Azərbaycan dünyanın ilk insanların məskunlaşdığı ölkələrdən biridir. Əl verişli iqlim şəraiti, zəngin təbiəti, hündür sıra dağları, geniş düzənlikləri və çoxlu çayları olan bu ərazidə yaşayan insanlar tarixin ilk anlarından başlayaraq oturaq həyat tərzi sürməyə başlamış, əkinçilik və maldarlıqla məşğul olmuşlar. Hələ yeni eradan çox-çox əvvəl, qədim tunc dövründə Azərbaycan ərazisində əkinçilik mədəniyyəti formalaşmış, taxılçılıq insanların əsas məşğuliyyətinə çevrilmişdir. Tarixi inkişafın sonraki mərhələsində əkinçiliyin səviyyəsi getdikcə yüksəlmiş, təsərrüfatın yeni-yeni sahələri meydana çıxmışdır.
Artıq XIX əsrin ikinci yarısından başlayaraq kənd təsərrüfatının bır çox sahələrin aktual xarakterini itirmiş, ticarət əmtəə səciyyəsi daşımağa başlamışdır. Azərbaycan bütün Qafqazın ən böyük taxılçılıq, pambıqçılıq, ipəkçilik, tütünçülük və heyvandarlıq mərkəzinə çevrilmişdir. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi və onun məhsuldarlığının artması prosesi XX əsrin 60-cı illərində də davam etmişdir. Lakin, Azərbaycanın kənd təsərrüfatının əsl inkişafı XX əsrin 70-ci illərinin əvvəllərindən başlamışdır. Təbiətin Azərbaycana verdiyi imkanlardan və potensialdan yalnız 70-ci illərin əvvəllərindən, yəni Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı illər də daha geniş, düzgün və səmərəli istifadə edilməyə başlanmışdır.
Məhz Heydər Əliyev xalqımızın əvəzsiz sərvəti olan torpaqdan və xüsusən əkinçiliyin qızıl fondu sayılan suvarılan torpaqlardan daha səmərəli, daha təsərrüfatçılıqla istifadə etməyin forma və metodlarını öyrətdi. Azərbaycanda kənd təsərrüfatını sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut etdi, bu sahədə, sözün əsl mənasında, dönüş yaratdı.
Keçən əsrin 70-ci illərindən başlayaraq Ümummilli liderimiz H.Ə.Əliyevin müdrik siyasəti nəticəsində ölkənin kənd təsərrüfatında uzun illər hökm sürən geriliyə qısa zaman kəsiyində son qoyuldu. Həmin o illərdə kənd təsərrüfatı istehsalının davamlı inkişafı nəticəsində istehsal edilən və tədarük olunan məhsulların həcmi ilbəil artırdı. Bu müvəffəqiyyətlərin qazanılmasında aqrar təhsil və elm adamlarının da böyük xidmətləri olmuşdur.
Başı min bir bəlalar görmüş Azərbaycan XX əsrin sonunda bir daha sınağa çəkildi. Suların boz-bulanıq selə döndüyü bir məqamda ulu tanrının qüdrəti və xalqın iradəsi ilə H. Əliyev cənabları dünyanın siyasi arenasında yenidən parladı.
Bu gün milyonlarla insanın ümid çırağı olan, millətin tərbiyəçisi, müəllimi və rəhbəri kimi nadir keyfiyyətlərə malik olan H. Əliyev cənabları bir də ona görə zaman yaddaşında əbədilik hüququ qazanıb ki, o, tükənməz istedadını, zəngin təcrübəsini azad, müstəqil, yaxın gələcəkdə dünya sivilizasiyasına qovuşacaq bir dövlət qurmağa sərf edib, xalqının xilaskarı olub. Onun özünə məxsus xarakteri, olub-keçənləri və gələcəyi təhlil etmək bacarığı, hər hansı problemin həlli zamanı onlarca variantı saf-çürük edərək düzgün nəticə çıxarması sayəsində xalqımız sonu görünməyən bəlalardan xilas oldu.
Son dörd ilin olayları göstərir ki, H. Əliyevin ölkəyə rəhbərliyə yenidən qayıdışı ilə nəinki Azərbaycanın uğurlu gələcəyi təmin olundu, düzgün yol seçildi, həm də ümumdünya siyasətində pozulmuş tarazlıq bərpa edildi. Bu, ümumiyyətlə, tarixin gələcək gedişinə öz təsirini göstərdi. Fenomenal yaddaşa, qeyri-adi istedad və biliyə malik olan H. Əliyev cənabları dəfələrlə ən çətin problemlərin həlli zamanı mənəvi qələbəni özünə xalqımıza təmin etdi. Müharibəni səngərdən diplomatiya cəbhəsinə keçirməsi, atəşkəsin uzun müddətə təmin edilməsi məhz onun böyük tarixi xidmətlərindəndir. H. Əliyev diplomatik çəkişmələrdən uğurlu variantlardan məharətlə istifadə edərək siyasəti özünün istədiyi məcraya yönəltməyi bacarır. Təkcə biz deyil, bütün dünya dəfələrlə bunun şahidi olmuşdur. Bu görkəmli siyasət korifeyi təkcə xalqımızın xilaskarı, dövlətimizin qurucusu yox, həmdə millətimizin ideoloqu, yüz illər boyunca çağlayacaq ideologiya çeşməsidir. H.Əliyev irsi hələ uzun illər xalqımızın mənəvi təminatçısı olacaqdır.
H.Əliyev dünyada nadir insanlardan biridir. O, dünyada həm adi insanları, mütəxəssisləri, həmdə diplomat və dövlət xadimlərini heyrətə gətirir. Ona görə ki, onun hər bir çıxışı, sözü, fikri təkzib olunmaz geniş arqumentlərə, dərin məntiqə, kamil sistemə, ən yüksək elmi və diplomatik tələblərə uyğun qurulur. Təkrarsız, müstəsna yad daşa malik H.Əliyev cənabları əsl rəhbərə məxsus çoxsahəli geniş məlumata malikdir. Bu keyfiyyət isə onu rəhbər kimi daha da yüksəldir.
H.Əliyev öz fəaliyyəti ilə milli maraqlar çərçivəsinə sığmayan, beynəlxalq siyasətdə, bəşəri dəyərlərin insanlığa xidmət etməsində fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevrilmişdir. Bu yenilməz şəxsiyyət həmdə son dərəcə təvazökar bir insandır. Ona görə də bu gün təkcə bizim xalqımız, bizim ölkəmiz deyil, bütün dünya bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatının həmişə ideal iştirakçısı olmuş insana, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin yükünü daşımış insana dərin hörmət və ehtiram bəsləyir.
H.Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və bu məktəb onu öyrənənlər üçün çox şərəflidir.
Cəmiyyət daxilində baş verən ən dərin çevrilmələrin və fikir ümmanlarının qaynağında bişib bərkiyən şəxsiyyət dövlətin sarsılmaz sütunudur. Bəli, H.Əliyev şəxsiyyəti cəmiyyətimizin sarsılmaz dayağıdır. Şükürlər olsun ki ,ulu tanrı xalqımızın taleyinə çətin, əzablı günlər yazsa da, bu əzablara sinə gərə biləcək, bütün düyünləri açmağa qadir olan böyük şəxsiyyətdə qismət edib: buda H.Əliyev şəxsiyyəti, H.Əliyev dühasıdır!
Tərcümeyi-halının hər bir dövrü cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyəti yaşadan, onun gecə- gündüz var qüvvəsi ilə yorulmadan çalışmasına səbəbdə elə bu sevgidir. Xalq isə bunu görür, başa düşür və qiymətləndirir. "Xalq mənim dayağım, gücüm və inamımdır" deyim H.Əliyev bu gün həmdə özü xalqın dayağı, gücü və inam yeridir, müstəqil, azad Azərbaycanın yoluna nur çiləyən gur işıqdır.
Pambıqçılığın inkişafı mülkədarların patriarxal məişətini dağıdır, onların bir qismini muzdlu əmək tətbiq etməklə pambıqçılıqla məşğul olmağa sövq edirdi.
Pambıqçılığın inkişafı Azərbaycanda kredit-bank sisteminin genişlənməsinə də təkan vermişdi. Bakı quberniyasının Bakı, Cavad, Lənkəran, Göyçay, Şamaxı, Quba qəzalarının bəzisində bir, digərində bir neçə, Yelizavetpol quberniyasının altı qəzasında 24 borc-kredit müəssisəsi fəaliyyət göstərirdi.
Toplanmış pambıq bu dövrdə Azərbaycanda çoxalmış və genişlənmiş pambıq təmizləmə zavodlarında emal olunaraq Rusiyaya göndərilirdi. 1911-ci ildə Azərbaycandan Rusiyaya 1490 min, 1912-ci ildə 1992 min, 1913-cü ildə isə 1420 min pud pambıq aparılmışdı. Pambıqtəmizləmə zamanı əldə edilmiş çiyid də ixrac olunurdu. Bakı quberniyasından 1910-1912-ci illərdə Rusiyaya və Batumi vasitəsilə xaricə 413 min pud çiyid ixrac edilmişdi.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən bir ay keçməmiş Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda məruzə ilə çıxış edir. Məruzədə respublika iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyət böyük prinsipiallıqla dərindən və hərtərəfli təhlil edilir və xalq təsərrüfatına, mədəni quruculuğa rəhbərlikdə buraxılmış ciddi nöqsanlar və çatışmamazlıqlar aşkar edilir. Bütün təşkilatları dövlət və əmək intizamını möhkəmlətməyə, respublikada mənəvi-psixoloji mühiti sağlamlaşdırmağa istiqamətləndirir. Heydər Əliyev 1969-1970-ci illərdə keçirilən Azərbaycan KP MK-nın plenumlarında, fəallar yığıncaqlarında, toplantılarda və başqa yığıncaqlarda məruzə və çıxışlarında ardıcıl olaraq təsərrüfat və mədəni quruculuq məsələlərini təhlil edir və yeni vəzifələr qarşıya qoyurdu. Həmin illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi oldu. Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu.
Respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi Heydər Əliyevin yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılığı 1970-80-ci illərdə bütün müvəffəqiyyətlərin rəhni oldu.
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin respublika partiya təşkilatının XXVIII qurultayına (10-12 mart 1971-ci il) hesabat məruzəsində respublikada vəziyyətin dərin təhlili verilmişdi. Təsərrüfat və mədəni quruculuq təcrübəsində, kadrların seçilib yerləşdirilməsində bir sıra ciddi çatışmamazlıqlar və səhvlər meydana çıxarılmışdı. Kənd təsərrüfatının inkişaf etdirilməsində heç də mövcud imkanlardan lazımınca istifadə edilməmişdir. Bunun nəticəsində kənd təsərrüfatında planların yerinə yetirilməsində nöqsanlara yol verilmişdi.
1966-1970-ci illər ərzində ümumi kənd təsərrüfatı məhsulunun artımı nəzərdə tutulan 29 faiz əvəzinə, vur-tut 23 faiz olmuşdu. Respublikada kənd təsərrüfatının geriliyinin səbəbləri Azərbaycan KP MK-nın1969-cu ilin avqust plenumunda prinsipiallıqla aşkar edilmişdi.
Azərbaycan Kommunist Partiyasının XXVIII qurultayında MK-nın birinci katibi Heydər Əliyevin hesabat məruzəsində respublikada kənd təsərrüfatındakı geriliyin səbəbləri açıqlandı. Hesabat məruzəsində deyilirdi:
«Bu səbəblər, hər şeydən əvvəl, ondan ibarətdir ki, bir çox illər ərzində respublikanın kənd təsərrüfatına rəhbərlik işində ciddi təşkilati və aqrotexniki səhvlərə və qüsurlara yol verilirdi. Prinsipial məsələlərin, kənd təsərrüfatı problemlərinin həlli elmi zəminə əsaslanmır, çox vaxt özbaşına çıxarılan qərarların nəticəsi olurdu. Bunun nəticəsində kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması və onun sahələrinin yerləşdirilməsi işi kifayət qədər düşünülmədən, tələsik və müvafiq hazırlıq aparılmadan görülürdü ki, bu da bir sıra çox mühüm kənd təsərrüfatı məhsulları istehsalının həcminin xeyli azalmasına gətirib çıxarırdı». Respublikada kənd təsərrüfatının əsas sahəsi olan pambıq, dənli bitkilər əkin sahələri əsassız surətdə azaldılmışdı.
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev son 10-15 il ərzində respublikada pambıq istehsalının xeyli azaldığını göstərirdi. Belə ki, 1961-1965-ci illərdə orta illik pambıq istehsalı 339 min ton idisə, 1966-1970-ci illərdə 328 min ton olmuşdu.
1973-cü ilin sentyabrında Özbəkistanın paytaxtında - Daşkənddə Sovetlər İttifaqının altı pambıqçılıq respublikasının fəallar yığıncağı keçirilir.
Heydər Əliyev çıxışında respublikada pambıqçılığın vəziyyətini təhlil edir, imkanları bir də nəzərdən keçirərək 450 min ton pambıq istehsal etmək imkanı olduğunu bildirir. Sov.İKP MK-nın baş katibi L.İ. Brejnev Heydər Əliyevin pambıqçılığı inkişaf etdirmək məqsədilə həyata keçirdiyi tədbirlərə yüksək qiymət verir. O, Heydər Əliyevin çıxışına cavab olaraq, Azərbaycanın götürdüyü artırılmış öhdəliklə əlaqədar demişdi: «Hələ bu yaxınlaradək Azərbaycanda əvvəlki rəhbərlər pambığa xor baxmaq əhval-ruhiyyəsi yaradırdılar. İndi Azərbaycan bu işi yüksəyə qaldırmışdır...».
Respublikada geridə qalan təsərrüfat sahələrinin inkişaf etdirilməsinin düzgün elmi yolları müəyyən edilir. Heydər Əliyev elmin nailiyyətlərinin və kənd təsərrüfatında struktur dəyişiklikləri edilməsi, yeni ehtiyat mənbələrinin meydana çıxarılması və istifadə edilməsi yolu ilə kənd təsərrüfatında geriliyə son qoyulmasına, onun inkişaf etdirilməsinə nail olur. O, kənd təsərrüfatı məhsulları istehsalında böyük imkanlara malik olan pambıqçılığın geridə qalmasından ciddi narahat olur, bu sahənin inkişaf etdirilməsi üçün əməli tədbirlər həyata keçirir.
Heydər Əliyev bu məsələdən danışarkən deyirdi: «... pambıq sahələrindən səmərəli istifadə edilmədiyindən kəndli ondan lazımi mənfəət götürə bilmirdi. Bu işi alimlərlə, iqtisadçılarla götür-qoy etdim, məlum oldu ki, Azərbaycanın bir neçə rayonunda pambıq istehsalı çox səmərəlidir. Amma rayon da var ki, pambıq xeyir vermir, onu başqa bitkilərlə əvəz etmək lazımdır. Məsələn, 1969-cu ildə 30-32 rayonda pambıq əkilirdi, 1982-ci ildə isə cəmi 18 rayonda». Vəziyyəti elmi əsaslarla aydınlaşdırdıqda məlum olmuşdu ki, bəzi rayonlarda pambıqçılıq səmərəli olmadığı üçün orada pambıq əkilməsi məqsədəuyğun deyil, bəzi rayonlarda isə pambıqçılıq səmərəli olmasına baxmayaraq, torpaqlardan lazımınca istifadə edilmir, torpaqların hamısı əkilmir. Məsələn, pambıqçılıq üçün daha yararlı, geniş torpaq sahəsi olan Sabirabad rayonunda torpaq sahələrindən səmərəli istifadə edilmirdi. Ona görə də 1969-1971-ci illərdə bu rayonda 20 min ton pambıq istehsal edilirdi. Xeyli boş torpaqlardan istifadə edilmirdi.
Heydər Əliyevin göstərişi ilə istifadə edilməyən boş torpaqlar əkilməyə başlayandan sonra 80-90 min ton pambıq istehsal edildi. Yaxud Zəngilan və başqa rayonlarda isə torpaqlar pambıqçılıq üçün səmərəli deyildi. Ona görə də həmin rayonlardan pambıqçılıq götürülüb, başqa səmərə verən sahə ilə əvəz edildi.
1970-ci ildə 1969-cu ildəkindən 106 milyon manatdan artıq məhsul istehsal edildi. 1970-ci ildə ümumi kənd təsərrüfatı məhsulu 15,4 faiz artdı, halbuki 1966-1969-cu illərdə artım orta hesabla 1,9 faiz olmuşdu. 1970-ci ildə respublikada pambıqçılıq tarixində ilk dəfə olaraq oktyabrın birinci yarısında pambıq tədarükü planı yerinə yetirildi.
Azərbaycan pambıqçıları 335 min ton pambıq təhvil verdilər. Pambığın məhsuldarlığı hər hektardan 174 sentnerə, dənli bitkilərin məhsuldarlığı 12 sentnerə çatdırıldı. Bu məhsuldarlıq respublikada son 13 ildə pambıqçılıqda, son 20 ildə isə dənli bitkilər istehsalında olmamışdı. Respublikada kənd təsərrüfatına 1451 milyon manat kapital qoyuluşu nəzərdə tutulurdu ki, bu da səkkizinci beşilliyə nisbətən 2 dəfədən də çoxdur.
Respublikada 1975-ci ildə taxıl istehsalını 957,3 min tona, pambıq istehsalını 380 min tona, tütün istehsalını 29 min tona, üzüm istehsalını 787 min tona, meyvə istehsalını 213 min tona, ət istehsalını 209,9 min tona, süd istehsalını 565 min tona çatdırmaq vəzifələri qarşıya qoyulmuşdu.
Elmin və qabaqcıl təcrübənin nailiyyətlərini pambıqçılıqda tətbiq etməklə xam pambığın məhsuldarlığını xeyli artırmaq olar. Məhsulun artırılması ilə yanaşı onun keyfiyyətinin yaxşılaşdırılmasına, yeni texnologiyaların tətbiqinə və sair tədbirlərə geniş yer verilməlidir. Ölkəmizin sosial və iqtisadi inkişafında pambıqçılıq xüsusi əhəmiyyət kəsb edir. Pambıq strateji əhəmiyyətə malik olan bitkidir. Elmin və qabaqcıl təcrübənin nailiyyətlərini pambıqçılıqda tətbiq etməklə xam pambığın məhsuldarlığını daha da artırmaq olar. Məhsulun artması ilə yanaşı, onun keyfiyyətinin yaxşılaşdırılmasına, tez yetişən sortların əkilməsinə məhsulun optimal müddətdə yığılmasına, yeni texnologiyaların tətbiqinə və sairə tədbirlərə geniş yer verilməlidir.
«Pambıqçılıq haqqında” Azərbaycan respublikasının 11 may 2010-cu il tarixli 1012-IIQ-№-li qanunun qüvvəyə minməsi ilə əlaqədar ölkə prezidenti cənab I. Əliyev aidiyyəti təşkilatlara rəsmi göstəriş vermişdir. VI fəsil 24 maddədən ibarət olan bu qanunda pambıqçılıq haqqında əsas anlayışlar, pambıqçılıq haqqında Azərbaycan respublikasının qanunvericiliyi, pambıqçılıq sahəsində dövlət siyasətinin istiqamətləri və vəzifələri, pambığın istehsalı və ilkin emalı, texniki pambıq istehsalı, pambıqçılıqda kooperasiya, pambığın alqı-satqısı, pambıq və pambıq məhsullarının keyfiyyətinin idarə edilməsi, pambıq və pambıq məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılması, pambığın və mahlıcın keyfiyyətinin ekspertizası, pambıqçılığın maliyyə təminatı, pambıq və pambıq məhsulları istehsalına dövlət dəstəyi və s. məsələlər qanunda öz əksini tapmışdır.
Azərbaycanın sosial və iqtisadi inkişafında pambıqçılığın xüsusi payı vardır.
Pambıq strateji əhəmiyyətə malik olan bir bitkidir. Kənd təsərrüfatının əsas vəzifəsi əhalinin ərzaq məhsullarına olan tələbatını, sənayenin isə xammala olan ehtiyacını təmin etməkdən ibarətdir. Bu qiymətli bitkinin mahlıcından paltar üçün parça toxunmasından əlavə sap, kəndir, kənaf, balıq tutmaq üçün əşyalar, rezin şlanqlar üçün xüsusi toxumalar, süni ipək, partlayıcı maddələr, sellüloid, foto və kino lentləri, laklar, yüksək növ kağızlar və bir sıra digər məmulatlar hazırlanır.
Pambığın toxumu (çiyid) çox qiymətli xammaldır. Toxumun bir hissəsi səpin materialı kimi, əksər hissəsi isə müxtəlif məmulat almaq üçün işlənir. Toxumdan əsasən yağ alınır. Pambıq bitkisinin sortlarından və eləcə də onların becərilmə texnologiyasından asılı olaraq toxumun tərkibində 18-20% və daha artıq yağ ola bilər. Yağın tərkibində bir çox zülallar və boyalar mövcuddur.
Əlavə olaraq, onlarda çoxlu vitaminlər, boy stimlyatorları tapılmışdır pambığın yarpaq və gövdəsi preslənib istehsal olunarsa, o taxta kəpəyi və taxta yonqularından hazırlanmış piltəni əvəz edə bilər.
Pambığın tullantılarından detoliant və desikantlar əldə edilir. Onlardan ağ kristal formada olan endotolu göstərmək olar. Fermerlər bilməlidirlər ki, pambıq ən yüksək bal verən bitkidir. Pambıq əkən rayonlarda pambıq bitkisi çiçəklədiyi dövrdə əkilən digər bitkilərdə demək olar ki, çiçək olmur. Pambıq isə demək olar ki, iyul ayının əvvəlindən oktyabrın sonunadək müəyyən qədər çiçəyə malik olur. Hesablamalara görə bir hektar pambıq sahəsindən 300-350 kq bal əldə etmək mümkündür. Bu qiymətli bitkinin mahlıcından, toxumundan və bitkinin digər hissələrindən 120-dən çox müxtəlif material və əşya əldə etmək olar.
Pambıqçı fermerlər heyvandarlıqla da məşğul olurlar. Mal-qaranın yem ilə təmin edilməsində tarla növbəli əkinlərindən bacarıqla istifadə edilməlidir.
Pambıqçılıqda tətbiq edilən texnologiyaların tamamilə yenidən işlənməsi, yüksək məhsuldar, tez yetişən sortların tətbiqi, pambıqçılığın maddi-texniki bazasının möhkəmləndirilməsi, pambığın xəstəlik və zərərvericilərinə qarşı səmərəli mübarizə tədbirlərinin hazırlanması və sair. bu bitkinin məhsuldarlığını artırmaqla pambıqçılığı xalq təsərrüfatında ən rentabelli bir sahə etməkdir.
H.Əliyev pambıqçılıqla bağlı təəsüratlarında qeyd etmişdir ki, pambıq qiymətli texniki bitki olduğu üçün ölkəmizdə onun istehsalının artırılmasına xüsusi fikir verilir. Pambıq bitkisindən sənayenin müxtəlif sahələrində istifadə olunsa da o əsasən lifinə görə becərilir. Ölkəmizdə torpaq-iqlim şəraiti bu strateji bitkinin becərilməsi üçün tam əlverişlidir.
Azərbaycanda pambıq istehsalı 1975-ci ildə 1969-cu ilə nisbətən 2,5 dəfə artmışdır.1970-1979-cu illərdə əvvəlki on ildəkindən təqribən 2 milyon ton çox pambıq satılmışdır.
