Azad Aslanov 29 dekabr 1976-cı ildə Gəncə şəhərində anadan olub.

1994-cü ildə Moskva Dövlət Pedaqoji Universitetinin “Sosiologiya, iqtisadiyyat və hüquq” fakültəsinin hüquq bölməsini bitirib.

2000-ci ildə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Dövlət İdarəçilik Akademiyasının “Bazar iqtisadiyyatının hüquqi təminatı’ kafedrasının aspiranturasına qəbul olub və 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi elmi dərəcəsini alıb.

1998-2007-ci illərdə Rusiya Federasiyasında müxtəlif dövlət və özəl müəssisələrində hüquq məsləhətçisi vəzifəsində işləyib.

2007-2008-ci illərdə “Akkord SDİ Şirkətlər Qrupu” MMC-də, 2009-2011-ci illərdə “Bakı Hüquq Mərkəzi” MMC-də hüquq məsləhətçisi,

2011-2014-cü illərdə fərdi hüquqşünas, 2014-2018-ci illərdə “LSP” hüquq şirkətində baş hüquqşünas kimi çalışıb.

4 mart 2019-cu ildə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin “İnsan resursları” departamentinin direktor müavini,

2 aprel 2019-cu ildə “Korporativ xidmətlər” departamentinin direktor müavini, 18 iyun 2020-ci ildə “Korporativ xidmətlər” departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur.