Cəmiyyətin Saatlı fillialında yeni alınmış presin quraşdırılması xidmətinin satın alınması

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC -  "Cəmiyyətin Saatlı fillialında yeni alınmış presin quraşdırılması xidmətinin satın alınması" ilə əlaqədar Təchizatçıların Açıq Tender (kağız üsulu) prosedurunda iştirakı ilə bağlı 

ELAN

Satınalan təşkilatın adı: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

Satınalan təşkilatın VÖEN-i: 1305532271

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14

Müsabiqənin adı: Cəmiyyətin Saatlı fillialında yeni alınmış presin quraşdırılması xidmətinin satın alınması

Müsabiqə nömrəsi: 000038/26

"Azərpambıq ASK" MMC-nin Saatlı PİEZ filialında yeni alınmış presin quraşdırılması üçün görüləcək

                                      İŞİN HƏCMİ

S/S

Görüləcək işlərin adı

Ölçü vahidi

Miqdar

1

Mövcud presin (4.65x1.7x7.0(H)) demontaj olunması

komp

1.00

2

Dam örtüyündə sendviçlərin sökülməsim2

332.20

3

Fermaların (12.4x2.0(H)) demontaj olunması

ədəd

3.00

4

Köhnə presin alt hissəsində dəmir beton qatın (2.0x4.85x1.0(H)) söküntüsü və təmizlənməsim3

9.70

5

Metal sütunlarda (⌀200x8 mm) əlavə artırma işləri

m

36.00

6

Yeni fermaların hazırlanması və quraşdırılması 

ədəd

3.00

7

Dam örtüyü və yan divarların sendviç paneldən üzlənməsi m2

746.00

8

Dam örtüyündə yan divarlarda plastik pəncərələrin quraşdırılmasım2

16.00

9

Yeni presaltı döşəmədə dəmir beton işləri (beton B-25)
m3

10.00

10

Armatur  ∅ 14 AⅢ

ton

0.50

11

Ankerlərin quraşdırılması

ədəd

4.00

12

Yeni presin (1.85x4.75x10(H)) montaj olunması

komp

1.00

13

Tullantıların 10 km məsafəyə daşınması

 

 

 

 

Təchizatçıların nəzərinə çatdırmaq istəyirik ki:

  1. Müqavilə imzalandıqdan sonra 1 ay müddətində təhvil verilməlidir.
  2. Pres  “Azərpambıq ASK” MMC-nin Saatlı PİEZ-nun nümayəndələrinin, sifarişçi və icraçının iştirakı ilə quraşdırılmalı və müvafiq sənədlər tərtib olunmalıdır.
  3. Görülən işlər və xidmətlər dövlət tərəfindən müəyyən olunmuş standartlara uyğun, materialların sertifikatı olmalı və betonlama işləri görülən zaman icraçı tərəfindən zədələnmiş sahələr yenidən bərpa edilməlidir.
  4. İşləri və xidmətləri yerinə yetirən və sənədləri tərtib edən təşkilatın bu işləri görməyə müvafiq sənədləri-sertifikatları və lisenziyası olmalı, təhlükəsizlik tədbirləri icraçı şirkət tərəfindən təmin edilməli, maşın və mexanizmlərin (qaldırıcı kran, avtosəbət və s.) müvafiq sınaq aktları və idarə edən şəxslərin icazə sənədləri olmalıdır.
  5. Görülmüş işlərin və xidmətlərin təhvil verilməsi sifarişçi və icraçı tərəfindən yaradılmış komissiya tərəfindən yerinə yetirilməlidir.

Əsas Şərtlər Toplusunun Məlumat Vərəqinin 3-cü bölməsində göstərilən uyğunluq göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədlər (bununla məhdudlaşmamaq şərtilə) təqdim edilməlidir:

  1. Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış tenderin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən təsdiq olunmalıdır.
  2. İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
  3. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
  4. Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
  5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış;
  6. Peşəkarlıq və təcrübə -Son 3-5 il ərzində Ümumilikdə ən azı 300 000.00 (üç yüz min) AZN məbləğində icra edilmiş və ya icrasının 80 faizdən çoxu tamamlanmış cari satınalma predmetinə oxşar ən azı 2 (iki)  müqavilə təqdim edilsin

Müsabiqənin dərc edilmə tarixi: 18.08.2026,  15:00

Təkliflərin son təqdim olunma tarixi, saatı və yeri: (08.09.2026, 17:00) Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14, ASK Villanın inzibati binası

Zərflərin açılış tarixi, saatı, yeri və forması:

İddiaçılar müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 08 sentyabr 2026-cı il tarixində saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 09 sentyabr 2026-cı il tarixində saat 11:30-da video konfrans şəklində keçiriləcəkdir. 

İştirak haqqı: 200 ( iki yüz ) AZN 

Təchizatçılar Əsas şərtlər toplusunu əldə etmək və tender təklifləri təqdim etmək üçün aşağıda qeyd olunan Satınalan təşkilatın Bank hesabına iştirak haqqı ödənilməlidir:

Bankın adı: “Kapital Bank” ASC

Swift Code: AIIBAZ2XXXX

Bankın ünvanı: AZ 1001, Bakı şəhəri, Zərifə Əliyeva küç. 63

Müxbir hesabı: AZ37NABZ01350100000000001944

Bank VÖEN: 9900003611

Alan: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

Alanın hesabı: AZ61AIIB38070019440435563105

VÖEN: 1305532271

Qeyd: Cari Qiymət sorğusu üzrə əsas şərtlər toplusunu , Elan verildikdən sonra Bank hesabından ödəniş ilə bağlı çıxarışı və açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət sorğusunu əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsin email ünvanına təqdim edildikdən sonra əldə edə bilərsiniz.

 A.S.A.: Abdullayeva Ləman AKif qızı

Vəzifəsi: Satınalma və təchizat şöbəsi aparici mütəxəssis

Tel. (Mobil): +994 55 500 07 44

Tel. (Şəhər): +994 12 525 55 35 (dax. 536)

Elektron poçt ünvan: laman.abdullayeva@azercotton.com