Pambıqçılığın ixtisaslaşdırılması və təmərgüzləşdirilməsi sahəsində böyük iş görülmüşdür. Onuncu beşilliyin əvvəllərində biz iqlim və torpaq şəraiti pambıqçılığın inkişafı üçün kifayət qədər əlverişli olmayan bəzi rayonları pambıq istehsalından tamamilə azad etdik. Sonra bu sahə ilə 21 rayonda, 364 təsərrüfat cəmlənmişdi. 1980-ci ildə 882 min ton pambıq yığılıb təhvil verilmişdir. İxtisaslaşdırma, maddi-texniki bazanın möhkəmləndirilməsi, aqronomiya elmi və təcrübəsi nailiyyətlərinin tətbiq edilməsi sayəsində Bərdə, Ağcabədi, Sabirabad, Jdanov (indiki Beyləqan) rayonları iri pambıq istehsalçısına çevrilmiş və 1980-ci ildə 350 min tondan çox pambıq təhvil vermişlər ki, bu da 1970-ci ildə bütün respublikada istehsal edilmiş pambıqdan artıqdır.
H.Əliyevin müdrik siyasəti və bacarığı sayəsində Azərbaycan kənd təsərrüfatının uzun sürən mütəmadi geriliyini on il ərzində tamamilə və qəti aradan qaldırmaq mümkün olmuşdur. Respublika kənd təsərrüfatı istehsalının yüksək və müntəzəm artım sürətinə nail olmuşdur, istehsal olunan məhsulun həcmi ildən-ilə artır. Kənd təsərrüfatı məhsulu istehsalına və dövlətə satışına dair xalq təsərrüfatı planları və öhdəlikləri hər il tamamilə və artıqlaması ilə yerinə yetirilirdi. Respublikamızın iqtisadiyyatında kənd təsərrüfatı istehsalının payı və bütün ölkənin kənd təsərrüfatının inkişafına onun töhfəsi artmışdır.
İstehsal ilə birlikdə təsərrüfatların gəliri də artmış, onların maliyyə vəziyyəti möhkəmlənmiş, kənddə sosial-mədəni quruculuq genişlənmişdir. Təkcə pambıqçılıqdan kolxozçuların gəliri 3,6 dəfə artmış və 1979-cu ildə 484 milyon manata çatmışdır. Həm də xalis gəlir 135 milyon manat və ya 1969-cu ildə bütün pambıq satışından əldə edilmiş gəlirə bərabər olmuşdur. Əldə edilmiş nəticələri yekunlaşdıraraq cəsarətlə demək olar ki, respublika iqtisadiyyatının aqrar bölməsi inkişaf edərək sosializm mövqeyində inamla bərqərar olurdu.
H.Əliyevin rəhbərliyi altında minlərlə yüksək məhsul ustası və qabaqcıl pambıqçılar Şamama Həsənova, Qızqayıt Həsənova, Zəminə Aslanova, Sərdar İmrəliyev, Tərlan Musayeva, Sabir Əhmədov, Hümbət Əliyev, Suğra Mədətova, Ərəstun Məmmədov, Pənah Həsənov, Əhliman Əliyev, Şaban Rzayev, Mansur Kərimov, Əhməd Əhmədov və s. formalaşaraq yüksək dövlət mükafatlarına layiq görülmüşdürlər.
Pаrtiyа vә хаlq qarşısında özlərinin məsuliyyətini dərk edən Azərbaycan pambıqçıları beşilliyin müəyyənedici ili üçün yüksək sosialist öhdəlikləri qəbul etmişdirlər. Qardaş Zaqafqaziya və Türkmənistan respublikalarının zəhmətkeşləri ilə sosializm yarışı haqqında müqavilə bağlayarkən biz məhsuldarlığı daha da yüksəltmək hesabına, planda nəzərdə tutulan 367 min ton əvəzinə 430 min ton “ağ qızıl” istehsal edib dövlətə satmağı, maşınla 150 min ton pambıq yığmağı vəd etmişik. Başlıca vəzifəmizi hər hektarın məhsuldarlığını yüksəltməkdə, pambıq istehsalını artırmaqda görürük.
H. Əliyev nitqini davam etdirərək demişdir: biz məhsuldarlığın yüksəldilməsi məsələlərini kimyalaşdırma, torpaqların meliorasiyasının həyata keçirilməsi ilə, aqrotexnika işlərinin bütün kompleksinin yerinə yetirilməsi ilə əlaqələndirir.
Fərəhlə Sizə məlumat veririk ki, respublikanın kolxozçuları və sovxoz fəhlələri, bütün kənd təsərrüfatı zəhmətkeşləri 1974-cü ilin birinci kvartalını müvəffəqiyyətlə başa çatdırır, qəbul olunmuş yüksək öhdəlikləri yerinə yetirmək üçün möhkəm təməl yaradırlar.
Lakin biz yaxşı başa düşürük ki, yeni zirvələr fəth etmək üçün fədakarlıqla işləmək, torpaqdan və texnikadan daha yaxşı istifadə etmək, əmək məhsuldarlığını artırmaq, əmək intizamını möhkəmlətmək, qənaət rejiminə ciddi əməl etmək, əkinçilik və heyvandarlıq sahələrində mədəniyyəti yüksəltmək lazımdır.
Bu gün respublika pambıqçılarının həyatında əlamətdar bir gündür. Pambıq tarlalaları əməkçilərinin belə böyük məclisi ilk dəfədir ki, keçirilir. Bu möhtəşəm saraya adlı-sanlı “ağ qızıl” pambıq ustaları, kolxozçular və sovxoz fəhlələri, manqa başçıları və briqadirlər, mexanizatorlar və suçular, kolxoz sədrləri və sovxoz direktorları, aqronomlar və alimlər, rayon partiya komitələrinin və ilk partiya təşkilatlarının katibləri, bütün pambıqçılıq rayonlarının sovet, kənd təsərrüfatı, həmkarlar ittifaqı və komsomol fəalları toplanmışdır.
O cümlədən də pambıqçılığın sürətli inkişafı bizim respublikamızın ən mühüm vəzifələrindən biridir. Ölkəni bu qiymətli xammalla getdikcə daha çox təmin etmək əkinçilərimizin vətənpərvərlik və beynəlmiləlçilik borcudur.
Lakin hamımıza məlum olduğu kimi, yaxın vaxtlara qədər respublikamızda pambıqçılığın inkişafına lazımınca əhəmiyyət verilmişdir. Getdikcə daha tez-tez belə bir iddia irəli sürülür ki, guya Azərbaycanın şəraiti pambıqçılığın inkişaf etdirilməsi üçün yararlı deyil. Kolxoz və sovxoz tarlalarından pambıq əslində ildən-ilə sıxışdırılıb aradan çıxarılırdı.
Respublikada 1960-cı ildə 365 min ton pambıq istehsal edildiyi halda, 1968-ci ildə 299 min ton pambıq istehsal edilmişdir. Eyni dövrdə pambığın məhsuldarlığı azalıb hər hektarda 16,6 sentnerdən: 15,1 sentnerə enmişdir. Səkkizinci beşillikdə respublikada dövlətə çoxlu pambıq borcu qalmışdır.
İndi pambığa münasibət kökündən dəyişilmişdir. Azərbaycan KP Mərkəzi Komitəsinin 1969-cu və 1970-ci illərin avqust plenumunda Azərbaycan Kommunist Partiyasının XXVIII qurultayı pambıqçılığın lazımınca qiymətləndirilməməsini pislədi, pambıqçılıqda geriliyin aradan qaldırılmasına və bu sahənin sürətlə inkişaf etdirilməsinə dair geniş proqram işləyib hazırladı. Bu proqram müvəffəqiyyətlə həyata keçirilir.
- ci ildə respublikada pambıq istehsalının həcmi beşilliyin axırı üçün planlaşdırılmış səviyyəyə çatdırılırdı. Sonrakı iki ildə isə respublika bu səviyyəni xeyli ötüb keçərək dövlətə müvafiq surətdə 431 və 410 min ton pambıq satdı. Beşilliyin ilk üç ili ərzində dövlətə 187 min ton və ya üç ilin planında nəzərdə tutulduğundan 18 faiz artıq pambıq satılmışdır. 1971—1973-cü illərdə orta illik pambıq istehsalı əvvəlki üç ilə (1968—1970-ci illərə) nisbətən 26 faiz artıb 323 min tondan 407 min tona çatmışdır. Pambığın məhsuldarlığı yüksəlib hər hektarda 16,3 sentnerdən 20,4 sentnerə çatmışdır.
Pambıq istehsalını artırmaqda kolxoz və sovxozların maddi marağını yüksəltmək üçün tədbirlər görülmüş, kolxozçuların və sovxoz fəhlələrinin maddi rifahı yaxşılaşmışdır. Kolxoz və sovxozların pambıq satışından əldə etdikləri ümumi gəlir artaraq 1969-cu ildəki 143 milyon manatdan 1972-ci ildə təqribən 259 milyon manata çatmışdır.
Pambıqçılığın inkişafında son illər qazanılmış müvəffəqiyyətlər respublika iqtisadiyyatının bütün sahələrində məsuliyyəti artırmaq, intizamı möhkəmlətmək, kadrların seçilməsində, yerləşdirilməsində və ideya tərbiyəsində olan ciddi nöqsanları aradan qaldırmaq, partiya, həmkarlar ittifaqı və komsomol təşkilatlarının siyasi və təşkilatçılıq işini yaxşılaşdırmaq sahəsində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin gördüyü böyük tədbirlərin nəticəsidir.
Kənd zəhmətkeşləri və onların avanqard dəstəsi olan respublika pambıqçıları Mərkəzi Komitənin həmin tədbirlərinə tamamilə tərəfdar çıxmışlar və bu tədbirlərin həyata keçirilməsində fəal iştirak edirlər.
Kolxoz və sovxozlarda əkinçilik mədəniyyəti bir qədər yüksəlmiş, pambığın becərilməsi aqrotexnikası yaxşılaşmışdır. İndi dondurma şumu, arat, torpağın səpinə hazırlanması, çiyid səpini və pambığın becərilməsi kimi işlər daha əlverişi müddətlərdə, daha böyük məsuliyyətlə, daha yüksək keyfiyyətlə görülür. Toxumçuluğun təşkilində, demək olar ki, böyük dönüş yaradılmışdır. Bildiyiniz kimi, əvvəllər pambıqçılarımız ancaq başqa respublikalardan gətirilən çiyidə göz dikirdilər. Belə bir şəraitdə çiyidin keyfiyyətli olması qayğısına qalmaq çətin idi. Bu il dördüncü ildir ki, bütün pambıq əkilən sahələrdə torpağa ancaq respublikamızda istehsal edilmiş çiyid səpiləcəkdir, həm də çiyidin yüksək reproduksiyalı və yüksək keyfiyyətli olması üçün çox iş görülür.
Kolxoz və sovxozlarda yüksək məhsul götürmək üçün zəruri olan əsas amillərə: mineral və üzvi gübrələrdən daha yaxşı istifadə olunmasına, çox zəhmət tələb edən işlərin mexanikləşdirilməsinə və digər məsələlərə indi daha böyük diqqət yetirilir. Qeyd etmək lazımdır ki, pambıq zavodları və tədarük məntəqələri də son illər öz işlərini bir qədər yaxşılaşdırmışlar.
Kənddə sosial yarışın genişlənməsi, onun təsir gücünün artması, qabaqcılların və yenilikçilərin çoxalması pambıqçılığın inkişafı sahəsində qazanılmış müvəffəqiyyətlərdə böyük rol oynayır. Qabaqcıl əmək adamları mütərəqqi aqrotexnikanı tətbiq edərək ən yaxşı nəticələr əldə edir və pambıqçı kütlələri özlərinin ardınca aparırlar. Ötən il havaların pis keçməsinə baxmayaraq, Füzuli rayonunda iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanın başçılıq etdiyi “1 May” kolxozu, Puşkin (indiki Bilasuvar) rayonunda Sosialist Əməyi Qəhrəmanı pambıq ustası Qızqayıt Həsənovanın başçılıq etdiyi “Telman” adına kolxoz, həmin rayonda “Azərbaycan” kolxozu (idarə heyətinin sədri İmran Məmmədov yoldaşdır), Fizuli rayonundakı Nəriman Nərimanov adına kolxoz (sədri Saleh Əliyev yoldaşdır), İmişli rayonundakı Kalinin adına kolxoz (sədri Məmiş Quliyev yoldaşdır ), Salyan rayonundakıQüdrət Səmədov adına və “Oktyabr”kolxozları (kolxoz sədrləri Qəzənfər Hümbətov və Kazım Əliyev yoldaşlardır), Cəbrayıl rayonundakı 26 Bakı komissarı adına kolxoz (sədri Sosialist Əməyi Qəhrəmanı Köçəri Babayev yoldaşdır), Ağsu rayonundakı Mirbəşir Qasımov adına kolxoz (sədri Qulaməli Məmmədov yoldaşdır), Sabirabad rayonundakı Jdanov adına kolxoz (sədri Gülabba Xəlilov yoldaşdır), Göyçay rayonundakı Kalinin və Əzizbəyov adına kolxozlar (sədrlər Hüseyn Məmmədov və Abdulla Cəbrayılov yoldaşlardır), Neftçala rayonundakı Azərbaycan adına kolxoz (sədri Nuruş Əliyev yoldaşdır) hər hektardan 30 sentnerdən 48 sentnerə qədər pambıq götürmüşlər.
Bir çox briqadalar daha yüksək göstəricilərə nail olmuşlar. Cəbrayıl rayonundakı 26 Bakı komissarı adınakolxozda Məmməd Məmmədovun briqadası hər hektardan58 sentner, Nefçala rayonundakı “Azərbaycan” kolxozunda Ələmxan Rəhmanov və Zərdab rayonundakı ”Qorki” adına kolxozda Dostu Qəhrəmanovun başçılıq etdikləri briqadalar hər hektardan 50 sentnerdən yuxarı pambıq yığmışdırlar. İmişli rayonundakı Mirbəşir Qasımov adına kolxozda Sosialist Əməyi Qəhrəmanı Pənah Həsənovun, Fizuli rayonundakı Nəriman Nərimanov adına kolxozda Azərbaycan SSR Ali Sovetinin deputatı Hacıməmməd Hacıyevin, Puşkin (indiki Bilasuvar) rayonundakı “Telman” adına kolxozda Ərəstun Məmmədovun başçılıq etdikləri briqadalar daha yüksək məhsul götürmüşlər.
Bunlarla yanaşı qeyd etmək lazımdır ki, respublikada pambıqçılığın inkişafında hələ də ciddi nöqsanlar vardır, istifadə edilməmiş ehtiyat mənbələri və imkanlar daha da çoxdur. Doğma partiyamızın öyrətdiyi kimi, biz həmişə öz fəaliyyətimizin nəticələrinə tənqidi yanaşmalı, arxayınçılığa qəti yol verməməliyik. Bu günkü vəzifəmiz pambıqçılıqda olan nöqsanları hərtərəfli təhlil etməkdən, bütün imkanlardan istifadə edib pambıq istehsalını artırmaq üçün yollar müəyyənləşdirməkdən ibarətdir.
Ən əsas və ən mühüm ehtiyat mənbələrindən biri, geridə qalan briqadaları vətəsərrüfatları qabaqcıllar sarasına çatdırmaqdan ibarətdir. 1972-ci ildə 28 pambıqçılıq rayonundan 2-si, 1973-cü ildəisə 6-sı dövlətə pambıq satışı planlarını yerinə yetirməmişdir. Keçən il Mirbəşir (İndiki Tər-tər), Ağdam, Ağdaş və Bərdə rayonlarının təsərrüfatları planlarını kəsirlə ödəyərək, dövlətə 20 min ton az pambıq vermişlər.
Ümumiyyətlə, respublikada 198 kolxoz və 803 pambıqçılıq briqadası planların öhdəsindən gəlməmişdir. Hesablamalar göstərir ki, əgər onlar təkcə planlarını ödəsəydilər, respublika dövlətə azı 450 min ton pambıq sata bilərdi.
Bir çox təsərrüfatlarda pambığın məhsuldarlığı hələ də çox aşağıdır. Məsələn, keçən il respublikada pambığın orta məhsuldarlığı hər hektarda 20,7 sentner olduğu halda, 28 kolxozda cəmi 10 sentnerə qədər, 35 təsərrüfatda 10 sentnerdən 13 sentnerə qədər, 47 təsərrüfatda 13 sentnerdən 16 sentnerə qədər məhsul götürülmüş-dür. Respublikada pambığın orta məhsuldarlığının 22 sentner olduğu halda 1972-ci ilin özündə də 96 kolxoz hər hektardan 16 sentnerdən az məhsul götürmüşdür.
Bir sıra briqadaların göstəriciləri daha acınacaqlıdır. 1973-cü ildə 2706 pambıqçılıq briqadasından 72-si hər hektardan 7 sentnerdən az, 141-i hər hektardan 10 sentnerdən az, 454-ü isə hər hektardan 10 sentnerdən 15 sentnerə qədər məhsul götürmüşdür. Bununla yanaşı 621 pambıqçılıq briqadası hər hektardan 20 sentnerdən 25 sentnerə qədər, 700-dən artıq briqada isə 25 sentnerdən 50 sentnerə qədər və daha çox məhsul yığmışdır.
Qabaqcıl briqadaların işinin təhlili göstərir ki, onların əksəriyyəti bütün aqrotexniki tədbirləri vaxtında və yüksək səviyyədə keçirmişdir. Nefçala, Salyan, Puşkin (indiki Bilasuvar), Sabirabad, İmişli, Füzuli, Cəlilabad, Kürdəmir, Cəbrayıl, Naxçıvan, Zəngilan və Ağcabədi rayonlarının bir çox təsərrüfatları yaxşı işləyərək dövlətə pambıq təhvilinə dair planlarını və sosial öhdəliklərini şərəflə yerinə yetirmişlər. Sabirabad rayonunun təsərrüfatları pambığın istehsalını artırmaqda xüsusilə nəzərdə tutulan 27 min ton əvəzinə 37 min ton pambıq satmışlar. Puşkin (indiki Bilasuvar) rayonunun təsərrüfatları dövlətə 26 min ton pambıq sataraq, hər hektarın məhsuldarlığını 26,6 sentnerə çardırmışlar. Salyan rayonunun kolxoz və sovxozları isə hər hektardan 27,7 sentner məhsul götürmüşlər.
H.Əliyev çıxışını davam etdirərək qeyd etdi ki, pambıqçılığın ayrı-ayrı rayonlarda müxtəlif surətlə inkişaf erdiyini aydın göstərən səbəblərin və bəzi rəqəmlərin üzərində dayanmaq istəyirəm. Mən bunu iki rayonun Neftçala və Yevlax rayonlarının timsalında müqayisə etmək istəyirəm. Neftçala rayonunun təsərrüfatları 1971-ci ildə hər hektardan 17,1 sentner, 1972-ci ildə 22,4 sentner, 1973-cü ildə isə 26,9 sentner pambıq götürmüşlər. Rəqəmlərdən görünür ki, burada məhsuldarlıq ildən-ilə artır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, rayonun pambıqçıları sentyabrın 23-də respublikada birinci olaraq dövlət planının yerinə yetirilməsi haqqında raport verdilər. Yevlax rayonunda isə məhsuldarlıq beşilliyin birinci iki ilində 17 sentner, keçən il isə azalıb15,6 sentner olmuşdur.
Bunun əsas səbəblərindən biri odur ki, Yevlax rayonunun təsərrüfatlarında aqrotexniki qaydalara ciddi riayət olunmur. Məsələn, Neftçala rayonunda 1973-cü ildə pambıq əkiləcək sahələrdə dondurma şumu1972-ci il dekabrın birinci ongünlüyündə, yəni ən əlverişli müddətlərdə başa çatdırıldığı halda, Yevlax rayonunda bu iş dekabrın 10-dək cəmi 72 faiz yerinə yetirilmişdir. Əkinlərin seyrəldilməsi Neftçala rayonunda mayın ortalarında başa çatdırıldığı halda, Yevlax rayonunda mayın axırlarında alayarımçıq görülüb qurtarmışdı. Keçən il Neftçala rayonunda pambıq əkini sahələrinə 7,2 dəfə kultivasiya çəkilmiş, pambıq sahələrinin 21 faizi kultivatorlarla iki istiqamətdə becərilmişdir.
Yevlax rayonunun təsərrüfatlarında isə əkin sahəsinə 5,7 dəfə kultivasiya çəkilmiş əkinlərin iki istiqamətdə becərilməsi üsulundan istifadə olunmamışdır.
Pambıq əkinlərinə Neftçala rayonunda 3,4 dəfə, Yevlax rayonunda isə yalnız 1,9 dəfə əlavə mineral gübrə verilmişdir. Neftçala rayonunda pambıq sahələrinin 92 faizində, Yevlax rayonunda isə 59 faizində bitkilərin ucu maşınlarla vurulmuşdur. Neftçala rayonunun təsərrüfatları pambığın xeyli hissəsini maşınla yığdıqları halda, Yevlax rayonunun kolxozları, əksinə bu işi pozmuşlar.
Göründüyü kimi, bir rayonda bol pambıq uğrunda var qüvvə ilə mübarizə aparılır, pambıqçıların sosializm yarışı nəinki planların və sosialist öhdəliklərinin yerinə yetirilməsinə, həm də əməyin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına yönəldilir. 0 biri rayonda isə əksinə mübarizə görünür, ancaq planı bir təhər yerinə yetirmək xatirinə aparılır. Rayon daxilində eyni təbii-iqlim və torpaq şəraitində yerləşən təsərrüfatlarda pambıqçılıqda müxtəlif göstəricilərin olması da bununla izah edilə bilər. Məsələn, Saatlı rayonundakı Nizami adına və Kalinin adına kolxozları götürək. Nizami adına kolxoz pambıqçılıqda yüksək aqrotexniki qaydalar tətbiq edərək sahələrdə hər il bol məhsul yetişdirir. 1973-cü ildə burada hər hektardan 27,6 sentner pambıq yığılmışdır. Kalinin adına kolxozda isə aqrotexniki tədbirlərin vaxtında aparılmaması, çox zaman isə keyfiyyətsiz görülməsi və əməyin pis təşkil edilməsi üzündən məhsuldarlıq 16 sentnerdən yuxarı qalxmır. İmişli rayonundakı Əzizbəyov adına və Nizami adına kolxozlarda da vəziyyət yuxarıdakı kimidir 1973-cü ildə 22,5 sentner, onun qonşuluğunda yerləşən Əzizbəyov adına kolxozda isə hər hektardan cəmisi 12,8 sentner pambıq yığılmışdır.
Bir sıra rayonlarda da belə misallar vardır. Geridə qalan təsərrüfatların rəhbərləri və partiya təşkilatları bu barədə ciddi düşünməlidirlər.
Əsas vəzifə ondan ibarət olmalıdır ki, bütün rayonlarda, bütün təsərrüfatlarda və briqadalarda yüksək əkinçilik mədəniyyəti təmin edilmiş olsun. Elə işləmək lazımdır ki, dövlətə pambıq satışı üzrə planını və sosialist öhdəliyini yerinə yetirməyən bir təsərrüfat, bir briqada belə olmasın. Digər tərəfdən isə hər bir təsərrüfat, hər bir briqada yalnız planı yerinə yetirməyə deyil, habelə yüksək aqrotexnika əsasında pambığın məhsuldarlığını durmadan yüksəltməyə çalışmalıdır.
