Rüstəm Əkbərli 1 sentyabr 1990-cı ildə Yardımlı rayonunda anadan olub.

2011-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2012-2013-cü illərdə Bakı Şəhər İcra Hakimiyyətində “Ticarət və xidmət” departamentində mütəxəssis vəzifəsində çalışıb.

2013-2014-cü illərdə Türkiyə Cumhuriyyətinin İstanbul Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” üzrə magistr təhsili alıb.

2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı” çərçivəsində 2014-2016-cı illərdə Avstraliyanın Sidney şəhərində yerləşən “Macquarie” Universitetində beynəlxalq biznes və beynəlxalq münasibətlər üzrə ikili magistr dərəcəsi alıb.

2016-2017-ci illərdə “Nurgün Holdinq”də “Biznesin inkişafı” şöbəsində menecer, daha sonra şöbə müdiri vəsifəsində çalışıb.

2018-2019-cu illərdə ‘’Azərbaycan Sənaye Korporasiyası’’ Açıq Səhmdar Cəmiyyətinin Maliyyə departamentində İnvestisiya şöbəsinin aparıcı və baş mütəxəssisi, daha sonra şöbə müdiri vəsifəsində çalışıb.

22 yanvar 2020-ci ildə “Strateji inkişaf və kommersiya” departamentində direktor müavini, 14 dekabr 2021-ci il tarixindən etibarən həmin departamentdə direktor vəzifəsinə təyin olunub.