5 dekabr 1964-cü ildə Göyçay şəhərində anadan olub.

1988-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə başladığı dövrdən müxtəlif məsul vəzifələrdə çalışmış,

1996-1999-cu illərdə “Schlumberger” şirkətində,

2000-2005-ci illərdə “Sedco Forex İnternational” şirkətində baş mühasib vəzifəsini yerinə yetirmişdir.

2005-2008-ci illərdə “ATA Turizm” MMC-də Maliyyə nəzarətçisi,

2007-2011-ci illərdə isə “Vertsila Azərbaycan” MMC şirkətində Biznes nəzarətçisi,

2011-2016-ci illərdə “Sinteks” MMC-də Maliyyə meneceri və “Azəricard” MMC-də Şöbə müdiri vəzifələrində çalışmışdır.

2018-2020-ci ildən bəri “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də Direktorun birinci müavini vəzifəsində,

2021-ci ildən bəri “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də Direktorun müavini vəzifəsində çalışır.