Partiya indi buna, məhz buna birinci dərəcəli əhəmiyyət verir. Yüksək pambıqçılıq mədəniyyəti təmin etmək və bunun əsasında pambıq istehsalını artırmaq üçün respublikamızda bütün imkanlar vardır. Bununla əlaqədar olaraq bir sıra əsas cəhətlərin üzərində dayanmaq istəyirəm.
Əkinçilikdə yüksək mədəniyyət torpaqdan səmərəli istidadə olunmasından başlayır. Bu sahədə görəcəyimiz işlər olduqca çoxdur. Açıq etiraf etməliyik ki, biz torpaqlardan pis istifadə edirik. Bir çox rayonlarda və təsərrüfatlarda torpağa lazımı qayğı göstərilmir. Bu məqsədlə bəzi faktlar gətirmək istəyirəm. Pambığın, taxılın və başqa bitkilərin əkin sahələrini genişləndirməkdən söhbət düşəndə pambıqçılıq rayonlarının rəhbərləri xam torpaqların olmamasından gileylənirlər. Halbuki pambıqçılıq rayonlarında 92 min hektardan artıq, o cümlədən Sabirabad rayonunda 11,6 min hektar, Saatlı rayonunda təqribən 6,7 min, Salyan rayonunda təqribən 5,8 min, Neftçala rayonunda 3,2 min, Bərdə rayonunda 2,1 min, Jdanov ( indiki Beyləqan) rayonunda isə 1,7 min hektar dinçə qoyulmuş torpaq vardır.
Belə torpaqlar respublikada isə 236 min hektardır. Doğrudur, bu torpaqların bir hissəsi bərk şoranlaşdığından mürəkkəb meliorasiya işi tələb edir. Lakin təsərrüfatlar
istəsələr müəyyən qədər xərc çəksələr, həmin torpaqların çox hissəsini kənd təsərrüfatı dövriyyəsinə daxil edə bilərlər. Bu imkandan isə çox yerlərdə lazımi səviyyədə istifadə edilmir.
Kolxoz və sovxozlarda belə torpaq ehtiyatları olduğu halda, bəzi rayonların rəhbərləri tez-tez Azərbaycan KP Mərkəzi Komitəsindən və Nazirlər Sovetindən xahiş edirlər ki, pambıq əkmək məqsədilə qış otlaqlarından onlara torpaq sahəsi ayırsınlar. Halbuki qış otlaqları respublikanın qızıl fondu hesab edilir və son dərəcə böyük zərurət olmadıqda, bunlara toxunmaq olmaz.
Torpaqdan səmərəli istifadə olunmasının mühüm məsələlərindən biri də hektarlarda optimal bitki sıxlığının təmin edilməsindən ibarətdir. Bəzi tarlalarda böyük seyrəkliyə yol verilir, xəndəklərin və yolların kənarında, şalbanların və dirəklərin ətrafında geniş zolaqlar əkilməmiş qalır. Bir çox təsərrüfatlarda arxlar qazılması işində heç bir mədəniyyət yoxdur, arxlar arasında optimal məsafə gözlənilmir, sahələrdə lazım olmayan müvəqqəti və hətta daimi arxlar vardır. Bir çox briqadalarda su arxları tarlanın qurtaracağında deyil, bilavasitə sahənin ortasında qazılır. Belə hallara Şirvan zonası rayonlarının təsərrüfatlarında daha tez-tez təsadüf olunur. Halbuki həmin rayonların ağır torpaqlarında bu işlər xüsusilə düzgün görülməlidir.
Aqronexnikanın ən adi tələblərinə düzgün əməl etməmək nəticəsində təsərrü-fatlarda çoxlu torpaq itirilir. Bu isə çoxlu məhsul itkisi deməkdir. Əlbəttə, belə vəziyyətin mövcud olduğu şəraitdə, əkinçilik mədəniyyətini qaldırmaqdan söhbət ola bilməz.
Torpağa qayğısız münasibət bəsləmək hallarına laqeyidcəsinə yanaşmaq olmaz və belə faktların kökünü tamamilə kəsmək lazımdır.
Bitkilərin inkişafında adda-buddalığın, seyrəkliyin, habelə müxtəlifliyin başlıca səbəblərindən biri tarlaların düzgün hamarlanmamasıdır. Təsərrüfatlarda bu məsələyə lazımınca fikir verilmir. Təkcə bunu demək istəyirik ki, pambıqçılıq kolxozlarında və sovxozlarında, habelə Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyinin təşkilatlarında cəmi121 hamarlayıcı maşın vardır. Pambıqçılıq təsərrüfatlarının 70 faizindən çoxunda belə maşınlar tamamilə yoxdur. Yevlax rayonunda cəmi 2, Ucar, Kürdəmir, Qasım İsmayılov (indiki Goranboy) rayonlarının hərəsində bir hamarlayıcı maşın vardır. Haqlı olaraq belə bir sual meydana çıxır: Hamarlayıcı maşınlar nə üçün alınmır? Axı o az tapılan texnika hesab olunmur. Bu günki əkinçilik mədəniyyəti həmin texnikanın hər bir təsərrüfatda, hər bir kompleks mexanikləşdirmə briqadasında olmasını tələb edir.
Bir çox kolxoz və sovxozlarda şum aşağı keyfiyyətdə aparılır. Ön kotancıqdan istifadə olunmur. Halbuki ön kotancıqla şumlamanın faydalı olduğu çoxdan məlumdur; bu torpağın quruluşunu yaxşılaşdırır, alaq otlarına və ziyanvericilərə qarşı səmərəli mübarizə aparılmasına kömək edir. Lakin bunlara baxmayaraq, respublikada torpağın şumlanmasında ön kotancıqlardan istifadə etməmək halları bir növ kök salmışdır. Təsərrüfatın əksəriyyətində ümumiyyətlə ön kotancıq yoxdur, keçən il şumqabağı aparılan yoxlamalar göstərdi ki, Qasım İsmayılov (İindiki Goranboy), Ağdaş, Ağsu və bir sıra başqa rayonların kolxoz və sovxozlarında bir dənə də olsun ön kotancıq yoxdur. Respublikanın kənd təsərrüfatı orqanları və rayon təşkilatları isə belə vəziyyətə göz yumurlar.
Torpağın ikiyaruslu kotanlarla şumlanması da mütərəqqi aqrotexniki tədbirlərdən biridir. Lakin respublikamızda bu da ləng tətbiq olunur. Hazıqda kolxoz və sovxozlarda 261 ikiyaruslu kotan vardır. İki növbə işlədikdə onlarla 53 min hektardan çox sahəni şumlamaq mümkündür. Lakin həmin kotanlarla bu il pambıq əkinlərinin yalnız 30 min hektara qədəri və ya 15 faizi şumlanmışdır.
Pambıqçılığın gələcək inkişafı şuma və şum texnikasına bu cür münasibətə son qoymağı tələb edir. Şumun keyfiyyətli olması və onun aqrotexnikasının ən yeni tələbləri əsasında aparılması üçün mütəxəssislərin və təsərrüfat rəhbərlərinin məsuluyyətini artırmaq lazımdır. Müvəffəqiyyətin ən mühüm rəhni bundadır. Yığıncağın iştirakçılarına xatırlatmaq istəyirəm ki, Azərbaycan KPMK hətta keçən ilin noyabr ayında son tədbirə əl atmağa məcbur oldu. Dondurma şumunun keyfiyyətsiz aparıldığına görə Ağdam və Ağdaş rayon kənd təsərrüfatı idarələrinin rəisləri Əliyev və Yusubov yoldaşlar vəzifələrindən azad olunmuşlar.
Kolxoz və sovxozlarda növbəli əkinin tətbiqi də əkinçilik mədəniyyətinin mühüm cəhətlərindən biridir. Bu sahədə də qüsurlar az deyildir.
Azərbaycan KPMK-nın və Respublika Nazirlər Sovetinin 1971-ci ildə qəbul etdikləri qərarda 1971-1973 cü illərdə 170 pambıq –yonca növbəli əkinlərinin tətbiq olunması müəyyən edilmişdir. Əslində üç il ərzində yalnız 148 pambıq –yonca növbəli əkinləri tətbiq olunmuşdur. Lakin bu növbəli əkinlərin tətbiqində də bir çox səhvlərə yol verilir.
Pambıq–yonca növbəli əkinlərinin quruluşunda 34 % yonca olması nəzərdə tutulur. Deməli, hər il yonca səpini pambıq əkininin ən azı 17-20 faizini təşkil etməlidir. Halbuki 1973-cü ildə yonca pambıq əkininin yalnız 15 faizini təşkil etmişdir. İki min hektardan çox sahədə yonca əkilməmişdir. Həmin nisbət əvvəlki illərdə də gözlənilməmişdir. Görünür bəzi yoldaşlar yoncanın əhəmiyyətini düzgün qiymətləndirmirlər. Unutmaq lazım deyil ki, növbəli əkində yonca həm torpağın quruluşunu və tərkibini yaxşılaşdırır, həm də yonca elə bir bitkidir ki, heyvandarlıq onsuz inkişaf edə bilməz.
Təəssüflə qeyd olunmalıdır ki, yonca əkinlərinin heçdə hamısı vaxtında şumlanmır. Onların 20-22 %-dən çoxu üçüncü və dördüncü illərə qalır. Bu da növbəli əkin rotasiyasını pozur, pambıq əkinlərinin xeyli hissəsinin növbəli əkindən kənarda qalmasına səbəb olur.Belə nöqsanlara İmişli, Bərdə, Mirbəşir (indiki Tər-tər) və başqa rayonların təsərrüfatlarında rast gəkmək olar.
Kənd təsərrüfatı ilə məşğul olan nazirliklər və idarələr, habelə rayon partiya və icrayyə komitələri kolxoz və sovxozlarda növbəli əkinlərin düzgün tətbiq edilməsi üzərində nəzarəti gücləndirməlidirlər.
Pambıqçiliğin gələcək yüksəlişində toxumçuluğun rolu böyükdür. Yuxarıda deyildiyi kimi, bu sahədə az iş görülməmişdir. Lakin bu həqiqətdir ki, toxumçuluqda hələdə ciddi nöqsanlar vardır.
Belə ki, bir çox rayonlar və təsərrüfatlar üçün toxumluq pambıq tədarükü planının yerinə yetirilməsi hələ qanun şəkilini almamışdır. Respublikanın pambıqçılıq rayonları 1973-cü ilin məhsulundan dövlətə 60 min ton toxumluq pambıq satılmasını təmin etməli idilər. Halbuki yalnız 46 min tona yaxın toxumluq pambıq tədarük edilmişdir. Planı 35 faiz yerinə yetirən Ağdam rayonunun, 45 faiz yerinə yetirən Şamxor (indiki Şəmkir) rayonunun, 59,3 faiz yerinə yetirən Ağdaş rayonunun , 69,6 faiz yerinə yetirən Ağcabədi rayonunun, 62,2 faiz yerinə yetirən Bərdə rayonunun, 71,9 faiz yerinə yetirən Göyçay rayonunun təsərrüfatlarında toxumluq pambıq xüsusilə yarıtmaz tədarük edilmişdir.
Bununla əlaqədar olaraq təqribən 25 min ton texniki sortu pambığın toxum üçün seçmək və saxlamaq lazım gəlmişdir. 1972-ci ildə də belə hallar olmuşdur.
Təhvil verilən toxumluq pambığın keyfiyyətinə lazımınca diqqət yetirlmir. Dövlət Ümumittifaq standartının yol verdiyi 9 faiz nəmlik əvəzinə Göy-çay rayonunun ayrı-ayrı təsərrüfatlarının təhvil verdikləri toxumluq pambığın nəmliyi 16 faizə. Ağdaş payonunda 15,3 faizə, Ağdam rayonunda 14,3 faizə, Şəmkir rayonunda 13,3 faizə çatmışdır. Görünür bu təsərrüfatların rəhbərləri həmin pambıqdan keyfiyyətli çiyid alınması barədə düşünməmişlər.
Kənd təsərrüfatı nazirlryi, habelə rayon partiya, sovet və kənd təsərrüfatı orqanları toxumluq pambığın tədarükü planlarının yerinə yetirilməsi və keyfiyyətinin yaxşılaşdırılması üçün kolxoz və sovxoz rəhbərlərinin məsuliyyətini artırmalıdırlar.
Bu işdə mövcud olan ciddi nöqsanlardan biri də budur ki, toxumçuluğun yaxşılaşdırılmasında daha çox maraqlı olan respublika Kənd Təsərrüfatı Nazirliyi toxumluq pambığın tədarük məntəqələrinə təhvil verildiyi andan öz vəzifəsini bitmiş hesab edir. Nazirlik özünün nəzarət toxum laboratotiyaları, habelə tabeliyində olan digər təşkilatlar vasitəsilə çiyidin necə saxlandığına ciddi nəzarət etmir, çiyidin hansı şəraitdə saxlanılması ilə maraqlanmır.
Kənd təsərrüfatı və yüngül sənaye nazirlikləri toxumluq pambığın istehsalında, tədarükündə və çiyidin səpin üçün hazırlanmasında olan nöqsanları aradan qaldırmalıdırlar.
Partiya bizə öyrədir ki, əkinçilik mədəniyyətini yüksəltməyin, kənd təsərrüfatını intensivləşdirməyin başlıca yollarından biri onun kimyalaşdırılmasını gücləndirməkdən ibarətdir. Bu hər şeydən əvvəl pambıqçılığa aiddir.
Kənd təsərrüfatının kimyalaşdırılması sistemində mineral gübrələrin, kənd təsərrüfatı bitkilərinin ziyanvericilərinə və müxtəlif xəstəliklərinə qarşı mübarizə də kimyəvi tədbirlərin tətbiqi mühüm yer tutur. Son illər partiya və hökumətin qayğısı sayəsində təsərrüfatlarda mineral gübrələrdən daha çox istifadə olunur. Məsələn 1970-ci ildə respublikanın kolxoz və sovxozları sahələrə 283 min ton gübrə verdikləri halda, 1973-cü ildə demək olar ki, bu rəqəm 405 min tona (fiziki çəkidə) çatdırılmışdır. İndi təsərrüfatların rəhbərlərinin və mütəxəssislərin əksəriyyəti mineral və üzvi gübrələrdən istifadə etməyin faydalı olduğunu dərindən başa düşür.
Lakin bir sıra təsərrüfatlarda gübrələrin əhəmiyyətini hələ də lazımınca qiymətləndirmirlər. Əgər 1973-cü ildə respublika üzrə orta hesabla bir hektar pambıq əkini sahəsinə 233 kiloqram mineral gübrə verilmişdirsə, Mirbəşir rayonunun (indiki Tərtər) təsərrüfatlarında yalnız 178 kiloqram, Bərdə rayonunun təsərrüfatlarında 182 kiloqram, Ağdaş rayonunun təsərrüfatlarında 183 kiloqram, Yevlax rayonunun təsərrüfatlarında 180 kiloqram gübrə işlədilmişdir. İmişli, Zərdab və bir sıra başqa rayonların təsərrüfatlarında da sahələrə mineral gübrə nəzərdə tutulduğundan xeyli az verilmişdir. Rayonlarda elə təsərrüfatlar vardır ki, keçən il sahələrə bir qram da olsun gübrə verməmişlər. Ağsu rayonundakı Nizami adına, Ağdaş rayonundakı Səməd Vurğun adına kolxozları, Zərdab rayonundakı “Rusiya” kolxozunu buna misal göstərmək olar. Mәһz bunun nәticәsidir ki, һәmin tәsәrrüfatlarda pambığın mәһsuldarlığı 5 sentnerdәn 14 sentnerәdәk olmuşdur.
Pambıq әkinlәrinә kalium gübrәsinin verilmәsi dә çox vacibdir. Bunun sәmәrәsi elm tәrәfindәn sübut edilmiş vә kartoqramlarda nәzәrdә tutulmuşdur. Lakin tәsәrrüfatlarımızda kalium gübrәsi olduqca lәng tәtbiq edilir. Mәsәlәn, keçәn il respublika üzrә pambıq әkinlәrinә ҹәmi 2,9 min ton kalium gübrәsi verilmişdir. Tövsiyә edilmiş normalara görә bu qәdәr gübrә yalnız 2 min һektar pambıq saһәsinә kifayәt edir. Keçәn il Ağsu, Şamxor rayonlarının (indiki Şəmkir) vә bir çox başqa rayonların tәsәrrüfatları pambıq əkinlәrinә olduqca az kalium gübrәsi vermişlәr. Aғcabәdi rayonunun tәsәrrüfatları isә bu gübrәdәn tamamilә istifadә etmәmişlәr. Biz ona nail olmalıyıq ki, gübrәlәrdәn aqrotexniki qaydalar әsasında istifadә edilmәsinin, kolxoz vә sovxoz kadrlarının aqronomiya һazırlığının yaxşılaşdırılmasının əһəmiyyәtini һamı dәrindәn başa düşsün vә bunlara ciddi fikir versin.
Mineral gübrәlәrdәn aqrokimya xәritәlәrinin göstәricilәrinә uyğun şәkildә istifadә edilmәlidir. Bütün pambıqçılıq tәsәrrüfatlarında һәmin xәritәlәr vardır. Bu xәritәlәrin tәrtib olunmasına böyük mәblәğdә dövlәt vәsaiti xәrclәnmişdir. Lakin bir çox tәsәrrüfatlar һәmin xәritәlәrdәn istifadә etməyәrәk gübrәlәri gözәyarı sәpir, torpağın xüsusiyyәtlәrini nәzәrәalmırlar. Respublika vә rayon kәnd tәsәrrüfatı orqanlarının mütәxәssislәri isә bu cür faktlara dözürlәr. Belәһallara Saatlı, Salyan, Mirbәşir (indiki Tər-tər), Jdanov (indiki Beyləqan) vә bir sıra başqa rayonların tәsәrrüfatlarında tәsadüf olunur.
Gübrәlәrin verilmәsi prosesinin mexaniklәşdirilmәsi texnologiyası bizdә һәlәlik lazımınca işlәnib һazırlanmamışdır. Briqadirlәrin vә mexanizatorların kifayәt qәdәr һazırlıqlı olmaması üzündәn tuk gübrәsi sәpәn aqreqatlar çox vaxt gübrәlәrin torpağa normada sәpilmәsi vә lazımi dәrinliyә düşmәsi üçün düzgün sazlanmır. Buna görә dә çox vaxt elә olur ki, eyni saһәdә cәrgәlәr arasına müxtәlif dozalarda gübrә verilir. Bu isә, şübһәsiz, pambığın inkişafına, onun yetişmәsi müddәtlәrinә vә mәһsuldarlığına tәsir göstәrir.
Kәnd Tәsәrrüfatı Nazirliyi vә onun Kәnd Tәsәrrüfatını Mexaniklәşdirmә İnstitutu, Azәrbaycan Kәnd Tәsәrrüfatı Texnikası Birliyi, һabelә tәsәrüfatların rәһbәrlәri göstәrilәn nöqsanları aradan qaldırmalıdırlar.
Gübrәlәrin daşınmasında vә saxlanmasında itkinin qarşısını almaq әn müһüm vәzifәlәrdәn bi-ridir. Bu saһәdә dә böyük nöqsanlar vardır.
Azәrbaycan Kәnd Tәsәrrüfatı Texnikası Birliyi mineral gübrəlәri tәsәrrufatlara öz nәqliyyat vasitәlәri ilә daşımalıdır. Lakin bunun üçün birliyin kifayәt qәdәr bazaları vә anbarları yoxdur. Buna baxmayaraq, mineral gübrә anbarlarının tikintisi planları da ildәn-ilә pozulur. Kolxoz vә sovxozlarda da vәziyyәt yuxarıda deyilәn kimidir. Bu vәziyyәti kökundәn dәyişdirmәk lazımdır.
Üzvi gübrәlәr dә pambığın mәһsuldarlığını yuksәltmәkdә müһüm rol oynayır. Mәlumdur ki, saһәlәrin quruluşu yaxşılaşır, mikrobioloji proseslәr sürәtlәnir, su vә һava rejimlәri tәlәb olunan qaydaya düşür.
Buna baxmayaraq, üzvi gübrәnin әһәmiјyyәti yenә dә lazımınca qiymәtlәndirilmir. Keçәn il respublika üzrә һәr һektara orta һesabla cәmi 3,1 ton peyin verilmişdir. Bir çox rayonlarda isә bundan da az verilmişdir. Ağsu rayonunda һәr һektara 1,6 ton, Jdanov (indiki Beyləqan) rayonunda 2,2 ton, İmişli rayonunda 1,8 ton, Kürdәmir rayonunda 2 ton, Şamxor (indiki Şəmkir) rayonunda 1,4 ton peyin daşınmışdır.
Bir çox tәsәrrüfatlarda peyinin saxlanması vә saһәlәrә vermәk üçün һazırlanması texnologiyası pozulur, anbarlar yoxdur, üzvi kübrәnin vә alaq otları toxumlarının çürümәsi müddәtlәrinә riayәt edilmir.
Yoldaşlar, üzvi gübrәlәrә bu cür münasibәt bәslәnmәsinә son qoyulmalıdır.
Kәnd tәsәrrüfatı bitkilәrinin ziyanvericilәrinә vә xәstәliklәrinә qarşı mübarizә lazımi sәviyyәdә aparılmır. Bu saһәdә nöqsanlar çoxdur. Kolxoz vә sovxozlar sovkanın ucbatından һәr il daһa çox mәһsul itirirlәr. Keçәn ilin göstəriciləri buna әyani sübutdur.
Pambıq sovkasına vә pambığın digәr ziyanvericilәrinә qarşı lazımi mübarizәnin olmaması bütöv nöqsanlar kompleksi ilә әlaqәdardır. Respublikada vә ayrı-ayrı tәsәrrüfatlarda ziyanvericilәrin meydana çıxmasını müәyyәn edәn әsil entomoloji proqnoz xidmәti yoxdur. Bu әn böyük nöqsandır. Belә bir xidmәtin yoxluğu, entomoloq kadrlarının kifayәt qәdәr һazırlıqlı olmaması nәticәsindә ziyanvericinin mövcud olması, onun kütlәvi surәtdә artması, tәsәrrüfat rәһbәrlәri üçün vә һәtta Kәnd Tәsәrrüfatı Nazirliyi üçün az qala gözlәnilmәz bir һadisәyә çevrilir. Keçәn il sovkanın әmәlә gәlmәsi vә kütlәvi surәtdә çoxalması Ağdam, Bәrdә, Mirbәşir (indiki Tərtər), Ağdaş vә bir sıra başqa rayonların rəһbәrlәri üçün mәһz bu cür gözlәnilmәz һal olmuşdur. Onlar ziyanvericini dәf etmәk üçün һazır deyildilәr. Bu һәlә bir yana dursun, ayrı-ayrı rayonlarda pambıq sovkası ilә yanaşı respublikamız üçün sәciyyәvi olmayan vә nadir һallarda tәsadüf edilәn ziyanvericilәr karadrina, trips, payızlıq sovka, mәftil qurdu, mәnәnә dә olmuşdur. Tәcüblüdür ki, һәmin ziyanvericilәrin mövcud olması mәһsulun müәyyәn һissәsi tәlәf olduqdan sonra mәlum olmuşdur. Һalbuki һәr bir tәsәrrüfatçı, һabelә Kәnd Tәsәrrüfatı Nazirliyinin, Azәrbaycan Kәnd Tәsәrrüfatı Texnikası Birliyinin müvafiq idarәlәri nә qәdәr pup qışlayacağını, ziyanvericinin inkişafının müxtәlif mәrһәlәlәrindә onları mәһv etmәk üçün һansı aqrotexniki, mexaniki vә kimyәvi tәdbirlәr görülәcәyini һәlә payız fәslindә bilmәlidirlәr. Bu mübarizәdә profilaktika tәdbirlәri başlıca yer tutmalıdır. Tәәssüf ki, profilaktikanın olmaması vә aqrotexniki tәdbirlәrin tәlәb olunan sәviyyәdә aparılmaması, başlıcası isә vaxtında һәyata keçirilmәmәsi nәticәsindә kolxoz vә sovxozlar ziyanvericilәrә qarşı mübarizәdә çoxlu miqdarda kimyәvi dәrmanlar işlәdir. Onların miqdarı ildә 28-30 tona çatır. Әgәr digәr pambıqçılıq respublikalarında kimyәvi maddәlәr ildә әn çoxu dörd-beş dәfә verilirsә, bizim tәsәrrüfatlarda bunların sayı 10 dәfә vә daһa çoxdur. Keçәn il Mirbәşir (indiki Tərtər) rayonunun bәzi tәsәrrüfatlarında tәqribәn 12 dәfә, Ağdam rayonunun tәsәrrüfatlarında 12,2 dәfә, Zәrdab rayonunun tәsәrrüfatlarında 12,7 dәfә, Qasım İsmayılov (indiki Göranboy) rayonunun tәsәrrüfatlarında 12,9 dәfә dәrmanlama aparılmışdır.
