Bəhruz Camalov 1 fevral 1973-cü ildə Biləsuvar rayonunda anadan olub.

Əmək fəaliyyətinə 1993-cü ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinin hesablama laboratoriyasında mühəndis vəzifəsində başlamış.

1995-1997-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi “Aqroinkom” Xarici İqtisadi Birliyinin Mühasibat üçotu və hesabatı şöbəsində aparıcı mütəxəssis. Tütünçülük, şərabçılıq, tərəvəzçilik və heyvandarlıq məhsullarının satışı şöbəsində mütəxəssis, Pambıq məhsullarının satışı şöbəsində baş mütəxəssis vəzifələrində çalışmışdır.

1997-ci ildən 2017-ci ilədək “MKT İstehsalat Kommersiya” MMC-də inspektor, şöbə rəisi departament rəisi, baş direktorun müavini vəzifələrində çalışmış “Gilan Agricultural Group” MMC-də baş icraçı direktorun müşaviri vəzifəsini icra etmişdir.

2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

9 iyul 2018-ci ildə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru vəzifəsinə,

2022 -ci ildə isə Müşahidə şurasının üzvü vəzifəsinə təyin olunmuşdur.