7 oktyabr - Ümumdünya Pambıq Günüdür.
Bu gün BMT Baş Assambleyasının 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə təsis olunmuşdur.
Ümumdünya Pambıq Gününün qeyd edilməsi təşəbbüsü 2019-cu ildə Afrika materikinin Benin, Burkina Faso, Çad, Kot-d'İvuar və Mali kimi pambıq istehsal edən ölkələri tərəfindən irəli sürülüb.
Bu gün geniş ictimaiyyət arasında pambığın əhəmiyyəti haqqında məlumatlılığı artıran və sənayenin nailiyyətlərini nümayiş etdirən müxtəlif tədbirlərlə qeyd olunur.