“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC - " Yağ və Sürtkü materiallarının satın alınması " ilə əlaqədar Təchizatçıların Açıq Tenderdə (kağız üsulu) iştirakı ilə bağlı elan
Satınalan təşkilatın adı: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
Satınalan təşkilatın VÖEN-i: 1305532271
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14
Müsabiqənin adı: Yağ və Sürtkü materiallarının satın alınması satın alınması
Müsabiqə nömrəsi: 000031/26
| S/S | İstismar materialının adı | Modeli | Ölçü vahidi | Yekun təlabat |
| 1 | Mühərrik yağı | 15W40, CF-4 | litr | 5800 |
| 2 | Mühərrik yağı | SAE 30, 10DM | litr | 34800 |
| 3 | Mühərrik yağı | 15W40, CH-4 | litr | 2800 |
| 4 | Hidravlika yağı | MQE-46B | litr | 25200 |
| 5 | Transmisiya yağı | SAE 80W90 API GL 5 (TAP-15) | litr | 800 |
| 6 | Antifriz | Antifriz G12 siniflə | litr | 5800 |
| 7 | Konsistent yağı | Litol-24 | kq | 3225 |
| 8 | Hidravlik yağı CLP HİP VG-46 | Malın adı: Hidravlik yağı Sinif: CLP HİP VG-46 100°C kinematik özlülük: 47.4 mm2/san 40°C kinematik özlülük: 9.5 mm2/san Özüllük indeksi: 185 Donma temperaturu: -45°C Partlayış temperaturu: 210°C Çəllək çəki: 208 lt Sertifikat təqdim olunmalıdır | lt | 18096 |
| 9 | Transfarmator yağı T 1500 | Malın adı: Transformator yağı Marka: T1500 Özlülük 50C: 8 mm2/s Özlülük -30C: 1100 mm2/s Yanma temperaturu: 135C Donma temperaturu: -45C 20C olan sıxlıq: 0,885 kq/m3 Qablaşdırma: Bidon Çəllək çəki: 20 litr Sertifikat təqdim olunmalıdır | lt | 300 |
| 10 | KP 2 P0 LITOL-24 (qəhvəyi) | Malın adı: Sürtkü yağı Sinif: KP2P-20 (Litol-24) Spesifikasiya: DIN 51 502 K 3 K -40 Temperatur aralığı: -40C +120C Qablaşdırma: Vedrə Vedrənin çəkisi: 17 kq Sertifikat təqdim olunmalıdır | kq | 1836 |
| 11 | Kompressor yağı SAE 15W40 | Malın adı: Kompressor yağı Sinif: 15W/40 15°C- də özüllük: 0,885 qr/ml 100°C kinematik özlülük: 14,4 mm2/san 40°C kinematik özlülük: 106,4 mm2/san Özüllük indeksi: 139 Dinamil özüllük (-20°C): 6500 mPa*san Donma temperaturu: -42°C Partlayış temperaturu: 224°C Bidon çəkisi: 5 litr Sertifikat təqdim olunmalıdır | lt | 70 |
| 12 | NİQROL | Malın adı: Reduktor yağı Marka: Niqrol İstifadə temperaturu: -15 +50 C Qablaşdırma: Bidon Çəki: 5 Lt Sertifikat təqdim olunmalıdır | lt | 1400 |
Təchizatçıların nəzərinə çatdırmaq istəyirik ki:
- Çatdırılma şərti: Rezident təchizatçılar üçün DDP Şirvan.qeyri rezident təchizatçılar üçün isə DAP Şirvan olaraq müəyyən edilmişdir.
- Son təyinat məntəqəsi: Şirvan Azərbaycan (Mərkəzi anbar- Şirvan şəhəri, M.Qədirov küçəsi)
- Çatdırılma müddəti: Müqavilə bağlandıqdan sonra sifariş əsasında.
- 1 il zəmanət müddəti olmalıdır.
- Satınalmalarda iştirak zamanı təklif edilən məhsulun özünəməxsus texniki və keyfiyyət xüsusiyyətləri (göstəriciləri), mənşə ölkəsi,marka,brend , çatdırılma müddəti, çatdırılma şərti,zəmanəti təklifə əlavə edilməlidir.
- Ödəniş şərti: Müqavilə üzrə ödənişlər podratçının müqavilənin yerinə yetirilməsi haqqında təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 30 (otuz) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır.
Əsas Şərtlər Toplusunun Məlumat Vərəqinin 3-cü bölməsində göstərilən uyğunluq göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədlər (bununla məhdudlaşmamaq şərtilə) təqdim edilməlidir:
- Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış tenderin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən təsdiq olunmalıdır.
- İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış;
Müsabiqənin dərc edilmə tarixi: 10.07.2026, 12:00
Təkliflərin son təqdim olunma tarixi, saatı və yeri: (30.07.2026, 17:00) Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14, ASK Villanın inzibati binası
Zərflərin açılış tarixi, saatı, yeri və forması:
İddiaçılar müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 30 iyul 2026-cı il tarixində saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 31 iyul 2026-cı il tarixində saat 11:00-da video konfrans şəklində keçiriləcəkdir.
İştirak haqqı: 650 (altı yüz əlli) AZN
Təchizatçılar Əsas şərtlər toplusunu əldə etmək və tender təklifləri təqdim etmək üçün aşağıda qeyd olunan Satınalan təşkilatın Bank hesabına iştirak haqqı ödənilməlidir:
Bankın adı: “Kapital Bank” ASC
Swift Code: AIIBAZ2XXXX
Bankın ünvanı: AZ 1001, Bakı şəhəri, Zərifə Əliyeva küç. 63
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
Bank VÖEN: 9900003611
Alan: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
Alanın hesabı: AZ61AIIB38070019440435563105
VÖEN: 1305532271
İştirak haqqı: 383.00 (üç yüz səksən üç) ABŞ dolları
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
Kapital Bank ASC
VÖEN: 1305532271
Hüquqi ünvan: AZ1065, Bakı ş., Yasamal ray., Tbilisi pr. 35,1033-cü məhəllə
H/H: AZ51AIIB38170018400435563105
Bank: Kapital Bank ASC Səbail filialı
Filialın Kodu: 200059
M/h: 070-55.075.527
Müxbir bank: Raiffeisen Bank International AG, Vienna Austria
VÖEN : 9900003611
SWIFТ: RZBAATWW
Qeyd: Cari Açıq Tender üzrə əsas şərtlər toplusunu , Elan verildikdən sonra Bank hesabından ödəniş ilə bağlı çıxarışı və açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət sorğusunu əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsin email ünvanına təqdim edildikdən sonra əldə edə bilərsiniz.
A.S.A.: Abdullayeva Ləman Akif qızı
Vəzifəsi: Satınalma və təchizat şöbəsi aparici mütəxəssis
Tel. (Mobil): +994 55 500 07 44
Tel. (Şəhər): +994 12 525 55 35 (dax. 536)
Elektron poçt ünvan: laman.abdullayeva@azercotton.com