Bir çox tәsәrrüfatlarda pambıq əkinlәrinin kimyәvi üsulla dәrmanlanması üçün kifayәt qәdәr yerüstü aparatlar yoxdur, aviasiyanın vә yerüstü aparatların kömәyi ilә görülәn işlәrin әlaqәlәndirilmәsinә lazımi fikir verilmir.
Belә bir vәzyyәt dә normal һesab edilә bilmәz ki, kolxoz vә sovxozlarda ziyanvericilәrә qarşı onların әmәlә gәldiyi ocaqda mübarizә aparılmır. Demәk olar bütün saһәlәrә, һәtta һeç lazım olmayan yerlәrә dә kimyәvi dәrmanlar verilir.
Bütün bu qüsurlar vә nöqsanlar cari ildә nәzәrә alınmalı, ziyanvericilәrin bir kiloqram da olsa pambıq mәһsulunu tәlәf etmәsinә yol verilmәmәlidir.
Pambıqçılığın daһa da inkişaf etdirilmәsi pambıq әkinlәrinin suvarılması mәdәniyyәtinin kökündәn yüksәldilmәsini, әkin suyundan sәmәrәli istifadә olunmasını, kolxoz vә sovxozlarda suçuların әmәyinin sәmәrәli tәşkil edilmәsini tәlәb edir.
Son illәr tәsәrrüfatlarda suvarma texnikasının da xeyli yaxşılaşdığı nәzәrә çarpır. Bu da pambığın mәһsuldarlığının yüksәldilmәsinә müsbәt tәsir göstәrir. Lakin bu saһәdә dә nöqsanlar һәlә çoxdur. Pambıq әkinlәrinin suvarılmasında һәlә dә uyğunsuzluğa yol verilir. Eyni saһәnin bir tәrәfinә çox su verilir, o biri tәrәfi isә kifayәt qәdәr suvarılmır. Һazırda tәtbiq edilәn suvarma texnikası һәlә aşağı sәviyyәdәdir vә belә suvarma qaydası müasir tәlәblәrә cavab vermir. Pambıq әkinlәrinin suvarılmasında әsasәn әl әmәyindәn istifadә olunur. Suvarmanın mexaniklәşdirilmәsi sәviyyәsi İttifaq üzrә orta һesabla 24,2 faiz olduğu һalda, respublikada tәqribәn 2,3 faizә bәrabәrdir.
Suvarmanın mexaniklәşdirilmәsini pambıqçılıqda plana uyğun şәkildә tәtbiq etmәk lazımdır. Şlanqların, sifonların vә digәr kiçik mexaniklәşdirmә vasitәlәrinin kömәyi ilә uzun şırımlar üzrә pambıq әkinlәrinin suvarılması geniş tәtbiq edilmәlidir. Mütәxәssislәr tәsdiq edirlәr ki, şlanq vasitәsilә suvarma artezian vә subartezian quyularından, tәzyiqi aşağı olan qapalı suvarma sistemlәrindәn su götürüldükdә xüsusilә sәmәrәli olur.
Bütün bu mәsәlәlәr kәnd tәsәrrüfatı, sovxozlar, meliorasiya vә su təsәrrüfatı nazirliklәrinin, rayonların partiya, sovet orqanlarının diqqәt mәrkәzindә durmalıdır, һәmin tәşkilatlar, һabelә Azәrbayçan Kәnd Tәsәrrüfatı Texnikası Birliyi respublikaya tәlәb olan miqdarda maşınlar vә avadanlıq gәtirmәlidirlәr. Bu maşınların işlәdilmәsi vә tәmiri üçün yaxşı tәcһiz olunmuş bazalar yaradılması ilә әlaqәdar olan mәsәlәlәr üzәrindә ciddi düşünmәk lazımdır.
İmişli rayonundakı Mirbәşir Qasımov adına kolxozdan Lenin ordenli Şadman Hәsәnov, Puşkin (indiki Bilasuvar) rayonundakı «Oktyabr» kolxozundan Nüsrәt Әliyev, Salyan rayonundakı Qüdrәt Sәmәdov adına kolxozdan Әlif Mәcidov vә bir çox başqaları kimi pambıq mәһsulu uğrunda mübarizәdә һәr il fәdakarlıq nümunәsi göstәrәn suçuların iş tәcrübәsi geniş yayılmalıdır.
İxtisaslı suçu kadrları һazırlamaq üçün sabit sistem düşünülmәli vә tәşkil edilmәli, suçuların maddi vә mәnәvi marağına, onların mәişәt şәraitinin yaxşılaşdırılmasına daha çox fikir verilmә-lidir. Bu cәһәtdәn biz Orta Asiya respublikalarından nümunә götürmәliyik. Hәmin respublikalarda suçu pambıqçılıqda başlıca sima һesab edilmәklә, onun ağır zәһmәti layiqincә qiymәtlәndirilir.
Pambıqçılıqda kompleks mexaniklәşdirilmә get-gedә daһa çox tәtbiq olunur. Bunun isә pambıqçılığın gәlәcәk inkişafı üçün böyük әһәmiyyәti vardır. Lakin mexaniklәşdirmә işi kolxoz vә sovxozlarda һәlәlik aşağı sәviyyәdәdir. Xüsusәn pambığın maşınla yığılması işindә һәlә dә nöqsanlar çoxdur. Pambıq yığımında sәmәrәliliyin aşağı olmasının sәbәblәrindәn biri dә yerә tökülmüş pambığın yığılmasının kifayәt qәdәr mexaniklәşdirilmәmәsi, qәrzәkyığan vә tәmizlәyәn maşınlardan, digәr növ mexanizmlәrdәn az istifadә olunmasıdır.
Respublikada 1971-ci ildә pambığın maşınla yığılması sәviyyәsi tәqribәn 19 faiz, 1972-ci ildә 21 faiz, 1973-cü ildә tәqribәn 14,3 faiz olmuşdur. Һalbuki һәmin müddәtdә bu iş Özbәkistanda 38 faizdәn artıb 55 faizә çatmışdır.
Respublikamızda maşınlarla pambıq yığılması saһәsindә yaxşı misallar vardır. Mәsәlәn, Cәlilabad rayonunda yığımın mexaniklәşdirilmәsi sәviyyәsi 1973-cü ildә tәqribәn 65 faizә, Puşkin (indiki Bilasuvar) rayonunda 58 faizә çatmışdı. Puşkin rayonunun «Azərbaycan», Lenin adına kolxozunda, «Kommunizm yolu», «Oktyabr» kolxozlarında (һәmin kolxozların sәdrlәri İmran Mәmmәdov, Bayram Һәsәnov, Hüseyn İsgәndәrov, Kamal Әliyarlı yoldaşlar, partiya tәşkilatlarının katiblәri Әlibala Rәһimov, Mәmmәdqulu Quliyev, Alıkişi Talıbov, Taһir Quliyev yoldaşlardır) 1973-çü ildә mәһsulun 75—80 faizi, Cәlilabad rayonunun «Moskva» vә 26 Bakı komissarı adına kolxozlarında (idarә һeyәtlәrinin sәdrlәri Xanһüseyn Abdullayev, Mirzәbәy Rüstәmov, partiya tәşkilatının katiblәri Һacıağa Ağayev, Ağamoğlan Әsgәrov yoldaşlardır) isә mәһsulun 65— 70 faizi maşınla. yığılmışdır.
Qabaqcıl kompleks mexaniklәşdirilmiş briqadalarda maşınla pambıq yığımı daһa yüksәk sәviyyәyә çatmışdır. Onlardan Puşkin (indiki Bilasuvar) rayonunda Mәcid Hәsәnovun vә Qulu Әzizovun briqadalarını göstәrmәk olar. Hәmin briqadalar pambığın 80 faizdәn çoxunu maşınla yığmışlar. Hәr һektardan 30-40 sentner mәһsul götürüldüyü şәraitdә, Sosialist Әmәyi Qәһrәmanları Sәrdar İmrәliyev, Şaban Rzayev vә Lenin ordenli Mәcid Hәsәnovun briqadalarında pambığın maşınlarla yığılması mәhsulun әl ilә yığılmasına nisbәtәn tәsərrufatlara 400 min manatdan çox qәnaәt vermiş, әmәk mәsrәfi 74 min adam-gün azalmışdır. Pambıq isteһsalı bir nәfәr fәһlә һesabı ilә 1969-cu ildәki 4,5 tondan artıb 1973-cü ildә 30 tona çatmış, bir sentnerә әmək mәsrәfi 3,7 adam-gündәn azalıb bir adam-günә enmişdir.
Tәәssüf ki, bizdә belә tәsәrrüfatlar vә briqadalar һәlә azdır. Ağsu, Kürdәmir, Füzuli, İmişli, Sabirabad rayonlarında vә bir sıra başqa rayonlarda keçәn il pambığın maşınla yığılması işi pis tәşkil edilmişdir. 1973-cü ildә pambıq yığan maşınlardan istifadә olunması son dәrәcә yarıtmaz tәşkil edilmişdir, bәzi rayonlarda ikicәrgәli maşının gündәlik orta mәһsuldarlığı normada nәzәrdә tutulan 5 ton әvәzinә 0,8 tondan çox olmamışdır.
Yuxarıda adları çәkilәn rayonlarda maşınla yığımın aşağı sәviyyәdә olmasının sәbәbi һәmin işin tәşkilindә vә həyata keçirilmәsindә yol verilmiş ciddi nöqsanlardan, o cümlәdәn saһәlәrin düzgün ayrılmamasından, tarlaların alaq otlarından vaxtında tәmizlәnmәmәsindәn, yarpaqların tökdürülmәsi qaydasının pozulmasından ibarәt olmuşdur.
İndiyәdәk respublikanın kolxoz vә sovxozlarında 1.250 kompleks mexaniklәşdirilmiş briqada tәşkil edilmişdir. Lakin bu işin tәşkiliıdә ciddi sәһvlәr vardır. Һәmin briqadalara 100-120 һektar әkin saһәsi əvəzinəbәzәn 40-60 һektar saһә tәһkim edilir. Burada çoxlu adam işlәyir, һektar prinsipi tәtbiq edilir, zәruri olan maşın vә mexanizmlәrin һeç dә һamısı yoxdur, isteһsalatmaliyyә planları, texnoloji xәritәlәr tәrtib olunmur.
Yeri gәlmişkәn qeyd etmәk lazımdır ki, qızlar pambıqyığan maşınları böyük ustalıqla idarә edirlәr. Puşkin (indiki Bilasuvar) rayonundan Rәһilә Mәmmәdova vә Zәri Qurbanova, Neftçala rayonundan Hәqiqәt Әbilova, Ağcabәdi rayonundan Nazilә Meһdiyeva vә Gülxarә Fәrzәliyeva, Jdanov rayonundan(indiki Beyləqan) Rübabә Vәliyeva keçәn il adama 150-250 ton pambıq yığmışlar.
Sevil Qazıyevanın ardıcılları Mirbәşpr (indiki Tərtər) rayonundan Ofelya Sәfәrova, Ağdam rayonundan Dilәfruz Sәmәdova usta sürücü mexanik kimi respublikada geniş şöһrәt qazanmışlar.
Rayonların partiya, sovet vә kәnd tәsәrrüfatı orqanları, kolxoz vә sovxozların rәһbәrlәri gәnc mexanizatorların yüksәk mәһsuldarlıqla işlәmәsi vә istiraһәti üçün һәr cür şәrait yaratmalı, һәm texniki peşә mәktәblәrindә, һәm dә kolxoz vә sovxozlarda onların arasında tәrbiyә işini güçlәndirmәlidirlәr. Gәnc mexanizatorları bizim şanlı әmәk qәһrәmanlarımızın Sәrdar İmrәliyevin, Sevil Qazıyevanın, Şaban Rzayevin, Mansur Kәrimovun, Mәcid Hәsәnovun vә başqalarının nümunәsi әsasında tәrbiyә etmәk lazımdır. Onlar fәһlәyә xas olan gözәl keyfiyyәtlәri, öz işlәrinә mәһәbbәt vә novator münasibәt bәslәmәlәri, tapşırılan işә yüksәk mәsuliyyәtlә yanaşmaları, texnikaya vә әmәyin elmi tәşkilinin әsaslarına dәrindәn bәlәd olmaları sayәsindә böyük әmәk müvәffәqiyyәtləri qazanırlar. Bu keyfiyyәtlәr traktorun kabinәsinә, kombaynın vә ya pambıqyığan maşının sükanı arxasına ilk dәfә әylәşәnlәrә һәr gün әzmlә aşılanmalıdır.
Yoldaşlar! Son illәrdә bir sıra rayonların partiya vә tәsәrrüfat orqanlarının gördüklәri işlәr nәticәsindә pambıqçılığın iqtisadi sәmәrәsi xeyli yüksәlmişdir. Mәsәlәn, keçәn il Puşkin (indiki Bilasuvar) rayonunda pambığın һәr sentnerinin maya dәyәri 38,3 manat, Ağcabәdi rayonunda 39,3 manat, Cәlilabad rayonunda 40,4 manat olmuşdur. Belә göstәricilәr tәkcә pambığın yüksәk mәһsuldarlığı ilә, dövlәtә pambıq satışı planlarının daһa çox yerinә yetirilmәsi ilә deyil, һәm dә tәsәrrüfatlarda aparılan iqtisadi işin yaxşılaşması, tәsәrrüfat һesabının, maddi һәvәslәndirmәnin әn yaxşı formalarının daһa geniş miqyasda tәtbiq olunması ilә izaһ edilmәlidir.
Bunlarla yanaşı qeyd etmәk lazımdır ki, torpaqdan istifadә olunmasında, pambığın yetişdiril-mәsi texnologiyasında, pambıqçılığın kimyalaşdırılmasında, xüsusәn mexaniklәşdirilmәsindә yuxarıda göstәrilәn nöqsanlara yol veri1mәsi bu saһәnin iqtisadi sәmәrәsinә mәnfi tәsir göstәrir. Bir çox rayonlarda pambığın maya dәyәri һәlә dә yürsәkdir. Keçәn il Ağdaş rayonunda pambığın һәr sentneri 56 manata, Göyçay rayonunda 55 manata, İmişli rayonunda 52 manata, Kürdәmir rayonunda 51 manata, Ucar rayonunda 52 manata başa gәlmişdir.
Bu onun nəticәsidir ki, bir çox rayonların vә tәsәrrüfatların rәһbәrlәri vә mütәxәssislәri һәlә də pambıq isteһsalının neçәyә başa gәlmәsi barәdә düşünmürlәr. Bunu aşağıdakı faktlardan da aydın görmәk olar.
Yevlax rayonundakı «Bakı» kolxozu keçәn il dövlәtә pambıq satışı planını 101 faiz yerinә yetirmişdir. Dövlәtin pambığı yüksәk qiymәtә aldığı bir şәraitdә, gәrәk bu kolxoz rentabelli olaydı. Lakin bunun әksinә olmuşdur, tәsәrrüfat pambıqçılıqdan 28 min manat zәrәr çәkmişdir. Hәmin rayondakı Füzuli adına kolxoz isә dövlәtә pambıq satışı planını 109 faiz ödәmiş vә tәqribәn 23 min manat zәrәrә yol vermişdir. Ağdaş rayonundakı «Qafqaz» kolxozu vә Nәrimanov adına kolxoz keçәn il öz planlarını müvafiq surәtdә 114 vә 109 faiz ödәmişlәr. Eyni zamanda bu tәsәrrüfatlardan birincisi pambıqçılıqdan 35 min manat, ikincisi isә 11 min manat zәrәrә düşmüşdür.
Keçәn il һәmin kolxozların vә başqa bu kimi tәsәrrüfatların әldә etdiyi nәticәlәr göstәrir ki, onların rәһbәrlәri vә mütәxәssislәri iqtisadi mәsәlәlәrә fikir vermirlәr. Faktlar göstәrir ki, daxili tәsərrüfat һesabı unudulduqda, inzibati-idarә aparatı şişirdildikdә, ümumtәsәrrüfat vә ümumisteһsal xәrclәrinә, yanacaq-sürtgü materiallarına, eһtiyat һissәlәrә qәnaәt üzәrindә nәzarәt olmadıqda pambıqçılıq tәsәrrüfatları ya zәrәrlә işlәyir, ya da az rentabelli olur. Belә tәsәrrüfatlarda әmәk mәһsuldarlığı da aşağı olur. Bir sözlә, әksәr tәsәrrüfatlarda isteһsalın daһa çox sәmәrәli olmasına kömәk edən şәrtlәrә lazımi fikir verilmir.
İsteһsalın iqtisadi sәmәrәsinin aşağı olmasının başlıca sәbәblәrindәn biri dә kolxoz vә sov-xozların orta pillә rәһbәr işçilәrinin iqtisadi biliyinin lazımi sәviyyәdә olmamasıdır. Bir çox briqadirlәr iqtisadiyyatın әsaslarını bilmirlәr. Rayon, şәһәr partiya komitәlәri, kәnd tәsәrrüfatı orqanları isә onların biliyini artırmaq mәsәlәsi ilә pis məşğul olurlar. Respublikada pambıqçılıq saһәsindә işlәyәn briqadirlәrin 60 faizinin ixtisas tәhsili yoxdur. Buna baxmayaraq, bir çox yerlәrdә ali kәnd tәsәrrüfatı mәktәblәrini vә texnkumlarını bitirmiş gәnc mütәxәssislәrin briqadir vәzifәsinә irәli çәkilmәsindә qәtiyyәtsizlik göstәrilir, eyni zamanda böyük iş tәcrübәsi vә yaxşı tәşkilatçılıq qabiliyyәti olan işçilәrin tәһsil almasına lazımi kömәk edilmir.
Kәnd Tәsәrrüfatı Nazirliyi, Sovxozlar Nazirliyi rayon partiya, sovet vә kәnd tәsәrrüfatı orqanları, tәsәrrüfat rәһbәrlәri kolxoz vә sovxozlarda iqtisadi işi yaxşılaşdırmaq üçün qәti dönüş yaratmalı, daxili tәsәrrüfat һesabının һәr yerdә tәtbiq olunması üçün tәdbirlәr görmәli, tәsәrrüfatlara pambıqçılar, briqadirlәr, mütәxәssislәr üçün elә bir әmәk һaqqı sistemi işlәyib tövsiyә etmәlidirlәr ki, bu sistem onları nәinki ümumi pambıq yığımını artırmağa, һabelә isteһsalın iqtisadi sәmәrәsini yüksәltmәyә һәvәslәndirsin.
Yoldaşlar! Pambıqçılığı daһa da inkişaf etdirmәk vә bu saһәdә vәzifәlәrimizi müvәffәqiyyәtlә yerinә yetirmәk uğrunda mübarizәdә kәnd tәsәrrüfatı elmi böyük rol oynayır. Pambıqçı alimlәrimiz pambıqçılığın mәdәniyyәtini yüksәltmәk üçün az iş körməmişlәr. İnstitutlarımızda pambıqçıların böyük һörmәtini qazanan, onlara әmәli yardım göstәrәn çoxlu alim işlәyir. Eyni zamanda etiraf etmәmәk olmaz ki, kәnd tәsәrrüfatı isteһsalı һәlә dә elmdәn lazımi sәmәrәni görmür.
Bizdә 180 nәfәr işçisi, tәcrübә stansiyaları vә dayaq mәntәqәlәri olan xüsusi elmi tәdqiqat pambıqçılıq institutu vardır. Bundan әlavә bir sıra elmi-tәdqiqat institutlarının mövzularında pambıqçılıq az qala әsas yer tutur. Buna bitkilәri müһafizә, genetika vә seleksiya, kәnd tәsәrrüfatını mexaniklәşdirmә vә elektriklәşdirmә, һidrotexnika vә meliorasiya institutlarını misal göstәrmәk olar. Bu institutların da böyük ştatları vә geniş təcrübə stansiyaları, dayaq mәntәqәlәri şәbәkәsi vardır.
Tәkcә Kәnd Tәsәrrfatı Nazirliyinin elmi idarəlәrindә 1.800-dәn çox adam, o çümlәdәn 28 elmlәr doktoru vә 400 elmlәr namizәdi işlәyir. Gördüyünüz kimi, bu böyük qüvvәdir vә onlar һәr cür mәsәlәlәri һəll edә bilərlәr.
İndi bizdә lifinin keyfiyyәti yaxşı olan, daһa perspektivli, çox mәһsuldar, tezyetişәn yeni pambıq sortlarına һәmişәkindәn daһa böyük eһtiyac vardır. Lakinseleksiya işinin zәif tәşkil edilmәsi nәticəsindә pambıqçılıq institutu һәlәlik yeni bir növ təklif edә bilmir. İnstitut aqrotexnika saһәsindә isteһsalata yeni bir tәklif verә bilmir. Halbuki bunlara ehtiyac çoxdur. Şirvanın vә Muğanın ağır torpaqşәraiti üçün sәmәrәli aqrotexnikanın işlәnib һazırlanması da vacib mәsәlәlәrdәn biridir.
Mövcud kәnd tәsәrrüfatı texnikasının bir çox növlәrinin tәkmillәşdirilmәsi vә respublikanın şәraitinә uyğunlaşdırılması günün vacib mәsәlәlәrindәn biridir. Lakin kәnd tәsәrrüfatını mexaniklәşdirmә vә elektriklәşdirmә institutunun әmәkdaşları bu mәsәlәlәrә kifayәt qәdәr fikir vermirlәr. Onlar daһa çox problem mövzulara uyurlar. Halbuki bu problemlәrin başa çatdırılması illәrlә uzanır.
Kәnd tәsәrrüfatı ziyanvericilәrinә, xüsusәn sovkayaqarşı mübarizәnin bioloji metodlarının işlәnib һazırlanması problemi kәskin şәkildә qarşıdadurur.
Ümidvarıq ki, respublikanın alimlәri pambıqçılığın gәlәcәk inkişafına kömәk edәn bütün bu vә digәr mәsәlәlәrin һәllindә daһa fәal iştirak edәcәklәr. Onlar bu müһüm vәzifәninöһdәsindәn nә qәdәr tez vә müvəffәqiyyәtlә gәlsәlәr, pambıqçılarımız onlara bir o qәdәr çox minnәtdar olar, öz әmәklәrinә dә yüksәk qiymәt verәrlәr.
