Qədirov Ağahüseyn Hüseyn oğlu 1954-cü ildə Beyləqan rayonunda anadan olub.

1972-ci ildə orta məktəbi əla və yaxşı qiymətlərlə başa vuraraq həmin ildə Azərbaycan Politexnik institutunun Texnologiya fakültəsinə daxil olub, 1977-ci ildə “Pambığın emalı” üzrə mühəndis-texnoloq ixtisası üzrə ali təhsilini başa vurub.

1977-1981-ci illərdə Beyləqanda Pambıq tədarükü məntəqəsində laboratoriya müdiri vəzifəsində çalışıb.

1981-1986-ci illərdə Ümumilli lider Heydər Əliyev canablarının respublikaya rəhbərlik etdiyi dövrdə Kənd Təsərrüfatı məhsullarının, xüsusilə pambıqçılığın inkişafı illərində yaxşı işlədiyinə görə Azərbaycan Respublikasının Pambıqtəmizləmə Sənayesi Nazirliyində Pambığın tədarükü və emalı üzrə aparıcı mütəxaəsis vəzifəsinə irəli çəkilib.

1986-1996-cı illərdə Kənd Təsərrüfatı Nazirliyində pambığın tədarükü və emalı üzrə baş mütəxəssis işləyib.

1997-2000-ci illərdə Pambıq zavodlarının özəlləşməsi ilə əlaqədar olaraq Dövlətin “Qızıl səhm”ə Nəzarət tapşırığına əsasən Dövlət Əmlak Komitəsində “Pambıq emalı” bölməsinin müdiri işləyib.

2000-2009-cu illərdə əvvəlcə “MKT-IK” MMC-nin idarə aparatında Pambığın tədarükü və emalı üzrə baş mütəxəssis, daha sonra isə İmişli və Ağcabədi rayonlarında Pambıq emalı zavodlarının direktoru vəzifəsində işləyib.

2009-2018-ci illərdə “CTS-AGRO” MMC-də Pambığın Tədarük və Emalı şöbəsinin müdiri daha sonra isə Baş direktorun müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 17 sentyabr 2016-cı ildə Pambqçılığın inkişafı məsələlərinə dair Sabirabad rayonunda keçirilən respublika müşavirəsindən əvvəl pambıq tarlaları ilə tanış olarkən cənab Prezidentlə görüsüb, onun tapşırığına əsasən pambıqçılığın inkişafı ilə əlaqədar Cəmiyyət tərəfindən görülmüş və görüləcək işlər barəsində ətraflı məruzə etmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.