) AZN
Təchizatçılar Əsas şərtlər toplusunu əldə etmək və qiymət təklifləri təqdim etmək üçün aşağıda qeyd olunan Satınalan təşkilatın Bank hesabına iştirak haqqı ödənilməlidir:
Bankın adı: “Kapital Bank” ASC
Swift Code: AIIBAZ2XXXX
Bankın ünvanı: AZ 1001, Bakı şəhəri, Zərifə Əliyeva küç. 63
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
Bank VÖEN: 9900003611
Alan: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
Alanın hesabı: AZ61AIIB38070019440435563105
VÖEN: 1305532271
Qeyd: Cari Qiymət Sorğusu üzrə əsas şərtlər toplusunu , Elan verildikdən sonra Bank hesabından ödəniş ilə bağlı çıxarışı və qiymət sorğusunda iştirak etmək niyyəti barədə müraciət sorğusunu əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsin email ünvanına təqdim edildikdən sonra əldə edə bilərsiniz.
Əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsin:
A.S.A.: Elçin Hüseynov Eldar oğlu
Vəzifəsi: Satınalma və təchizat şöbəsi böyük mütəxəssis
Tel. (Mobil): +994 55 500 51 12
Tel. (Şəhər): +994 12 525 55 35 (dax. 536)
Elektron poçt ünvan: elchin.huseynov@azercotton.com