Yoldaşlar! Gördüyünüz kimi, pambıqçılığın inkişafı saһәsindә qarşımızda böyük vә mәsul vәzi-fәlәr durur. Hәmin vәzifәlәrin müvәffәqiyyәtlә yerinә yetirilmәsi pambıqçılığa rәһbәrlik sәviyyә-sinə yüksәldilmәsi, Kәnd Tәsәrrüfatı Nazirliyinin, Sovxozlar Nazirliyinin, Meliorasiya vә Su Tәsәrrüfatı Nazirliyinin, Azәrbaycan Kәnd Tәsәrrüfatı Texnikası Birliyinin iş üslubunun vә metod-larının daһa da tәkmillәşdirilmәsini tәlәb edir. İndiki şәraitdә onların әsas işi bütün mәsәlәlәri operativ surәtdә vә bacarıqla һәll etmәyә, iqtisadiyyatı dәrindәn bilmәyә vә onun qanunlarını düzgün tətbiq etmәyә әsaslanmalıdır.
Sov. İKP MK dekabr (1973-cü il) plenumu xüsusilә qeyd etmişdir ki, tәsәrrüfat işinin bütün saһәlәrindә әsil partiya üslubunun, partiya münasibәtinin bәrqәrar olması uğrunda әzmlә mübarizә aparmaq lazımdır. İsteһsalın әlavә eһtiyat mәnbәlәrini daim aşkara çıxarmaq vә istifadәyә vermәk, sosialist tәsәrrüfatçılığının sәviyyәsini yüksәltmәk, elmi-texniki tәrәqqinin nailiyyәtlәrini isteһsalatda tәtbiq etmәyә çalışmaq lazımdır.
Bütün bunlar dövlәt idarә aparatında işlәyәn kadrlar qarşısında xüsusilә ciddi tәlәblәr irәli sürür. Bizim nazirliklәrdә vә idarәlәrdә indi әsasәn öz işini yaxşı bilәn bacarıqlı mütәxәssislәr işlәyirlәr. Lakin elә işçilәr dә vardır ki, onların işlәmәk sәriştәsi yoxdur, çox vaxt isә müһafizәkarlıq vә süstlük göstәrirlәr. Әsasәn elә bunun nәticәsidir ki, elmin vә qabaqcıl tәcrübәnin bir çox nailiyyәtlәri isteһsalatda olduqca lәng tәtbiq olunur, әkinçilik vә һeyvandarlıq mәdәniyyәtinin yüksәldilmәsi ilә bağlı olan bir sıra mәsәlәlәr vaxtında һәll edilmir.
Nazirliklәr vә idarәlәr perspektivsiz işçilәrdәn, öz ideya nәzәri biliyini vә ixtisasını artırmaq qayğısına az qalan, vәzifәsindәn suiistifadә edәn lovğa adamlardan tәmizlәnmәlidir.
Pambıqçılıq saһәsindә vәzifәlәrin müvәffәqiyyәtlә yerinә yetirilmәsi kәnddә aparılan partiya işinin sәviyyәsindәn, rayon partiya komitәlәrinin, kolxoz vә sovxozların ilk partiya tәşkilatlarının öz işini bacarıqla tәşkil etmәlәrindәn çox asılıdır.
Bu ilin xalq tәsәrrüfatı planlarını müvәffәqiyyәtlә yerinә yetirmәk üçün partiya komitәlәri tәsәrrüfat orqanları ilә ictimai tәşkilatların sәylәrini birlәşdirmәli, partiya komitәlәri tәşkilat işinin öz ideoloji işin forma vә metodlarını әlaqәlәndirmәli, bütün ideoloji vasitәlәrdәn geniş istifadә etmәli vә belәliklә yüksәk pambıq mәһsulu götürmәk vә tәsәrrüfatın digәr saһәlәrindә yaxşı göstәricilәr әldә etmәk uğrunda kolxozçuların, sovxoz fәһlәlәrinin, kәnd tәsәrrüfatı mütәxәssislәrinin fәallığını artırmağa nail olmalıdırlar.
Kolxoz vә sovxoz rәһbәrlәrinin vә mütәxәssislәrin seçilmәsi vә tәrbiyә edilmәsi işinin yaxşılaşdırılması, onların tәşәbbüskarlığının, müstәqiliyinin, tapşırılan iş üçün mәsuliyyәt һissinin yüksәldilmәsi dә partiya komitәlәrinin diqqәt mәrkәzindә olmalıdır.
Kolxoz vә sovxozların ilk partiya tәşkilatlarının işini tәlәb olunan sәviyyәyә yüksәltmәk lazım-dır. Onların kütlәlәrlә necә işlәmәsindәn, isteһsalın һәlledici saһәlәrindә kommunistlәri nә dәrәcәdә düzgün yerlәşdirmәsindәn, planların vә sosialist öһdәliklәrinin müvәffәqiyyәtlә yerinә yetirilmәsi uğrunda mübarizәdә onların avanqard rolunu necә artırmasından çox şey asılıdır.
Cari ilin vәzifәlәrinin yerinә yetirilmәsindә sosializm yarışı müһüm rol oynayır. Vilayәt, şәһәr, rayon partiya komitәlәri, ilk partiya tәşkilatları, һәmkarlar ittifaqı vә komsomol orqanları yarışa rәһbәrliyi yaxşılaşdırmalı, onun kütlәviliyinә vә konkretliyinә nail olmalıdırlar. İsteһsal vә әmәk mәһsuldarlığını artırmağın müһüm vasitәsi kimi kolxoz vә sovxoz әmәkçilәrinin canlı yaradıcılı-ğını vә әmәk yarışını inkişaf etdirmәk lazımdır.
Pambıqçılarımızın qәbul etdiklәri öһdәliklәr tamamilә realdır, һәm dә bu öһdәliyin yerinә yeti-rilmәsi üçün artıq lazımi zәmin yaradılmışdır. "Tәsәrrüfatların çoxu keçәn il dondurma şumunu qısa, müddәtlәrdә vә yüksәk sәviyyәdә keçirmişdir, һәm dә ötәn illәrdәkinә nisbәtәn daһa böyük saһәlәr ön kotancıqlı vә ikiyaruslu kotanlarla şumlanmışdır. Torpağa daһa çox mineral vә üzvi gübrә verilmişdir. Qış aratı vә şoran torpaqların yuyulması keyfiyyәtli aparılmış, yaz aratı vә digәr sәpinqabağı işlәr daһa yaxşı görülür.
Azәrbaycan KP Mәrkәzi Komitәsi belә һesab edir ki, yuxarıda göstәrilәn vә mәһsuldarlığın yüksәlmәsinә kömәk edәn bütün eһtiyat mәnbәlәrinin istifadәyә verilmәsi pambıqçılıq üzrә qәbul edilmiş öһdәliyi tamamilә vә artıqlaması ilә yerinә yetirmәyә imkan verir.
Yaxın günlәrdә pambıqçılıqda işin әn qızğın vә mәsul dövrü, çiyid sәpini başlanır. Bol pambıq uğrunda mübarizәnin nәticәsi bu kampaniyanın nә dәrәcәdә mütәşәkkil keçirilmәsindәn çox asılı olacaqdır. Vәzifә çiyid sәpinini maksimum qısa müddәtdә 8-10 gündә, yüksәk aqrotexniki sәviyyәdә başa çatdırmaqdan ibarәtdir. Saһәlәrә yalnız yüksәk keyfiyyәtli vә dәrmanlanmış çiyid sәpilmәlidir.
Briqadaların daimi һeyәtinin müәyyәn edilmәsi, lazımi texnika, yanacaq-sürtgü materialları vә su ilә tәmin edilmәsi yaxın günlәrdә başa çatdırılmalıdır.
Tarlaları dәrһal yoxlamaq, adda-buddalığı aşkara çıxarmaq, yolların, xәndәklәrin kәnarını, dirәkyanı saһәlәri şumlamaq vә ya әl ilә bellәmәk, lazım olmayan köһnә arxları doldurmaq, suvarma şәbәkәsinin tәmizlәnmәsini başa çatdırmaq lazımdır. Tarlaların quzapayından, çoxillik ot köklәrindәn vә sairәdәn tәmizlәnmәsi tezliklә başa çatdırılmalıdır.
Bir sıra yerlәrdә әsas şum altına mineral gübrә verilmәmişdir. Bu iş indi görülməlidir. Gübrәlәr gübrәsәpәn maşınlarla vә ya һeç olmasa aviasiyanın kömәyi ilә verilmәli, sonra isә mala çәkilmәlidir.
Hәr yerdә kütlәvi surәtdә cücәrti almaq mәqsәdi ilә arata qoyulmuş saһәlәrә qulluq edilmәsini tәşkil etmәk, lazım olan һallarda mala çәkmәk lazımdır. Yaz aratının keyfiyyәtli keçirilmәsinә maksimum diqqәt yetirilmәlidir.
Bir sözlә, sәpilmiş çiyidin kütlәvi surәtdә cücәrmәsi, һәr һektarda lazımi qәdәr bitki olması vә yüksәk pambıq mәһsulu götürülmәsi üçün bütün tәdbirlәr görülmәlidir.
Tarla işlәrinin ilk günlәrindәn başlayaraq kolxozçulara vә sovxoz fәһlәlәrinә lazımi mәdәni mәişәt şәraiti yaradılmalı, tarla düşәrgәlәrinin saһmana salınmasına vә tәcһiz edilmәsinә, uşaq baxçalarının vә körpәlər evlәrinin yaradılmasına, bilavasitә saһәlәrdә, tarlaların yaxınlıqında ticarәt xidmәtinin tәşkilinә böyük diqqәt verilmәlidir.
Azәrbaycan Kommunist Partiyasının Mәrkәzi Komitәsi vә respublika Nazirlәr Soveti bu yaxınlarda «1974-cü ildә Azәrbaycan SSR-dә pambıq isteһsalını artırmaq tәdbirlәri һaqqında» qәrar qәbul etmişlәr. Bu qәrarda cari ildә 207 min һektar saһәdә (bu, keçәn ildәkindәn 8 min һektar çoxdur) pambıq әkilmәsi, 180 min һektar saһәdә çiyidin gen cәrgәli üsulla sәpilmәsi, alaq otlarına qarşı mübarizәdә «kotoran» һerbisidindәn geniş istifadә olunması, maşınla әn azı 150 min ton pambıq yığılması göstәrilmişdir һәmin qәrarda һәmçinin pambıq isteһsalı planı әlavә tapşırıqla birlikdә 420 min ton muәyyәn edilmişdir.
Lakin Sizin һamınıza mәlumdur ki, pambıqçılarımız bu il dövlәtә 430 min ton pambıq satmağı öz öһdәlәrinә götürmüşlәr. Biz bu gün Sizinlә birlikdә elә tәdbirlәr müәyyәn etmәliyik ki, bunlar qәbul olunmuş öһdәliklәrin sözsüz yerinә yetirilmәsini tәmin edә bilsin.
Yüngül Sәnaye Nazirliyi dә böyük iş görmәlidir. Nazirlik zavodların vә pambıq tәdarükü mәntәqәlәrinin işindә keçәn illәrdәki nöqsanları aradan qaldırmalı vә bu il onların nümunәvi işlәmәsini tәmin etmәlidirlәr.
Yoldaşlar! Pambıqçılıqla yanaşı respublikamızın qarşısında bu il kәnd tәsərrüfatının digәr saһәlәrindә dә müһüm vәzifәlәr durur. Kәnd әmәkçilәri 1974-cü ildә dövlәtә 240 min ton taxıl, 420 minton tәrәvәz, 445 min ton üzüm, 65 min ton meyvә, 36 min ton tütün, 11 min ton yaşıl çay yarpağı, 4 min ton barama, 96 min ton әt, 235 min ton süd, 195 milyon әdәd yumurta, 9,4 min ton yun satmağı öһdәlәrinә almışlar.Tәrәvәz, üzüm, meyvә, tütün vә çaydan әlavә, göstәrilәn mәһsulların xeyli һissәsi pambıqçılıq rayonlarının payına düşür. Biz bu il azı bir milyon ton taxıl yığmalı, mal-qaranın mәһsuldarlığını xeyli yüksәltmәliyik. Biz 1973-cü ilә nisbәtәn 1974-cü ildә sәnaye mәһsulu isteһsalını beşillik planda nәzәrdә tutulmuş 8 faiz әvәzinә 10 faiz artırmalı, sәnaye mәһsulu artımının 80 faizdәn çoxunu әmәk mәһsuldarlığının yüksәldilmәsi һesabına әldә etmәliyik. Biz 430 min ton «ağ qızıl» yığıb dövlәtә satmalı, azı 1 milyon ton taxıl isteһsal etmәli vә dövlәt anbarlarına 240 min ton taxıl göndәrmәli, dövlәtә 420 min ton tәrәvәz, 445 min ton üzüm, 65 min ton meyvә, 96 min ton әt, 195 milyon yumurta satmalıyıq. Bu rәqәmlәr yüksәkdir, amma imkan daxilindәdir. Partiyamıza, ölkәyә verdiyimiz sözә şәrәflә әmәl etmәk üçün bizim bütün imkanlarımız vardır.
Bu gün burada biz yalnız 1974-cü ilin pambıq öһdәliklәrinin yerinә yetirilmәsi yollarını vә va-sitәlәrini deyil, һәm dә bol Azәrbaycan pambığı uğrunda mübarizә tәdbirlәrini müәyyәn edirik. L. İ. Brejnev yoldaşın tәbrikinin vә arzusunun, onun Azәrbaycan pambıqçılarına bәslәdiyi inamın yığıncaq iştirakçılarında yaratdığı coşqunluq vә ruһ yüksәkliyi, pambıqçılarımızın çıxışlarında ifadә edilәn sәmimi minnәtdarlıq belә bir nәticә çıxarmağa әsas verir ki, respublika pambıq tarlalarının әmәkçilәri bu il yeni zirvәlәr fәtһ etmәyә һazırdırlar.
Azәrbaycan Kommunist Partiyasının Mәrkәzi Komitәsi belә һesab edir ki, yığınçağımızda gedәn söһbәt işgüzar, faydalı oldu. Pambıq ustalarımız qiymәtli tәkliflәr irәli sürdülәr, ağıllı mülaһizәlәr söylәdilәr. Bu tәklif vә mülaһizәlәrin һәyata keçirilmәsi respublikada pambıq isteһsalı vә tәdarükünün xeyli artmasına kömәk edәcәkdir. Azәrbaycan Kommunist Partiyasının Mәrkәzi Komitәsi vә Azәrbaycan SSR Nazirlәr Soveti Sizin arzularınıza vә tәnqidi qeydlәrinizә baxacaq, pambıqçılığın inkişafına dair perspektiv planları müәyyәn edәrkәn, bunları nәzәrә alacaqlar.
Partiya vә hökumәt pambıqçılığın inkişafına müstәsna diqqәt yetirirlәr. Pambıqçılıq respublikalarında iqtisadiyyatın durmadan yüksәlmәsinә Sov.İKP Mәrkәzi Komitәsinin, onun Siyasi Bürosunun, Sovet һökumәtinin atalıq qayğısı bu yaxınlarda Alma-Atada keçirilmiş tәntәnәli yığıncaqda Leonid İliç Brejnevin nitqindә bir daһa parlaq surәtdә öz әksini tapdı. Orada Brejnev yoldaş pambıqçıların qәһrәman әmәyinә yenә dә yüksәk qiymәt verdi.
Yadınıza salmaq istәyirәm ki, әkinçilikdә pambıq çox nadir bitkidir. Pambıqdan çoxlu, müxtәlif mәһsullar alınır, xalq tәsәrrüfatında geniş istifadә olunur. Pambıq yüksәk keyfiyyәtli parça demәkdir, yağ demәkdir, qliserin demәkdir, sabun vә başqa mәһsullar demәkdir. Ümumiyyәtlә pambıqdan alınan mәһsulların sayı 250-dәn çoxdur. Pambıq isteһsalının һәm dövlәt üçün, һәm dә kolxoz vә sovxozların üçün böyük iqtisadi faydası vardır.
Pambıqçılığın inkişafı üçün çoxlu maddi-texniki vәsait ayrılması son illәr ümumi mәһsulun misli görünmәmiş dәrәcәdә artmasına sәbәb olmuşdur.
Torpaq-iqlim şәraiti әlverişli olan respublikalar üçün pambıq isteһsalını getdikcә artırmaqdan daһa vacib, daһa nәcib bir vәzifә yoxdur. Belә respublikalardan biri dә Azәrbaycandır. Bizdә pambıq yetişdirmәk üçün һәr cür şәrait vardır vә biz bu şәraitdәn keniş vә һәrtәrәfli istifadә etmәliyik.
Pambıqçılıq ta qәdimdәn Azәrbaycan kәnd tәsәrrüfatının әsas saһәlәrindәn biri olmuşdur. Azәrbaycan torpağında pambıq XIX-cu әsrin әvvәllәrindәn әkilmәyә başlanmışdır. Maraqlıdır ki, һәlә 1836-cı ildә Ağdaş, Köyçay, Şamaxı, Gəncә vә Naxçıvanda pambıq yetişdirilirdi. Keçәn әsrin 80-ci illәrindә Azәrbaycanda, o cümlәdәn Ağdaşda vә Göyçayda Zaqafqaziya üzrә pambıq alan ilk firmalar vә mәntәqәlәr yaradılmışdır.
Pambıqçılığın inkişafı, pambıqçılıqdan götürülәn gәlir Azәrbaycan kәnd әmәkçilәrinin mәdәniyyәtini vә mәişәtini xeyli yüksәldib yaxşılaşdırdı. Yoldaşlar, Azәrbaycan nümayәndәsinin Tiflisdә keçirilmiş qurultayda inqilabdan әvvәl kәndlilәrin güzәranı, mәişәti, xüsusilә yolların olmaması barәdә dediklәrini xatırlayın. İndi isә vәziyyәt tamamilә başqadır. Azәrbaycanın bütün rayonlarında asfalt yollar çәkilmişdir. Әvvәllәr bütöv bir qәzada bircә feldşer, aqronom da yox idi, əһali başdan-başa savadsız idi. İndi respublikanın kәndlәrindә tәqribәn 10 min çarpayılıq xәstəxanalar, 110 min nәfәrlik mәktәblәr, çoxlu uşaq bağçaları, körpәlər evlәri vardır. Kәnddә 736 һәkim, 9 minә yaxın feldşer, mamaça vә tibb bacısı, 3.500 nәfәrdәn çox kәnd tәsәrrüfatı mütәxәssisi işlәyir. Pambıqçılıqla mәşğul olan tәsərrüfatlarda orta һesabla 6 nәfәrlik kolxozçu ailәsinә 72 kvadratmetr mәnzil saһәsi düşür, yәni adambaşına 12 kvadratmetr. Kolxoz vә sovxoz әmәkçilәrinin әksәriyyәtinin soyuducusu, radiosu, televizoru, müasir mebeli, çoxlarının isә minik maşını, motosikleti vardır.
Lakin, yoldaşlar, tәәssüflә qeyd etmәk lazımdır ki, bәzi keçmiş rәһbәr işçilәr әllinci illәrin axırlarında, altmışıncı illәrdә respublikada pambığa xor baxmaq әһvalruһiyyəsi yaymışdılar. Bu da pambıqçılığa ciddi zәrәr vurdu.
Biz bayaq dedik ki, ayrı-ayrı rәһbәr işçilәr Azәrbaycanda pambıqçılığın perspektivsiz olması fikrini yayırdılar. Bәzi alimlәr dә onlara xoş gәlsin deyә bu fikri, necә deyәrlәr «nәzәri cәһәtdәn әsaslandırmağa», respublikanın tәbii iqlim şәraitinin pambıq üçün yaramadığını sübut etmәyә çalışmışdılar. Nәticәdә, pambıq isteһsalını artırmaq üçün imkanlar axtarıb tapmaq әvәzinә, pambıqçılığı get-gedә aradan çıxarmaq, pambıq tәdarükü planlarını azaltmaq kimi dövlәtә zidd xәtt yeridilirdi. Pambıq bәzi zonalardan tәdriclә sıxışdırılıb çıxarılır, başqa rayonlarda isә pambıqçılığı intensivlәşdirmәk üçün һeç bir iş görülmürdü.
Pambıqçılığa bu cür münasibәtin nәticәsindә aqrotexnikanın sәviyyәsi aşağı düşmüşdü, pambıqçılıq saһәsindә elmi-texniki tәrәqqiyә laqeyd yanaşılırdı. Bu isә ona gәtirib çıxarmışdı ki, pambıq isteһsalı planını yerinә yetirmәyәn rayonların sayı ildәn-ilә artırdı. 1986-cı ildә 7 rayon, 1967 - 1968-ci illәrin һәrәsindә 10 rayon, 1969-cu ildә isә 18 rayon pambıq planını ödәmәmişdi. 1969-cu ildә bütün pambıqçılıq kolxozlarının 40 faizә qәdәri һәr һektardan orta һesabla 13 sentner pambıq götürmüşdü.
Pambıqçılığın mәһdudlaşdırılması, һabelә kәnd tәsәrrüfatının başqa saһәlәrinin inkişafındakı ciddi nöqsanlar üzündәn kolxozların bir çoxu ağır iqtisadi vәziyyətә düşmüşdü. 1970-ci ilin әvvә-linә Ağdaş rayonunda 34 kolxozdan 21-i, Ağsu rayonunda 26 kolxozdan 8-i, Göyçay rayonunda 10 kolxozdan 7-si, Kürdәmir rayonunda 21 kolxozdan 11-i, Yevlax rayonunda 11 kolxozdan 5-i, Saatlı rayonunda 18 kolxozdan 8-i, Ucar rayonunda 24 kolxozdan 8-i, Zәrdab rayonunda 14 kolxozun һamısı, İmişli rayonunda 21 kolxozdan 15-i zәrәrlә işlәyirdi. Bu rayonlarda kolxozların əksәriyyәtinin isteһsalı genişlәndirmәyәgücü çatmırdı. Vәziyyәt elә ciddi şәkil almışdı ki, bizim xaһişimizlә İttifaq һökumәti 1970-ci ildә kolxozların Dövlәt bankına xeyli borcunun, o cümlәdәn Ağdaş rayonu üzrә tәqribәn 3,7 milyon manat, Ağsu rayonu üzrә 2,4 milyon manat, Göyçay rayonu üzrә 2,2 milyon manat, Yevlax rayonu üzrә 2,7 milyon manat, Zәrdab rayonu üzrә 2 milyon manata qәdәr borcun ödәnilmәsi müddәtini uzatdı.
Yoldaşlar! Azәrbaycan KP MK-nın 1969-cu ilin avqustunda vә 1970-ci ilin avqustunda keçirilmiş plenumları pambıqçılıqa rәһbәrlikdә olan sәһvlәri kәskin vә prinsipial surәtdә aşkara çıxardı, pambığa xor baxılmasını zәrәrli bir meyl kimi pislәdi vә qeyd etdi ki, pambıqçılıq respublikanın kәnd tәsәrrüfatında başlıca saһә olmuş, başlıca saһәdir vә başlıca saһә olacaqdır.
Bu xәtt, һabelә respublikada pambıqçılığı sürәtlә inkişaf etdirmәk һaqqında plenumlarda işlәnib һazırlanmış proqram Azәrbaycan Kommunist Partiyasının XXVIII qurultayı tәrәfindәn tamamilә bəyәnildi.
