5 dekabr 1964-cü ildə Göyçay şəhərində anadan olub.
1988-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
Əmək fəaliyyətinə başladığı dövrdən etibarən müxtəlif məsul vəzifələrdə çalışıb.
1996–1999-cu illərdə "Schlumberger" şirkətində baş mühasib vəzifəsində çalışıb.
2000–2005-ci illərdə "Sedco Forex International" şirkətində baş mühasib vəzifəsini icra edib.
2005–2008-ci illərdə "ATA Turizm" MMC-də maliyyə nəzarətçisi vəzifəsində çalışıb.
2007–2011-ci illərdə "Wärtsilä Azərbaycan" MMC-də biznes nəzarətçisi vəzifəsini yerinə yetirib.
2011–2016-cı illərdə "Sinteks" MMC-də maliyyə meneceri, daha sonra "Azəricard" MMC-də şöbə müdiri vəzifələrində çalışıb.
2018-ci ildən "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-də direktor müavini vəzifəsində çalışır.