Fuad Əliyev 1990-cı ildə Bakı şəhərində anadan olub.

2011-ci ildə “Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası”-da İnzibati İdarəetmə ixtisası üzrə, 2013-cü ildə Queens University Belfat-da Maliyyə ixtisası üzrə təhsil almışdır.

Təhsil müddətində “Prezident Təqaüdünə” və “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” Təqaüdünə sahib olmuşdur.

2013-2014-cü illərdə “XalqBank” ASC və 2014-2015-ci illərdə “Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi”-ndə Maliyyə Analitiki olaraq çalışmışdır.

2015-2019-cu illərdə “Gilan Holding” və ona daxil alt şirkətlərdə müxtəlif vəzifələrdə çalışmış, Maliyyə Direktoru vəzifəsinədək yüksəlmişdir.

2019-2021-ci illərdə “Grand Agro” MMC-də Maliyyə Direktoru, 2021-ci ildə “Baku Agro Park” MMC-də Direktor Müavini olaraq çalışmışdır.

2022-ci ildən “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-də Maliyyə məsələləri üzrə Direktor Müavini vəzifəsində çalışır Maliyyə Analitikası və İnvestisiyalar üzrə beynəlxalq “CFA” dərəcəsinə malikdir.