"Azərpambıq ASK" MMC-nin Saatlı Pambıq İstehsalı və Emalı Zavodunda emal prosesi davam edir

16/01/2023
2022-ci ildə Saatlı Pambıq İstehsalı və Emalı Zavodu (PİEZ) 2600 hektar sahədə pambıq əkini ilə əlaqədar 208 fermerlə müqavilələr bağlamış, ümumilikdə 8038,5 ton xam-pambıq tədarük etmişdir. Hər hektardan orta məhsuldarlıq göstəricisi 30.92 sentner olmuşdur.
Müəssisədə 286 nəfər işçi çalışır.
Zavodun gündəlik xam-pambıq emal gücü 160 ton təşkil edir.
Bu günədək zavod üzrə 10.0 min tona yaxın xam pambıq emala verilmişdir. Emaldan 4.0 min tona yaxın pambıq mahlıcı və 4.9 min ton texniki çiyid alınmışdır.
Hal-hazırda emal prossesi davam edir. Cəmiyyətin İmişli və Sabirabad rayonlarındakı məntəqələrində tədarük olunan xam pambıq da bu müəssisədə emal olunur.
2023-cü ildə Saatlı PİEZ üzrə 2600 hektarda pambıq əkini nəzərdə tutulur.
Hazırda fermerlərlə pambıq əkini barədə müqavilələr bağlanır, çöp doğrama və şum işləri yerinə yetirilir.