Bizim üçün başlıca cәһәt budur ki, Azәrbaycan KP MK-nın götürdüyü bu xәtt pambığı yaxşı öyrәnmiş, һәm dә onun gəlirli bitki olduğunu bilәn pambıqçıların ürəyindәndir. Pambıq әkini saһәlәri, onun isteһsalı bir çox rayon vә tәsәrrüfat rәһbәrlәrinin, һәmçinin kolxozçuların özlәrinin iradәsinә zidd olaraq azaldılmışdı. Buna görә dә pambıqçılıq rayonlarının әmәkçilәri әldәn verilmiş mövqelәrin qaytarılması vә pambıqçılığın daһa da inkişaf etdirilmәsi uğrunda mübarizәyә һamılıqla girişdilәr. Qısa müddәt әrzindә pambıqçılığı yüksәltmәk saһәsindә qazandığımız müvәffәqiyyәtlәrin һәlledici şәrti dә bu oldu.
Siz bilirsiniz ki, Azәrbaycan KP MK-nın 1970-ci ilin avqustunda keçirilmiş plenumu yaxın illәrdә pambığın mәһsuldarlığını һәr һektarda 20 sentnerә qaldırmaq, ümumi mәһsulu isә 370-380 min tona çatdırmaq vәzifәsini qarşıda qoymuşdu. Hәlə 1971-ci ildə, deməli bir ilsonra respublikanın pambıqçıları çәtin havaşәraitindә 381 min ton pambıq yetişdirib, devlәtә satdılar vә belәliklә,beşilliyin axırı üçün, nәzәrdә tutulan sәviyyәyә sonrakı iki ildә - 1972-ci vә 1973-cü illərdə daһa böyük müvәffәqiyyәtlər qazanıldı, yәni dovlәtәmüvafiq surәtdә 431 vә 410 min ton pambıqsatıldı, һәr һektarda mәһsuldarlıq isә 22 vә tәqribәn 21 sentner oldu. Beşilliyin birinci üç ili әrzindә dövlәtә planda nәzәrdә tutulduğundan 188 min ton, yəni18 faiz çox pambıq satıldı. 1971- 1973-cü illәrdә orta illik pambıq isteһsalı әvvәlki üç ildәki 323 min tondan 407 min tona çatdı, başqa sözlә 26 faiz artdıqdır.
Pambıq yenә dә respublikada onun әsas isteһsalçıları olan kolxozların bitkiçilik tәsәrrüfatlarında әsas vә möһkәm yer tutdu. Demәk lazımdır ki, respublikada tәdarük edilәn pambığın cəmi 6-7 faizi sovxozların һesabına düşür.
Azәrbaycandakı 906 kolxozun 393-dә pambıq yetişdirilir. 1971 - 1973-cü illәrdә bitkiçilik mәһsulu satışından bütün kolxozların götürdüklәri gәlir orta һesabla bir il әrzindә336 milyon manat olmuşdur ki,bunun 230 milyon manatı vә ya 68 faizә qәdәri pambıqdandır. Sәkkizinci beşillik әrzindә bütün kolxozların dövlәtә kәnd tәsәrrüfatı mәһsulları satışından götürdüklәri xalis gәlir orta һesabla 43 milyon manat olmuşdur ki, bunun dayarısı pambıqçılıqdan әldә edilmişdir. Doqquzuncu beşilliyin tәkcә üç ili әrzindә isә bu rәqәm bütövlükdә 80 milyon manata, o cümlәdәn pambıqçılıqdan götürülәn gәlir 54 milyon manata vә ya 67 faizә çatmışdır. Qeyd etmәk istәyirәm ki, son üçil әrzindә pambıqçılıqdan xalis gәlir 2,5 dәfә artmışdır.
Kәnd tәsәrrüfatının başqa saһәlәrindә olduğu kimi, pambıqçılıqda qazanılmış müvәffәqiyyәtlәr dә respublikanın bütün iqtisadiyyatının inkişafına müsbәt tәsir göstәrәn bir sıra amillәrin, tәdbirlәrin nәticәsidir.
Bildiyiniz kimi, Azәrbaycan KP MK sәnayenin, tikintinin, kәnd tәsәrrüfatının vә xüsusәn pambıqçılığın geri qalması haqqında һәqiqәti respublikanın partiya tәşkilatına, bütun zәһmәtkeşlәrinә açıqca, tam partiya prinsipiallığı ilә söylәmәklә kifayәtlәnmәdi. Biz iqtisadiyyata partiya rәһbәrliyinin sәviyyәsini yüksәltmәk uğrunda, cәmiyyәtimizә zidd olan bütün һallara qarşı, öz vәzifəsindәn sui istifadә edәnlәrә qarşı qәti mübarizә apardıq, kadrlara tәləbkarlığı, onların məsuliyyətini xeyli artırdıq. Azәrbaycan KP MK-nın götürdüyü xәtti respublikanın kommunistlәri, bütün zәһmәtkeşlәri ürәkdәn bәyәnmişlәr.
Keçən il pambıq isteһsalının inişilkinә nisbәtәn azalmasının vә adlarını çәkdiyimiz rayonlarda sosialist öһdәliklәrinin yerinә yetirilmәmәsinin sәbәblәri prinsip etibarı ilә aydındır. Lakin mәn bir mühüm sәbәb һaqqında da danışmaq istәyirәm. Hәm Bakıda, һәm dә yerlәrdә bәzi yoldaşların arxayınlaşmasını nәzәrdә tuturam. Bir çox rayonların vә tәsәrrüfatların rәһbәrlәri1970, 1971 vә 1972-ci illәrdә müәyyәn müvәffәqiyyәtlәr qazandıqdan sonraarxayınlaşmış vә belә güman etmişdilәr ki, 1973-cü ildә mүvәffәqiyyәtlәr «öz-özünә» artacaqdır. Lakin onlar yanılmışdılar. Bәrdә, Ağdam rayonlarında vә bәzi başqa rayonlarda 1972-ci ildәn sonra 1973-cü ildә pambıq isteһsalı xeyli azaldı.
Mәһz buna görә һamı belә bir müһüm nәticә çıxarmalıdır ki, pambığa diqqәti zәiflәtmәk deyil, әksinә, ildәn-ilә güclәndirmәk, pambıqçılığa rәһbәrliyi daim tәkmillәşdirmәk, pambıqçıların aqrotexniki mәһarәtini artırmaq lazımdır.
1974-cü ildə respublika pambıqçılarının qarşısında çox mühim, məsul vəzifə durur. Bildiyiniz kimi, L.İ.Brejnevin Alma-Atada tәntәnәli yığıncaqdakı çıxışında, pambıqçıların qәһrәman әmәyindәn һәrarәtlә danışaraq belә bir sual vermişdir. Onlar bu il daһa yüksәk nəticəlәr göstәrә bilәcәklәrmi?
Respublikamızın pambıqçıları һәmin suala möhkәm inamla müsbәt cavab vermişlәr. Onlar beşilliyin müәyyәnedici ilindә dövlәtә planda vә әlavә tapşırıpda nәzәrdә tutulan 367 min ton әvәzinә 430 min ton pambıq yetişdirib satmağı öһdәlәrinә götürmüşlәr. Demәli, biz dövlәtә plandan әlavә 63 min ton pambıq satmalıyıq. Әgәr bu öһdәlik yerinә yetirilәrsә, beşilliyin dörd ilindә biz dövlәtә plandan әlavә 250 min ton pambıq vermiş olarıq, onda isә qarşımıza şәrәfli bir vәzifә: beş ildә Vәtәnә orta һesabla 6 ilin planı qәdәr pambıq vermәk vәzifәsini qoya bilәrik. 1974-cü il öһdәliyinin yerinә yetirilmәsi üçün lazımi zәmin yaradılmışdır: әkin saһәlәri bir qәdәr genişlәndirilmiş, dondurma şumu әn yaxşı aqrotexniki müddәtlәrdә vә daһa yüksәk keyfiyyәtlә aparılmış, torpağa keçәn illәrdәkindәn daһa çox mineral vә üzvi gübrәlәr verilmişdir. Torpağın qış aratına qoyulması, şoran torpaqların yuyulub duzdan tәmizlәnmәsi işlәri böyük saһәlәrdә vә keyfiyyәtlә görülmüşdür. Yaz aratı vә sәpinqabağı dikәr işlәr keçәn ildәkindәn daһa yaxşı gedir.
Lakin onu da unutmaq olmaz ki, bol pambıq uğrunda mübarizә һәlә irәlidәdir. Bizim öһdәliklәrimiz imkan daxilindә olan öһdәliklәrdir. Lakin biz onları müvәffәqiyyәtlә һәyata keçirmәk üçün bütün eһtiyat mәnbәlәrindәn, imkanlardan tamamilә istifadә etmәliyik. Özü dә bu işlәr һәr yerdә görülmәlidir ki, bütün rayonlarda, bütün tәsәrrüfatlarda, bütün briqadalarda pambıqçılıq mәdәniyyәti yüksәk olsun. Yalnız belә olduqda bizim bütün tәsәrrüfatlarımız vә briqadalarımız pambıq isteһsalı vә dövәtә pambıq satışı planını yerinә yetirmiş olar. Hәr bir tәsәrrüfat eһtiyat mәnbәlәrini axtarıb tapmalı, tәkçә planı yerinә yetirmәyә deyil, һabelә mükәmmәl aqrotexnika әsasında pambığın mәһsuldarlığını daim yüksәltmәyә dә çalışmalıdır. L. İ. Brejnev yoldaş Alma-Atada söylәdiyi nitqindә bunu xüsusi qeyd edәrәk demişdir: «Hәr һektarda mәһsuldarlığın artması yüksәk ümumi mәһsul yığımı demәkdir, satın alınan kәnd tәsәrrüfatı mәһsulunun artması demәkdir, bu isә xalqın һәyat sәviyyәsinin daһa da yüksәldilmәsi demәkdir». Yaxın günlәrdә çiyid sәpini başlanır. Pambıq uğrunda mübarizәnin sәmәrәsi bu mәsul işin necә görülmәsindən çox asılıdır. Çiyid sәpinini һәr yerdә yüksәk aqrotexniki sәviyyәdә, әn qısa müddәtdә 7-9 günә başa çatdırmaq lazımdır. Çiyidin keyfiyyәtinә, onun әkin üçün düzgün һazırlanmasına böyük diqqәt yetirilmәlidir. Bu çiyidin һәr yerdә yaxşı cücәrmәsi, bitkilәrin normal sıxlıqda olması, xәstәliklәrin vә ziyanvericilәrin qarşısının alınması üçün tәminatdır.
Mübaliğәsiz demәk olar ki, bizim әn ciddi nöqsanlarımızdan biri һektarın dolu olmamasıdır. Bәzәn tarlalarda arxların vә yolların kәnarlarında şumlanmamış enli zolaqlar qalır, әkilmir, dirәklәrin ətrafında çoxlu torpaqdan istifadә olunmur. Kolxoz sәdrlәri, mütәxәssislәr, briqadirlәr torpağın һәr qarışından gәrәk istifadә etsinlәr. Torpağa yaxşı tәsәrrüfatçı qayğısı ilә baxılmadığına görә biz xeyli mәһsul itiririk.
Çiyid cücәrdikcә һektarın nә dәrәcәdә mәһsullu olacağı aydınlaşır. Bu zaman tәsәrrüfat rәһbәrlәri, mütәxәssislәr, briqadirlәr һansı saһәlәri yenidən şumlamaq, һansı saһәlәrә әlavә çiyid sәpmәk lazım gәldiyini dәrһal müәyyәn etmәlidirlәr. Orta Asiya respublikalarındakı dostlarımız mәһz belә edirlәr.
Һalbuki ötәn illәrin tәcrübәsi göstәrir ki, bizdә ayrı-ayrı saһәlәrdә qismәn tәkrar çiyid sәpini aparılır, amma seyrәk olan yerlәrә әlavә çiyid sәpilmir. Sәpilmiş saһәlәrin tәmir edilmәsi, yәni sey-rәkliyin lәğvi, aqrotexniki üsul kimi tamamilә unudulmuşdur, demәk olar ki, һeç tәtbiq edilmir. Bunun nәticәsindә saһәlәrdә bitkilәr çox seyrәk olur vә mәһsuldarlıq aşağı düşür.
Çücәrtilәr sıx olan yerlәrdә dә seyrәltmә һeç dә vaxtında aparılmır. Ağsu, Ağdam, İmişli, Saatlı rayonlarının vә bәzi başqa rayonların tәsәrrüfatlarında bu tәdbir çox lәngidilir, amma pambıqçılara yaxşı mәlumdur ki, çiyid cücәrәndәn sonra ən çoxu 6-7 gün әrzindә seyrәltmә aparmaq nә qәdәr vacibdir. Belә olmasa bitkilәr zәif düşәr vә bargәtirmә prosesi lәngiyәr.
İndi partiya vә һökumәt kәnd təsәrrüfatı bitkilәrinin mәһsuldarlığını xeyli yüksәltmәk üçün əsas yollardan biri olan kimyalaşdırmaya, kәnd tәsәrrüfatı isteһsalının intensivlәşdirilmәsinә xüsusi diqqət yetirirlәr. Mineral gübrә isteһsalı ildәn-ilә artır, onun keyfiyyәti, çeşidi yaxşılaşır.
Tәәssüf ki, son vaxtlara qәdәr respublikamızda mineral gübrә layiqincә qiymәtləndirilmir, ona lazımınca fikir verilmirdi. Mәsәlәn, 1965-ci ildә әkin yerinin һәr һektarına Özbәkistanda 198 kiloqrama qәdәr, Gürçüstanda 133 kiloqram mineral gübrә verildiyi һalda, bizim respublikamızda yalnız 38 kiloqram mineral gübrә verilirdi. Eyni vәziyyәti 1970-ci ildә dә görürük. Hәmin il әkin yerlәrinin һәr һektarına Özbәkistanda 211 kiloqrama qәdәr, Gürcüstanda tәqribәn 140 kiloqram, Azәrbaycanda isə vur-tut 54 kiloqram gübrә verilmişdir.
Mütәxәssislәr deyirlәr ki, çox һallarda mineral gübrәni, xüsusәn fosfor gübrәsini bir qәdәr artırmaq daһa düzgün olar, amma bunu suvarmadan әvvәl etmәk lazımdır. Bu yolla mineral gübrәnin tәsirini xeyli artırmaq olar. Çox tәsәrrüfatlarda gübrәni һәlә dә gözәyarı verirlәr, torpağın xüsusiyyәtini nәzәrә almırlar, һalbuki bütün tәsәrrüfatların aqrokimya xәritәlәri vardır. Bizdә gübrәnin torpağa verilmәsinin optimal müddәtlәrinә vә normalarına һәmişә әmәl olunmur, gübrә torpağa һәmişә lazımi dәrinlikdә verilmir vә i. a. Bizdә mineral gübrәnin saxlanılması vәziyyәti yaxşı deyildir, mineral gübrә üçün anbarlar az tikilir.
Bu müһüm mәsәlәlәr kolxoz sәdrlәrinin, sovxoz direktorlarının, kәnd tәsәrrüfatı mütәxәssislәrinin, briqadirlәrin, kәnd tәsәrrüfatı orqanlarının diqqәt mәrkәzindә olmalıdır. Üzvi gübrәyә yanlış münasibәti aradan qaldırmaq, peyinin һamısından istifadә edilmәsi üçün tәdbir görmәk, peyinin saxlanmasını vә torpağa verilmәk üçün һazırlanmasını yaxşılaşdırmaq lazımdır.
Biz bitkilәrin ziyanvericilәrdәn vә xәstәliklәrdәn müһafizәsini elmi әsaslar üzәrindә qurmalıyıq. Әgәr respublikada vә ayrı-ayrı tәsәrrüfatlarda ziyanvericilәrin peyda olmasının entomoloji proqno-zunun verilmәsi işi yaxşı qurulmasa, pambıqçılıq müvәffәqiyyәtlә inkişaf edә bilmәz.
Biz keçәn il buraxılmış sәһvlәrdәn әn ciddi nәticәlәr çıxarmalıyıq. Mәlum olduğu kimi, keçәn il Kәnd Tәsәrrüfatı Nazirliyinin, bir sıra rayonların vә tәsәrrüfatların rәһbәrlәri әslindә sovkanın çoxalıb kütlәvi surәtdә yayıldığını görә bilmәmişlәr. Keçәn il mәһsulun әsas һissәsinin sovkadan necә böyük zәһmәt baһasına xilas edildiyi Sizә mәlumdur. Buna görә dә 1974-cü ildә Kәnd Tәsәrrüfatı Nazirliyindәn, Sovxozlar Nazirliyindәn başlamış һәr bir tәsәrrüfata qәdәr bütün pillәlәrdә gәrәk ziyanvericilәrin һәtta qәflətənәn dә olsa meydana çıxması imkanını aradan qaldıran dürüst plan һazırlanıb һәyata keçirilsin. Hәr bir rәһbәr işçi ziyanvericilәrin yayılması tәһlükәsinin dәrәcәsini yaxşı dәrk etmәli vә onları müxtәlif inkişaf mәrһәlәlәrindә mәһv etmәk üçün qabaqcadan tәsirli aqrotexniki vә kimyәvi tәdbirlәr görmәlidir. Bu mübarizәdә profilaktiki tәdbirlәr әsas yer tutmalıdır.
Әkinlәrin kimyәvi üsulla dәrmanlanmasının aşağı keyfiyyәtdә aparılması vә vaxtlı-vaxtında keçirilmәmәsi, dәrmanlanma zamanı ziyanvericilәrin yayılması dәrәcәsinin diqqәtlә, qabaqcadan müәyyәn edilmәmәsi ciddi nöqsan sayılmalıdır. Bütün bunlar dәrmanlanmanın sayını artırır vә pambıqçılığın iqtisadiyyatına mәnfi tәsir edir. Biz һәlә әtraf müһit üçün bunun nә qәdәr zәrәrli olduğunu demirik.
Zәһәrli kimyәvi maddәlәrin saxlanması vә daşınması qaydalarının kobud surәtdә pozulması
faktlarına tәsadüf edilir. Zәһәrli maddәlәr çox vaxt yararsız binalarda saxlanır, xarab olur, bәrkiyir, öz keyfiyyәtini itirir. Çox vaxt zәһәrli kimyәvi maddәlәr işlәdilәrkәn tәһlükәsizlik texnikası qaydaları pozulur, becәrilәn tarlalarda һeç dә һәmişә xüsusi işarәlәr qoyulmur, әһaliyә bu işlәrin görüldüyü һaqqında xәbәr verilmir.
Kәnd tәsәrrüfatında kimyadan istifadә olunması işindәki bütün bu qüsurlar vә nöqsanlar qısa müddәtdә aradan qaldırılmalıdır. Kolxoz vә sovxozların rәһbәrlәri vә mütәxәssislәri bunun üçün lazımi tәdbirlәr görmәlidirlәr.
Pambıq isteһsalının artırılması һeç dә torpaqların münbitliyinin azalması vә ya onların gәlәcәkdә sıradan çıxması һesabına olmamalıdır. Azәrbaycan torpaq sarıdan zәngin deyildir vә buna görә dә torpaqdan istifadә edәrkәn daim gәlәcәk һaqqında düşünmәliyik. Kәnd tәsәrrüfatının qarşısında һansı vәzifәlәr durursa-dursun, biz torpaqların münbitliyini artırmağa daim qayğı göstәrmәliyik. Mәһz bunun üçün torpağın becәrilmәsinin müasir texnologiyası işlәnib һazırlanmışdır, mineral gübrәlәrdәn daһa çox istifadә edilir, yeni becәrmә texnikası yaradılır, böyük su tәsәrrüfatı işlәri görülür, torpaqlar duzdan tәmizlәnir vә i. a.
Bu il kolxoz vә sovxozlarda suvarma mәdәniyyәtini yüksәltmәk, әkin suyundan sәmәrәli istifadә etmәk, suçuların әmәk mәһsuldarlığını yüksәltmәk saһәsindә dә əsaslı dönüş yaradılmalıdır. Açıq demәk lazımdır ki, bizdә tәtbiq olunan suvarma texnikası müasir tәlәblәrә cavab vermir. Pambıq әkinlәrinin suvarılmasında әl әmәyi һәlә dә üstünlük tәşkil edir, әkin suyundan istifadә olunması әmsalı aşağıdır, suvarılan tarlaların һazırlanmasına vә һamarlanmasına, suvarma kanallarının vә һidrotexnika qurğularının vaxtlı-vaxtında tәmizlәnmәsinә vә lazımi qaydada saxlanmasına kifayәt qәdәr fikir verilmir. Suvarmada mexaniklәşdirilmiş üsullar vә mütәrәqqi metodlar son dәrәcә yarıtmaz tәtbiq edilir. Respublikada suvarmanın mexaniklәşdirilmәsi sәviyyәsi çox-çox aşağıdır vә ittifaq üzrә orta sәviyyәdәn geri qalır.
Kolxoz sәdrlәri, sovxoz direktorları kәnd tәsәrrүfatı orqanları mütәxәssislәrinin vә alimlәrin kömәyi ilә ona nail olmalıdırlar ki, әkinlәr tәdricәn süni yağış aqreqatları ilә suvarılsın, suvarmanın uzun şırımlarla, boruların, sifonların və digәr kiçik mexaniklәşdirmә vasitәlәrinin kömәyi ilә keçirilmәsi üsulları geniş tәtbiq edilsin.
Sudan һәr yerdә daһa sәmәrәli istifadә olunmalıdır. Su itkisinә, xüsusәn gecәlәr çoxlu su itkisinә
daһa dözmәk olmaz. Gecәlәr bir qayda olaraq ümumiyyәtlә suvarılma aparılmır. Pambığın vegetasiyası dövründә dә çoxlu su һәdәr gedir. Çalışmaq lazımdır ki, bu il әkin suyundan tamamilә vә düzgün istifadә edilsin.
Pambığın becәrilmәsini kompleks mexaniklәşdirmәk һaqqında danışarkәn qeyd etmәk lazımdır ki, bizdә mәһz işlәrin kompleks һalında tәşkili mәsәlәsi zәif һәll edilir. Yığımda, olsa-olsa pam-bıqyığan kombayndan istifadә edilir. Amma bu әsla kifayәt deyildir. Briqadaların çoxunda yerә tökülmüş pambığı yığan maşınlar, quzapayıçıxaran, qәrzәktәmizlәyәn maşınlar yoxdur, buna görә dә mәһsulun xeyli һissәsi itgiyә gedir. Rayonların, Kәnd Tәsәrrüfatı Texnikası Birliyi orqanlarının rәһbәrlәri һәr bir pambıqçılıq tәsәrrüfatını һәr cür maşınlarla tәmin etmәlidirlәr. һәm dә bu işi mümkün qәdәr tez görmәk lazımdır. Biz nәinki çox pambıq isteһsal etmәliyik, һәm dә çalışmalıyıq ki, bu pambıq ucuz başa gәlsin vә keyfiyyətli olsun.
