![](https://azercotton.az/storage/media/14/news1.jpg)
Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində anadan olub.
1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib.
1992-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
1993-cü ildən 1998-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.
1998-ci ildən 2003-cü ilə qədər "Lukoil Marine İnternational" şirkətinin vitse-prezidenti olub.
2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasını bitirib.
2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.
2006-cı ildən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
01 noyabr 2015-ci il tarixində Qazax rayonu 107 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru təyin edilmişdir.