![](https://azercotton.az/storage/media/16/togrul.jpg)
Toğrul Quluzadə 11 iyun 1989-cu ildə Bakı şəhərində anadan olub.
2006-cı ildə orta təhsilini başa vurub.
2006-2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb.
Sonradan, Riqa Texnik Universitetinin “İqtisadiyyatın və Biznesin İdarəedilməsi” fakültəsində bakalavr, 2013-2014-cü illərdə Riqa və Stokqolm Ali Hüquq Məktəbində “Beynəlxalq Kommersiya Hüququ” üzrə Magistr (LL.M), 2014-2015-ci illərdə isə Belçika Krallığının Qent Universitetində “Beynəlxalq və Avropa Birliyi Biznes Hüququ” üzrə yüksək Magistr (LL.M) təhsili almışdır.
2015-ci ildə Almaniyanın Arbitraj İnstitutunun və Köln Universitetinin Beynəlxalq Kommersiya Arbitrajı Akademiyasında “Beynəlxalq Kommersiya Arbitraj Hüququ” üzrə, 2019-cu ildə Harvard Universitetində “Müqayisəli Müqavilə Hüququ” üzrə də təhsil almışdır.
Həmçinin, 2022-ci il tarixindən Niderland Krallığının Leyden (Leiden) Universitetinin hüquq elmləri üzrə fəlsəfə doktoru namizədidir (PhD Candidate in Law).
2012-2013-cü illərdə Latviya Respublikasında fəaliyyət göstərən “United Oils” şirkətində Müqavilə Hüququ üzrə mütəxəssis və həmin şirkətin regional nümayəndəsi, 2015-2019-cu illərdə Bakı Hüquq Mərkəzində baş hüquqşünas vəzifəsində işləyib. Bundan başqa, Bakı Şəhər Halqası Əməliyyat şirkətində (Formula 1 Azərbaycan) hüquq meneceri və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin Hüquq departamentinin direktoru vəzifəsində işləyib.
10 iyul 2020-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Hüquq departamentinin direktor müavini, 07 iyul 2021-ci ildə Hüquq departamentinin direktoru vəzifəsinə təyin olunub. 2020-ci il tarixindən BMT-nin “Beynəlxalq Kommersiya Arbitrajı Şurası”nın hüquqşünas üzvüdür. Həmçinin, “London Beynəlxalq Arbitraj Məhkəməsi” nin (LCIA) arbitrı və “Beynəlxalq Ticarət Palatası”nın (ICC) Ticarət, İnvestisiya, Rəqabət və Arbitraj hüququ kommissiyalarının üzvüdür.