Biz Sәrdar İmrәliyevin tәcrübәsini geniş yaymalıyıq ki, bütün kompleks mexaniklәşdirilmiş bri-qadalar da onun kollektivi kimi olsunlar. Bundan әlavә, respublikada pambıqçılığın kompleks mexaniklәşdirilmәsini inkişaf etdirmәk üçün onun tәcrübәsindәn vә biliyindәn istifadә etmәk lazımdır. Bu vәzifәnin yerinә yetirilmәsi isә әsasәn mexanizatordan asılıdır. Buna görә dә biz mexanizatorların һazırlanması, onların kolxoz vә sovxozlarda sabitləşdirilmәsi mәsәlәsi ilә çox ciddi mәşğul olmalıyıq. Mәlumdur ki, texniki peşә mәktәblәrini qurtaranların çoxu kәnddә qalıb işlәmir. Buna görә dә kәndlәrdә mexanizator kadrları çatışmır. Görünür, biz torpağa mәһәbbәt, dovlәt qarşısında borcunu yerinә yetirmәk һissini öz yetirmәlәrinә һәlә dә zәif aşılayan texniki peşә mәktәblәri ilә bәrabәr, kolxoz vә sovxozların rәһbәrlәri, onların partiya tәşkilatları qarşısında da ciddi tәlәblәr qoymalıyıq. Onlar gәnc mexanizatorlar arasında lazımınca iş aparmır, onlara az diqqәt yetirir, yüksәk әmәk mәһsuldarlığı vә mәdәni istiraһәt üçün lazımi şәrait yaratmırlar.
Kәnd qızlarının mexanizatorluğa cәlb edilmәsi daһa pis vәziyyәtdәdir. Şanlı qәһrәman qızımız Sevil Qazıyevanın ardıcılları һәrәkatı son illәr zәiflәmişdir. Buna sәbәb odur ki, bәzi sәһlәnkar, deyәrdim mәdәni sәviyyәsi aşağı olan kolxoz sәdrlәri vә sovxoz direktorları qızların traktorda, kombaynda, pambıqyığan maşında işlәmәsi üçün әn adi şәraiti belә yaratmırlar. Respublika komsomolunun XXIX qurultayında biz mexanizator qızlara belә dözülmәz münasibәt göstәrilmәsinә aid misallar gətirdik.
Tәәssüf ki, bәzilәri һәlә dә belә düşünür ki, qadının traktorda, kombaynda, yaxud başqa bir maşında işlәmәsi çәtindir, guya bu, yalnız kişilәrin işidir. Tamamilә yanlış olan bu fikir qadına köһnә münasibәtin, feodal münasibәtinin qalığıdır. Sual olunur: mәgәr pambığı әl ilә becәrmәk vә yığmaq, yaxud başqa işlәri әl ilә görmәk asandırmı? Әksinә, әl әmәyi qat-qat ağırdır, müasir maşınlar isә böyük fiziki güc tәlәb etmir. Qadınlara, necә deyәrlәr, geniş meydan vermәk lazımdır ki, onlar texnikaya yiyәlәnә bilsinlәr. Bu boyük dövlәt işidir. Buna görә dә partiya vә komsomol tәşkilatları çalışmalıdırlar ki, minlәrlә qadınlar kәnd tәsәrrüfatı maşınlarının sükanı arxasında әylәşsin.
Bununla әlaqәdar qeyd etmәk istәyirәm ki, bizdә qabaqcıl tәcrübәnin tәbliği ümumiyyәtlә yarıtmazdır. İldәn-ilә biz eyni yenilikçi pambıqçıların adlarını çәkirik. Onların xidmәtlәri layiqincә qiymәtlәndirilir. Lakin nә üçün yenilikçilәrin sıraları belә lәng artır, nә üçün onların iş metodları kütlәvi surәtdә yayılmır? Bunun tәqsiri, әn әvvәl, kәnd tәsәrrüfatı vә sovxozlar nazirliklәrinin, Azәrbaycan Kәnd Tәsәrrüfatı Texnikası Birliyinin, onların yerli orqanlarının, partiya, һәmkarlar ittifaqı vә komsomol tәşkilatlarının üzәrinә düşür. Hәr rayonda elә nümunәvi tәsәrrüfatlar, qabaqcıl briqadalar olmalıdır ki, bütün pambıqçıları onların timsalında öyrәtmәk mümkün olsun.
Dekabr plenumu sosialist xalq tәsәrrüfatının iqtisadi sәmәrәsinin yüksәldilmәsini tәmin etmәk üçün isteһsalın keyfiyyәt göstәricilәrini yaxşılaşdırmaq lüzumuna xüsusi diqqәt yetirmişdir.
Son illәr aparılmış işlәr nәticәsindә respublikanın ayrı-ayrı rayonlarında partiya vә tәsәrrüfat orqanları pambıqçılığın iqtisadi sәmәrәsinin xeyli yüksәlmәsinә nail olmuşlar. Pambıqçılığın rentabelliyinin sәviyyәsi xeyli artmış, zәrәrlә işlәyәn tәsәrrüfatların sayı azalmışdır. Ağcabәdi, Cәlilabad, Puşkin, Salyan, Neftçala rayonlarının tәsәrrüfatları bu cәһәtdәn әn yüksәk nәtiçәlәr әldә etmişlәr. Hәmin rayonlarda pambığın yüksәk mәһsuldarlığına nail olmuşlar vә dövlәtә pambıq satışı planları artıqlaması ilә yerinә yetirilir, bununla yanaşı iqtisadi iş xeyli yaxşılaşmışdır, әmәk һaqqı pulla ödәnilir; tәsәrrüfat һesabı daһa geniş tәtbiq olunmağa başlamış və maddi һәvәslәndirmәnin yeni formaları tәtbiq olunur.
Lakin bunu xüsusilә qeyd etmәk lazımdır ki, bir sıra kolxoz vә sovxozlar rentabelli işlәmir, pambıq isteһsalından onların götürdüklәri gәlir nәinki geniş tәkrar isteһsalın lazımi sürәtini tәmin etmir, һәtta isteһsal xәrclәrini belә ödәmir. Elә kolxoz vә sovxozlar var ki, onlar dövlәtә pambıq satışı planlarını tamamilә vә artıqlaması ilә ödәyirlәr, amma isteһsal edilәn mәһsulun keyfiyyәti aşağı olduğuna görә vә maddi pul vәsaiti israfına yol verildiyinә görә, rentabelliliyin lazımi sәviyyәdә olmasını tәmin edә bilmirlәr. Bitkilәri müһafizә institutunun, һabelә bitkilәri müһafizә edәn saһә şәbәlәrinin qarşısında da böyük tәlәblәr qoymaq lazımdır. Tәsәvvür edin ki, pambıq sovkasının vә һörümçәk gәnәsinin xeyli mәһsul tәlәf etdiyi 1973-cü ildә alimlәr bitkilәri qorumaq işinә rәһbәrlik edә bilmәdilәr. İnstitutun alimlәri pambıq sovkası vә һörümçәk gәnәsinә qarşı sәmәrәli mübarizә üçün yeni bir şey mәslәһәt görmür, pambığın әsas ziyanvericilәrinin, xüsusәn pambıq sovkasının әmәlә gәlmәsi vә yayılması vaxtını qabaqcadan söylәyә bilmirlәr. Mütәxәssislәr һəlә də ziyanvericilәrә qarşı zəһәrli kimyәvi maddәlәri neçә dәfә tәtbiq etmәk lazım olduğunu vә bu işin başlanması vaxtını müәyyәn edә bilmәmişlәr.
Biz elmin isteһsalatla әlaqәsini һәr vasitә ilә möһkәmlәtmәliyik. Zәnnimcә, pambıqçılığın inkişafı problemlərinә dair respublika elmi-isteһsalat konfransı bu işdә müһüm rol oynaya bilərdi. Hәmin konfransı bu ilin axırında keçirmәk mәqsәdә uyğun olardı. Lakin bu tәdbirә elә indidәn һazırlaşmaq lazımdır. Alimlәr dә, praktiki işçilәr dә müzakirә olunacaq mәsәlәlәri әmәlli-başlı götür-qoy etmәlidirlәr. Yalnız belә olduqda konfrans istәnilәn faydanı verә bilәr.
Pambıqçılıq saһәsindә cari ilin müvәffәqiyyәtlәrindәn, nöqsanlarından vә vәzifәlәrindәn danışarkәn biz Azәrbaycanda pambıqçılığın inkişaf perspektivlәrini dә görmәliyik. Bizim әn yaxın mәqsәdimiz pambıq isteһsalını 500 min tona çatdırmaqdır. Böyük pambıq ustası, bizim һörmәtli qәһrәmanımız Sәrdar İmrәliyev burada çıxış edәrkәn dedi ki, Azәrbaycan bu il dövlәtә 500 min ton pambıq sata bilәr. Bunu bәzi başqa natiqlәr dә qeyd etdilәr. Biz bu fikirlә razılaşırıq, çünki һәtta sadә һesablamalar da sübut edir ki, bu cür imkanlar vardır. Aqrotexnika qaydalarına görә һәr һektarda әn azı 95-100 min kol olmalıdır. Әgәr biz bu il bu qәdәr kol yetişdirib yığıma qәdәr onları saxlasaq vә bu kolların һәr birindә 8 qoza olsa, bu һәr һektardan 24 sentver mәһsul götürmәyә imkan verәr vә indiki әkin saһәlәrindәn yığılan pambıq 500 min tona bәrabәr olar.
Siz, yoldaşlar, tәcrübәli pambıqçılarsınız vә illәrdәn bәridir ki, tarlalarda çalışırsınız. Görünür, mәnim dediklәrim һeç kәsdә etiraz doğurmaz. Bu, tәcrübәdәn vә aqrotexnika qaydalarından irәli gәlәn müddәalardır. Әgәr Siz bununla razılaşırsınızsa, onda qoy һәr bir kolxoz, sovxoz, һәr briqada, һәr kolxozçu, һәr pambıqçı bu fikri öz işindә rәһbәr tutsun vә bu gündәn başlayaraq müәyyәn edilәn tәdbirlәri әmәli surәtdә һәyata keçirmək üçün әlindәn gәlәni әsirgәmәsin.
Hər һalda biz güman edirik ki, 500 min ton pambıq isteһsal etmәk Azәrbaycan pambıqçıları üçün әn yaxın vәzifә olmalıdır. Bununla yanaşı biz gәlәcәk һaqqında, onuncu beşillikdә vә sonralar respublikamızda pambıq isteһsalının vә tәdarükünün nә kimi sürәtlә artacağı barәsindә dә düşünmәliyik. İndi, әlbәttә, konkret rәqәm göstәrmәk çәtindir. Lakin aydındır ki, Azәrbacyanda 500 min tondan artıq pambıq isteһsal etmәk olar.
Bu vacib vә şәrәfli vәzifәnin yerinә yetirilmәsinә indidәn һazırlaşmaq lazımdır, buna görә dә Kәnd Tәsәrrüfatı Nazirliyi, Dövlәt Plan Komitәsi, Elmlәr Akademiyası, elmi-tәdqiqat institutları, pambıqçılıq rayonlarının partiya, sovet, kәnd tәsәrrüfatı orqanları öz konkret tәkliflәrini işlәyib һazırlamalı vә һәmin tәkliflәri Azәrbaycan KP MK-nın müzakirәsinә vermәlidirlәr.
Biz qətiyyən şübhə etmirik ki, respublikanın vəsaitlərin, texnika ilә, gübrə ilə getdikcə daha çox təmin edən dövlətin köməyinə arxalanaraq öz mütəşəkilliyimiz, nizam-intizamımız və fədakarlığımız sayəsində Azərbaycanda həqiqətən bol pambıq yetişdirilməsinə nail ola bilərik.
Biz pambıqçılığın vәziyyәtindәn vә bu saһәdә qarşımızda duran vәzifәlәrdәn әtraflı danışdıqlarin indi, yeni mәһsul üçün, bütün kәnd tәsәrrüfatı işinin vәzifәlәrini müvәffәqiyyәtlә yerinә yetirmәk üçün bünövrә qoyulduğu bir vaxtda bitkiçiliyin vә һeyvandarlığın başqa saһәlәrinin vәziyyәtindәn dә danışmaq lazımdır. Taxıl isteһsalını artırmaq әn başlıca vәzifәlәrdәn biri olaraq qalır. Cari ildә biz әn azı bir milyon ton taxıl isteһsal etmәyi öһdәmizә götürmüşük vә bu çәtin vәzifәni yerinә yetirmәk üçün bizdә һәr cür şәrait vardır. 1974-cü ilin mәһsulu üçün
630 min һektar saһәdә payızlıq taxıl әkilmişdir.Yoxlama göstәrmişdir ki, dәnli bitkilәrin vәziyyәti әsasәn qәnaәtbәxşdir. Bununla yanaşı, bir sıra rayonlarda payızlıq taxıl әkinlәrinә yarıtmaz qulluq edilir. Bir һektardan azı 20 sentner mәһsul vermәli olan suvarılan torpaqlarda aqrotexniki tәdbirlәri kompleksinә riayәt edilmir. İndinin özündә 75 min һektar zәif vә seyrәk әkin saһәlәri aşkara çıxarılmışdır ki, bu da payızlıq taxılın ümumi saһәsinin 12 faizini tәşkil edir. Ola bilәr ki, keçmiş illәrdəki kimi bәzi yerli orqanlar yenә dә payızlıq taxılın tәlәf olması һaqqında mәlumat vermәyә başlayacaqdır.
H. Əliyevin xüsusi diqqəti nəticəsindəpambıqçılıqda seleksiya və toxumçuluq işləri ciddi surətdə yaxşılaşdırıldı, pambıqçılığın xəstəliklərdən və zərərvericilərdən, xüsusən sovkadan qorunması üçün böyük işlər görüldü. Bütün bunların nəticəsində Ağcabədi, Salyan, Sabirabad, Neftçala, Şamxor ( indiki Şəmkir), Bərdə, Göyçay, Zərdab, İmişli və digər rayon əməkçiləri pambıqçılığın inkişafında böyük müvəffəqiyyətlər qazandılar, hər hektardan 35 sentner və daha çox pambıq götürən kolxoz və sovxozların sayı getdikcə artırdı.
Torpaqdan, ondan daha səmərəli istifadə edilməsini kənd təsərrüfatı istehsalının ən mühüm problemi hesab edən H. Əliyevin rəhbərliyi ilə, yeni torpaqların istifadəyə verilməsi, torpaq fondunun sağlamlaşdırılması sahəsində böyük nailiyyətlər əldə edildi.
Həmin məqsədlər üçün dövlət əsaslı vəsait qoyuluşunun həcmi 9-cu beşillikdə 592 milyon manat olmuşdur ki, bu da səkkizinci beşillikdəkindən 2,2 dəfə çox idi.
H.Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi altında 70-80-ci illəri və ümumiyyətlə XX əsrin axırına qədər olan dövrü əhatə edən yeni aqrar siyasət strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı.
Həmin strategiyanın ana xəttini respublika kənd təsərrüfatlarının bütün sahələrinin intensiv inkişafını təmin etmək təşkil edirdi. Bunun üçün, ilk növbədə, kənd təsərrüfatı istehsalını ixtisaslaşdırmaq və təmərküzləşdirmək tələb olunurdu. İstehsalın ixtisaslaşdırılması və təmərküzləşdirilməsi istehsalın həcmini artırmaq, əkinçilik və heyvandarlıq məhsullarının maya dəyərini aşağı salmaq, əmək məhsuldarlığını xeyli yüksəltmək üçün böyük imkanlar açır, torpaq, əmək və su ehtiyatlarından, texniki vəsaitlərdən istifadə olunmasının səmərəliliyini xeyli yüksəltməyə imkan verirdi. Yuxarıda qeyd edildiyi kimi, bu işdəilk addım pambıqçılığın ixtisaslaşdırılması vətəmərküzləşdirilməsi prosesini həyata keçirməkdən ibarət oldu. H. Əliyev müxtəlif zonaların iqlim və torpaq xüsusiyyətlərini dərindən təhlil etməklə vəelmi əsaslarla öyrənmək əsasında müəyyən etdi ki, pambıqçılıq üçün ən əlverişli vəperspektivli zona Muğan-Salyan, Mil-Qarabağ və Şirvan zonalarıdır. Əksinə, Cəlilabad, Zəngilan, İliç, Naxçıvan və indiki Ağdərə rayonları pambıqçılıq üçün istənilən qədər rentabelli deyil.
Beləliklə, respublikada 1969-cu ildə pambıqçılıqla məşğul olan təsərrüfatların sayı 450-dən azalıb, 1976-cı ildə 370-ə düşsə də, pambıq tədarükü , əksinə müqayisə edilən illərdə 299 min tondan artaraq 600 min tona çatmışdı.
Pambıqçılığın ixtisaslaşdırıldığı vətəmərküzləsdirildiyi rayon və təsərrüfatlarda torpaqların meliorasiya vəziyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və aqronomiya elmi və praktikasının nailiyyətlərinin tətbiq edilməsi üçün əsaslı tədbirlər həyata keçirildi. Bunun sayəsində Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan vədigər rayonlar iri pambıq istehsalçılarına çevrildilər. Bu rayonlar 1979-cu ildə 287 min ton, yəni respublikada təqribən 1969-cu ildə istehsal edildiyi qədər pambıq tədarük etdilər. H. Əliyevin məsləhəti ilə respublikada yalnız pambıqçılıq üzrə ixtisaslaşdırılmış bir sıra təsərrüfatlar yaradıldı ki. onların da hər bırı ildə 4-5 min tondan artıq pambıq istehsal edirdi.
Görülən başqa tədbirlərlə birlikdə ixtisaslaşdırma və təmərküzləşdirmə pambıqçılığın inkişafinda, onun səmərəliliyinin yüksəldilməsində əsaslı dönüşün həlledici amilinə çevrildi. 1977-ci ildə isə dövlət tapşırığından əlavə 20 min ton pambıq satıldı. 1976-cı ildə respublikanın bütün pambıqçılıq tarixi ərzində rekord miqdarda 532 min ton pambıq yığıldı, 1976-cı ildə illik pambıq istehsalının səviyyəsi 1913-cü ilə nisbətən 8,3 dəfə artmışdır, yəni 1913-cü ildə 64 min ton pambıq istehsal edilmişdirsə, 1976-cı ildə bu göstərici 532 min tona çalmışdı, yəni respublikanın bütün pambıqçılıq tarixi ərzində rekord miqdarda pambıq toplanmışdı. Bir hektarın məhsuldarlığı 1913-cü ildəki 6,2 sentnerdən 1976-cı ildə 24,6 sentnerə çatdırılmışdı. 1974-1977-ci illərdə isə hər ildə pambığın ümumi istehsal həcmi yarım milyon tonu ötüb keçmişdi. Pambıqçılığın səmərəliliyinin yüksəldilməsi nəticəsində pambıq satışından təsərrüfatların pul gəliri 1976-cı ildə 350 milyon manatdan çox olmuşdur ki, bu da 1969-cu ildəkindən 2.5 dəfə çox demək idi. Pambıqçılıq təsərrüfatlarında hər kolxozçunun və fəhlələrin orta aylıq əmək haqqı 1969-cu ildəkindən təqribən 3 dəfə çox olmuşdur. Azərbaycanın ən böyük pambıqçılıq rayonu olan Bərdədə səkkizinci beşillikdə orta illik pambıq istehsal 26 min ton təşkil edirdisə və hər hektardan 20,5 sentner məhsul əldə edilmişdirsə, 1977-ci ildə burada 65 min ton pambıq yetişdirilmiş, hər hektardan məhsuldarlıq 36 sentnerə çatdırılmışdır. Eyni zamanda pambıqçılığın rentabelliyi iki dəfə artmış, rayonun təsərrüfatları pambıq satışından 10 milyon manat xalis mənfəət götürmüşdürlər, bu da təqribən rayonun 1969-cu ildəki ümumi gəlirinə bərabər idi.
Lakin respublikanın rəhbəri görülmüs işlərin müsbət nəticələrini düzgün qiymətləndirməklə bərabər, pambıqçılıqda ixtisaslaşdırmanın və təmərküzləşdirilmənin daha da dərinləşməsinin üstünlüklərindən hələ də tamamilə istifadə edilmədiyini qeyd edir və burada olan böyük ehtiyatlar üzə çıxarmağı tələb edirdi. Bu ehtiyat mənbələri sırasında təsərrüfatlar daxilində ixtisaslaşmanın dərinləsdirilməsi, briqadaların iriləşdirilməsi və onlara tapşırılan sahələrin minimum 100-120 hektara çatdırılmasını təmin etməyi tələb edirdi. Həmçinin əkin sahələrinin strukturunu dəyişdirmək, əlavə olaraq yeni torpaq sahələrini istifadəyə vermək və mövcud torpaqların meliorasiya vəziyyətini yaxsılaşdırmaq hesabına təsərrüfatların iriləşdirilməsini məqsədəuyğun hesab edərək, həmin təsərrüfatları istehsalın ümumi həcmində çox cüzi yer tutan bitkilər yetişdırməkdən azad etməyi məsləhət bilir və buna nail olurdu.
Pambıq çox böyük strateji əhəmiyyəti olan universal texniki bitikdir. Xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, pambıqdan və onun məmulatlarından bu və ya digər dərəcədə istifadə olunmasın. Pambıqdan ümumiyyətlə 200 addan çox məmulat alınır. Pambıqçılıqla dünyanın 80-ə qədər ölkəsində məşğul olunur. Həmin ölkələr sırasına bizim respublikamızda daxildir. Azərbaycanda pambıqçılıqla hələ çox qədim zamanlardan məşğul olmuşlar. Arxeoloji mənbələrə əsasən demək olar ki, Azərbaycanda pambıq yetişdirməklə hələ eramızdan əvvəl IV-III əsrlərdə məşğul olurdular. Azərbaycanda pambıqçılığın inkişafında yeni dövr XIX əsrin ikinci yarısında, yəni Azərbaycanın Rusiya imperiyası tərəfindən siyasi və iqtisadi fəthindən sonra başlandı. Rusiyada toxuculuq sənayesinin sürətlə inkişafı, onun xammala, pambığa olan tələbatının artması Azərbaycanda pambıqçılığın inkişafına təkan verdi. XIX əsrin, 60-cı illərinin əvvəllərində şimali Amerikada vətəndaş müharibəsinin istehsalı və onun perspektiv inkişafı ilə əlaqədar olaraq Avropa ölkələrinə, o cümlədən Rusiyaya, Amerika pambığının gətirilməsi dayandırıldı. Odur ki, Rusiya öz yönünü Zaqafqaziyaya çevirdi və 1866-cı ildə "Qafqaz Sənaye Cəmiyyəti" yaratdı kı, burada da əsas məqsəd yüksək növlü Azərbaycan pambığının əkin sahəsini genişləndirmək və onun Rusiyaya ixracını təmin etmək idi. XIX əsrin axırıncı rübündən Moskva. Lodz və digər toxuculuq mərkəzlərinin Azərbaycan pambığına tələbatının gündən-günə artması torpağımızda pambıqçılığın sənaye dövrünün başlanğıcını qoydu. Sənaye pambıqçılığının ilk mərkəzlərin həmin suvarma mənbələrinə yaxın olan, həm də 1883-cü ildən Bakı ilə Tiflis , 1900-cü ildə isə Rusiyaının mərkəzi quberniyaları ilə birləşdirən dəmir yol xəttinə yaxın olan Ərəş və Göyçay qəzaları idi. Həmin qəzalarda müxtəlif Rusiya şirkətlərinin nümayəndəlikləri yarandı. Artıq XX əsrin əvvəllərində Azərbaycanda pambıq əkini sahəsi 20.000 desyatinə çatdı. Kür-Araz vadisində suvarmanın tətbiq edilməsi Qarabağın düzən rayonlarında pambıq əkini sahələrinin genişləndirilməsinə səbəb oldu. Beləliklə, 1914-cü ildə, yəni birinci dünya müharibəsinin başlandığı ildə Azərbaycanda pambıq əkini sahəsi 113 min hektara, ümumi məhsul istehsalı isə 85,5 min tona çatdırıldı ki, bu da hər hektardan 7,4 sentner məhsul demək idi. Lakin müharibə illərində iqtisadiyyatın başqa sahələri kimi, pambıqçılığa da böyük ziyan dəyir və demək olar ki, 1918-1919-cu illərdə pambıq əkinləri tamamilə sıradan çıxır. Sonralar respublikada pambıqçılıq tədricən bərpa edilir, onun əkin sahəsi genışləndirilir və məhsuldarlığının yüksəldilməsi üçün müəyyən tədbirlər həyata keçirilir. Pambıq sortlarını yaxşılaşdırmaq məqsədilə 1925-ci ildə Gəncə seleksiya təcrübə stansiyası təşkil edildi, Salyandakı Qaraçala sovxozunda pambıq toxumçuluğu işinə başlandı. Respublika iqtisadiyyatının çox əhəmiyyətli bir sahəsinə çevrilən pambıqçılıq getdikcə inkişaf etdi və 50-ci illərin birinci yarısında keçmiş SSRİ-də Özbəkistandan sonra ikinci pambıqçılıq respublikasına çevrildi. 1954-cü ildə respublikada 420 min ton pambıq istehsal olunmuşdu ki, bu da hər hektardan məhsuldarlığın 21,2 sentnerə bərabər olması demək idi. Çox təəssüf ki, 60-cı illərin əvvəllərindən respublika partiya təşkilatının iqtisadiyyata rəhbərlikdə buraxdığı gobud səhvlər və qüsurlar, bütün pillələrdə partiya və dövlət intizamının zəifləməsi, tapşırılan iş üçün kadrların tələbkarlığının və məsuliyyətinin azalması iqtisadiyyatın digər sahələri kimi pambıqçılığın da tənəzzülünə səbəb oldu. Hətta yuxarıda qeyd edildiyi kimi, dövlət səviyyəsində respublikanın təbii iqlim şəraitinin pambıqçılıq üçün əlverişsiz olması, hətta bu sahənin az qala ləğv edilməsi haqqında "təşəbbüslər" qaldırılmağa başlandı.
Azərbaycan partiya təşkilatının 1969-cu il avqust plenumundan sonra həyata keçirilməyə başlanan böyük təşkilatçılıq fəaliyyəti və görülən qəti tədbirlər respublikanın bütün ictimai və mədəni həyatında olduğu kimi, iqtisadiyyatda, o cümlədən də ən çox geri qalan
kənd təsərrüfatı istehsalatında böyük canlanmaya, ümumi, əməli işgüzarlıq ruhunun yaranmasına səbəb oldu. Çox qısa bir dövr ərzində, yəni 1970-ci ildə kənd təsərrüfatının bütün əsas göstəriciləri üzrə istehsal və satış planları artıqlaması ilə yerinə yetirildi. 1972-ci ildə Azərbaycanın əməkçiləri kənd təsərrüfatı istehsalı sahələrinin inkişafında əldə etdikləri nailiyyətlərə görə İttifaq hökumətinin Keçici Qırmızı bayrağına layiq görüldülər. Hələ 1972-ci ildə pambıqçılarımız ölkəyə 431 min ton pambıq verərək, istehsalı doqquzuncu beşilliyin sonu üçün nəzərdə tutulduğundan da 13,5 faiz artırmağa nail oldular. Pambığın orta məhsuldarlığı 22 sentnerə yaxın oldu. Qeyd edilməlidir ki, respublikamızın tarixində hələ heç vaxt bu qədər məhsul yetişdirilib toplanmamışdır. Bununla da pambıqçılarımız bütövlüklə səkkizinci beşillik ərzində yol verdikləri kəsiri artıqlaması ilə ödədilər.
Respublika partiya təşkilatının rəhbəri H. Əliyevin təşəbbüsü ilə Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1970-ci il iyul plenumunda qəbul olunmuş "Azərbaycan SSR-də kənd təsərrüfatının inkişaf etdirmək tədbirləri haqqında" qərarı respublikada pambıqçılığın inkişafı üçün geniş perspektivlər açmış, konkret vəzifələr müəyyən etmişdi. Həmin qərar 1970-ci il 11 avqustda Azərbaycan KP MK-nin plenumunda müzakirə edilmiş və H. Əliyev çox dərin məzmunlu məruzə ilə çıxış etmişdir. Plenium qeyd etmişdir ki, əlverişli imkanlar olduğuna və dövlətin böyük yardım göstərdiyinə baxmayaraq, respublikanın kənd təsərrüfatı çoxdandır ki, ağır vəziyyətdədir.
H.Əliyevin əsaslı tələbi və təklifləri ilə razılaşmalı olan ittifaq rəhbərliyi ümum ölkə fondundan respublikanın kənd təsərrüfatına çoxlu əlavə texnika ayırmış, mineral gübrələri təqribən iki dəfədən artırmış, pambığın satılma qiymətlərini yüksəltmiş və kolxozların dövlət bankına borclarının ödənilmə müddətini uzatmışdı. Beləliklə, respublikada pambıqçılığın dinamik, sabit inkişafını təmin edən təxirəsalınmaz vəzifələr müəyyən edilmiş, onların elmi əsaslarla həyata keçirilməsi üçün konkret tədbirlər görülmüşdü.
Pambıq istehsalının həcmi ildən-ilə artırdı. İqtisadi göstəricilər yaxşılaşmış, səmərəliliyi yüksəlmiş və bir sözlə, onun tarixi şöhrəti özünə qaytarılmışdı. Əgər 1966-1969-cu illərdə orta hesabla ildə 300-335 min ton pambıq istehsal edilmişdirsə, 1971-1975-cı illərdə bu göstərici 400-450 min tona, məhsuldarlıq isə 22 sentnerə çatdırılmışdı. Doqquzuncu beşilliyin axırlarında respublikanın 6 rayonunda hər hektardan 25-30 sentner pambıq yığılmışdı.
Hələ 1971-ci ildə dövlətə pambıq satışı üzrə beşillik planın son ili üçün nəzərdə tutulan səviyyə yerinə yetirildi və dövlətə 2,2 milyon ton, yəni plandan əlavə 422 min ton pambıq satıldı. Bu o demək idi ki, səkkizinci beşilliyə nisbətən doqquzuncu beşillikdə pambığın orta illik-istehsalı 35 faiz artmışdı.
H. Əliyevin böyük təşkilatçılıq məharəti nəticəsində istehsalın artırılmasına əsasən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək hesabına, yəni kənd təsərrüfatının mühüm sahələrini daha intensiv idarə etmək yolu ilə nail olunurdu.
Pambığın hər hektarından götürülən orta illik məhsul doqquzuncu beşillikdə səkkizinci beşillikdəkinə nisbətən 5,6 sentner artmışdı. 1975-ci ildə 1970-ci ildəkinə nisbətən pambıq əkini sahəsi cəmi 10 faiz genişləndiyi halda, ümumi pambıq istehsalı 34 faiz artmışdı. Doqquzuncu beşillikdə hər il orta hesabla 440 min tondan artıq və ya səkkizinci beş illikdəkindən 113 min ton çox pambıq istehsal edilmişdi. Bu illərdə beşillik plan 124 faiz, başqa sözlə, azı altı ilin planı yerinə yetirilmişdi. Kənd təsərrüfatı üçün yararlı torpaqların hər 100 hektarından 1970-ci ildə 21,9 min manatlıq ümumi məhsul götürüldüyü halda, 1975-cı ildə bu rəqəm 30 min manatdan çox olmuşdu.
Təsərrüfatların pambıq satışından əldə etdikləri gəlir səkkizinci beşillikdəkindən iki dəfə artaraq, 1 milyard 432 milyon manata bərabər olmuşdu. H. Əliyev pambıqçılığın mədəniyyətinin yüksəldilməsinə, onun rentabelliyinin artırılmasına ciddi fikir verir, bu isə daima diqqətin artırılmasını tələb edirdi. Bunların həyata keçirilməsi növbəli pambıq-yonca əkinlərini daha sürətlə tətbiq etməyə və beləliklə də pambıqçılığın ən yüksək gəlirini sahələrdən birinə çevrilməsinə imkan vermişdi. Pambıqçılığın suvarılmasının təşkilində əvvəllər yol verilən ciddi nöqsanlar aradan qaldırıldı, hər yerdə mütəşəkkil suvarma üsulları tətbiq edilməyə başlandı.
Heç şübhəsiz ki, pambıqçılığın inkişafında Muğan, Salyan və Şirvan zonalarında ixtisaslaşdırılmış yeni iri pambıqçılıq təsərrüfatlarının yaradılmasının əhəmiyyəti az olmamışdır. Respublikanın rəhbəri pambığın məhsuldarlığının artırılmasında çox zəhmət tələb edən prosesə əməyini mexanikləşdirilməsini, pambıqyığan maşın və digər kənd təsərrüfatı texnikasından daha səmərəli istifadə ediİməsini diqqət mərkəzində saxlayır, bu işdə yerlərdə buraxılan nöqsanları yüksək tələbkarlıq və prinsipiallıqla üzə çıxarır və onların aradan qaldırılmasının və bütün texnikanın yüksək məhsuldarlıqla işləməsinin təmin edilməsini tələb edirdi. Məhz bu səbəbdəndir ki, Azərbaycan partiya təşkilatı və respublika hökuməti 1976-cı il aprelin 20-də "Azərbaycan SSR kolxoz və sovxozlarında kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi səviyyəsini yüksəltmək və texnikadan istifadə edilməsini yaxşılaşdırmaq tədbirləri haqqında” xüsusi qərar qəbul etdi. Həmin qərarda maşınla pambıq yığımı pambıqçılığın kompleks mexanikləşdirilməsində ən geri qalan sahə kimi qiymətləndirildi və bu sahəyə diqqətin artırılmasının zəruriliyi qeyd edildi və pambıq yığımının mexanikləşdirilməsi səviyyəsinin maksimum təmin edilməsi sahəsində təxirəsalınmaz vəzifələr müəyyən edildi. Görülmüş tədbirlər nəticəsində artıq 1977-ci ildə pambıq yığımının mexanikləşdirilməsi səviyyəsi 40 faizdən çox oldu.
Onuncu beşillik kənd təsərrüfatının digər sahələri kimi respublikamızın pambıqçılığı üçün də əlamətdar olmuşdur. Artıq 1979-cu ildə rekord miqdarda 742 min ton pambıq tədarük edilmiş, bütün pambıqçılıq rayonları plan və öhdəlikləri yerinəyetirmişdi. Bütün pambığın əksər hissəsi birinci sənaye sortları kimi qəbul olunmuşdu. 1976-1980-ci illərdə orta hesabla ildə 650-660 min ton pambıq yığılmış, məhsuldarlıq isə 27-28 sentnerə çatmışdı. 1980-ci ildə respublikanın 12 rayonu və ya bütün pambıqçılıq rayonlarının yarıdan çoxu hər hektardan 35 sentner, üç rayon isə 45 sentnerdən çox məhsul götürmüşdü.
Onuncu beşillikdə respublika dövlətə 3 milyon 265 min ton pambıq vermiş, tədarük planı 126 faiz ödənilmiş, tapşırıqdan əlavə 666 min ton pambıq satılmışdı. On il (1971-1980) ərzində pambıqçılığın ümumi məhsulu 2,2 dəfə artaraq hər hektardan 35,4 sentnerə çatmışdı. Həmin illər ərzində dövlətə 5 milyon tondan artıq, yəni əvvəlki 10 il ərzində olduğundan 1 milyon 790 min ton çox pambıq satılmışdı. Bu rəqəmlər bir də onu göstərirdi ki, doqquzuncu və onuncu beşilliklərdəki məhsul artımı 1965-1969-cıı illərdə istehsal edilmiş pambığın ümumi həcmindən çox olmuşdu. 1980-1985-ci illərdə respublikada hər il azı 600 min ton pambıq istehsal olunması nəzərdə tutulurdu. H. Əliyev demişdi: "Vəzifə toplanmış təcrübə əsasında, elmi nailiyyətləri və qabaqcıl təcrübəni tətbiq etmək əsasında pambıq istehsalını dönmədən artırmaqdan, yeni rekordlar müəyyən etməkdən ibarətdir".
Kənd zəhmətkeşlərinin fədakar əməyi nəticəsində faktiki olaraq onuncu beşillikdə nəzərdə tutulduğundan daha çox pambıq tədarük edildi. Belə ki, həmin beşillikdə orta illik pambıq istehsalı 653,5 min ton,
yəni doqquzuncu beş illikdəkindən 213 və səkkizinci beş illikdəkindən 323 min ton çox olmuşdur. Üç rayon Bərdə, Ağcabədi və Sabirabad rayonları 1980-ci ildə dövlətə demək olar ki, bütün respublikanın 10 il əvvəl istehsal etdiyi qədər pambıq təhvil vermişdirlər. Altı rayonda pambıq istehsalı 50 min ton səviyyəsini ötüb keçmiş, 106 min ton pambıq təhvil verən Bərdə rayonu isə ölkənin pambıqçılıq respublikalarının rayonları arasında ən böyük pambıq istehsalçısı olmuşdu. Pambıqçılığın iqtisadi göstəriciləri nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdı. 1980-ci ildə pambıqçılığın rentabelliyi 1969-cu ildəki 12 faizdən 42 faizə çatmışdı. Məhsulun hər sentnerinin istehsalına əmək məsrəfi 32 faizdən çox azalmışdı. Pambığın keyfiyyətinin yüksəldilməsi mahlıc çıxarının xeyli artmasına səbəb olmuşdu. Dövlət standartlara uyğun gələn pambıq mahlıcı buraxılışı 1969-cu ildə cəmi 3 faiz təşkil etdiyi halda, onuncu beşilliyin axırında 51 faizə çatmışdı.
Respublika rəhbəri on birinci beşillikdə respublika üzrə pambığın məhsuldarlığının hər hektardan orta hesabla 33-35 sentnerə çatdırılması, yığımın mexanikləşdirilməsinin səviyyəsinin xeyli yüksəldilməsi, pambıqçılığın bütün iqtisadi göstəricilərinin yaxşılaşdırılması vəzifəsini irəli sürmüşdü.
Göründüyü kimi, H.Əliyev daima toplanmış təcrübələrdən geniş istifadə edərək, pambıqçılığın daha da inkişaf etdirilməsi üçün konkret tədbirlər müəyyən edilib həyata keçirilməsini tələb edirdi.
H. Əliyevin xüsusi nəzarəti nəticəsində seleksiyanın və toxumçuluğun yaxsılasdırılması işi daim davam etdirilir, sonuncu illər yaxşı nəticələr vermiş "3038" və "Yubiley" yeni pambıq sortlarının genişləndirilməsi üçün şərait yaradılmışdı. O, eyni zamanda alimləri mövcud sortları yaxşılasdırmağa, xüsusən çoxdan becərilən və nisbətən cırlaşmış "S-4727" sortunun tezliklə təzələnməsi üzərində işləməyə çağırırdı.
198l-ci ildə respublikada pambıqçılıq sahəsində ən yüksək nəticəyə nail olunmuş, 1 milyon tondan artıq pambıq istehsal edilmişdi. Respublikada həmin il hər hektarın məhsuldarlığı 34 sentnerə, ayrı-ayrı təsərrüfat və briqadalarda isə 50 sentnerə çatdırıldı. H.Əliyevin operativ rəhbərliyi altında pambıq istehsalçıları ilə pambıqtəmizləmə, pambıq emal edən müəssisələrin əməkdaşlığı güclənmişdi. Emal sənayesinin maddi-texniki bazası möhkəmlənmişdi. Azərbaycan Baş Pambıqtəmizləmə Sənayesinin nəzdindəki qəbul qurumların fəaliyyəti yaxşdaşdırılmış, çox zəhmət tələb edən proseslər mexanikləşdirilmiş, pambıq qurudan və təmizləyən sexlərin fasiləsiz işi təmin edilmiş, kolxoz və sovxozlardan pambıq qəbulunun yaxşı təşkil olunması sayəsində pambığın keyfiyyət göstəricilərinin düzgün qiymətləndirilməsi, mahlıc çıxarının artırılması və onun keyfiyyətinin yüksəldilməsi sahəsində böyük işlər görülmüşdü.
Beləliklə, H. Əliyevin respublikaya rəhbərlik etdiyi 13 il ərzində pambıqçılığın respublikada və bütün keçmiş SSRİ məkanında geniş şöhrət qazanması, hər şeydən əvvəl, onun tükənməz zəhməti, böyük təşkilatçılıq bacarığı, onun kənd əməkçilərinə atalıq qayğısı ilə bağlıdır. Hər il pambığın becərilməsi və yığımı dövründə respublika rəhbəri yorulmaq bilmədən tez-tez pambıqçılıq bölgələrində əmək adamları ilə görüşməsi, onlarla mehriban tikir mübadiləsi aparması kənd zəhmətkeşlərini yeni-yeni əmək qələbələrinə ruhlandırdı. Məhz bunun nəticəsi idi ki, 1969-1982-ci illərdə 11 pambıqçılıq briqadiri Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdü. Sabirabad rayonundakı Qalaqayın kolxozunun briqadiri Zəminə Aslanova, həmin rayonun Qaratəpə kolxozunun briqadiri Fatma Hüseynova, Beyləqan rayonundakı S. Vurğun adına kolxozun briqadiri Əhməd Əhmədov, Ağcabədi rayonundakı "Tacikistan" kolxozunun briqadiri Şaban Rzayev, həmin rayonun Çaparidze adına kolxozundan Suqra Mədətova, Yevlax rayonundakı Malbinəsi kəndinin pambıqçısı Şamama Əliyeva və başqaları belə yüksək fəxri ada layiq görülmüşlər.
Azərbaycan kəndində onlarla istedadlı, təşəbbüskar istehsalat təşkilatçıları, kolxoz və sovxoz rəhbərləri yetişdi və onların bir çoxu yüksək dövlət mükafatları ilə təltif edildilər. Neftçala rayonundakı Qaraymanlı kəndində yerləşən (indiki Nuruş Əliyev adına) kolxozun sədri Nuruş Əliyev, Ağdamın Qərvənd kəndində yerləşən kolxozun sədri Xuraman Abbasova, Sabirabad rayonundakı indiki Nizami kəndində yerləşən kolxozun sədri Gülabba Xəlilov və digərlərınin şöhrəti təkcə respublikaya yox, bütün ittifaqa yayıldı və onlar Sosislist Əməyi Qəhrəmanı adına layiq görüldülər. Respublikada pambıqçılıq sahəsində yaranmış qabaqcıl təcrübə məktəbi, pambığın becərilmə texnologiyası ilə Orta Asiya respublikalarının pambıqçıları daima maraqlanır və bu təcrübədən iftixarla danışır və öz işlərində ondan istifadə edirdilər.
Bütün bunlar keçmiş SSRİ-nin pambıq əkən respublikaları içərisində pambıqçılığın dinamik, intensiv inkişafına görə Azərbaycanın misli görünməmiş nailiyyətlərini sübut edirdi. Üç beşillik ərzində xalqımızın şan-şöhrət mənbəyinə çevrilən pambıqçılıq təkcə əmək adamlarının deyil, bütün yaradıcı adamların da İlham mənbəyinə çevrilmişdi. Bu illərdə həm əllə, həm de pambıqyığan maşınla yığılması sahəsində daha çox əmək nailiyyəti qazananlar haqqında mahnılar, poemalar yazılmış, musiqi bəstələnmiş və rəssamlar onların əməyini əks etdirən əsərlər yaratmışdılar.
Hər il ayrı-ayn rayonların dövlət planlarmı və öhdəliklərini vaxtından qabaq yerinə yetirən bir qrup ən qabaqcıl nümayəndələri respublika televiziyasına dəvət edilirdi, onlar da öz işləri, qazanılan müvəffəqiyyətlərinin sirri haqqında geniş məlumat verirdilər, bu da digər rayonların zəhmətkeşlərini daha əzmlə çalışmağa sövq edirdi.
İldə bir dəfə H.Əliyevin rəhbərliyi və iştirakı ilə respublikada təsərrüfat ilinin yekunlarına, dövlət tapşırıqlarının, sosialist öhdəliklərinin yerinə yetirilməsinə həsr edilmiş ümumrespublika müşavirəsi keçirilirdi və burada zəhmət adamları ilə bərabər respublika ziyalıları, alimləri, şair və yazıçıları, bəstəkar və rəssamları da iştirak edirdi. Bütün bunlar xalqda zəhmət adamlarına olan məhəbbəti artırır, ümum vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olurdu. Lakin H. Əliyev keçmiş ölkə rəhbərlərindən biri kimi Moskvada işlədiyi dövrdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, rəhbərlik və təşkilatçılıq qabiliyyətinin zəif olması və vətənpərvərlik şüurunun az olması nəticəsində iqtisadiyyatın digər sahələri kimi pambıqçılığa da diqqət və qayğı zəiflədi, pambığın əkini və tədarükü ilbəil azalmağa başladı. Əgər 1982-ci ildə 305,7 min hektar sahədə pambıq əkilmişdirsə, 1989-cu ildə bu rəqəm 279 min hektara düşmüş, 1983-cü ildə hər hektardan məhsuldarlıq 28 sentnerə yaxın idisə, 1989-cu ildə bu rəqəm 20 sentnerə enmişdi.
Əlbəttə, belə gərgin zəhmət bahasına əldə edilmiş nailiyyətlərin bir neçə il ərzində heçə endirilməsi bağışlanmaz hal idi. Tarix respublikanın bu üzdəniraq "sahiblərinə" təsərrüfatın dağıdılmasını bağışlamadı, onları səhnədən süpürüb atdı.
1969-1996-cı illər təsərrüfat kateqoriyaları üzrə pambıq istehsalı və satışı barədə
M Ə L U M A T
Məhsulun adı | Ölçü vahidi | 1969 | 1970 | 1971 | 1972 | 1973 | 1974 | 1975 | 1976 | 1977 | 1978 | 1979 | 1980 | 1981 | 1982 |
Pambıq |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Əkin | min hek | 198,3 | 193,0 | 205,9 | 196,4 | 198,2 | 209,6 | 211,4 | 216,2 | 218 | 223,7 | 241,1 | 249,6 | 282,8 | 305,9 |
Məhsul- darlıq | Sent | 15,1 | 17,4 | 18,5 | 22,0 | 20,7 | 25,3 | 21,3 | 24,6 | 23,5 | 26,7 | 30,8 | 35,4 | 29,4 | 18,2 |
Istehsal (tədarük) | Min ton | 299,4 | 335,6 | 381,5 | 431,1 | 409,7 | 531,1 | 451 | 531,7 | 511,8 | 598 | 742 | 753,5 | 831,2 | 559 |
Məhsulun adı | Ölçü vahidi | 1983 | 1984 | 1985 | 1986 | 1987 | 1988 | 1989 | 1990 | 1991 | 1992 | 1993 | 1994 | 1995 | 1996 |
Pambıq |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Əkin | min hek | 303,3 | 296,2 | 295,8 | 300,4 | 303,1 | 299 | 279,7 | 262 | 244,3 | 233,8 | 223,7 | 214,2 | 210,4 | 213 |
Məhsuldarlıq | sent | 19,3 | 26,0 | 26,7 | 26,1 | 23 | 20,6 | 20,8 | 20,7 | 22,1 | 14,4 | 12,7 | 13,2 | 13 | 12,9 |
Istehsal (tədarük) | min ton | 585 | 770,5 | 787,8 | 783,7 | 69,72 | 616,1 | 582 | 542,9 | 539,7 | 336,5 | 285 | 283,7 | 274,1 | 274 |
Nizami Yaqub oğlu Seyidəliyev
aqrar elmlər doktoru, professor