“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC - "Mühafizəçilər üçün uniformaların satın alınması " ilə əlaqədar Təchizatçıların Qiymət Sorğusu (kağız üsulu) prosedurunda iştirakı ilə bağlı
ELAN
Satınalan təşkilatın adı: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
Satınalan təşkilatın VÖEN-i: 1305532271
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14
Müsabiqənin adı: Mühafizəçilər üçün uniformaların satın alınması
Müsabiqə nömrəsi: 000029/26
| Sıra №-si | Satın alınması planlaşdırılan malların : | |||
| Adı | Təsviri | Ölçü vahidi | Miqdarı | |
| 1 | 2 | 3 | 4 | 5 |
| 1 | Mühazifə kitel şalvarı kişi üçün | Kitel- tünd qara,uzunqollu,4 ədəd cib olmalıdır: sinə hissəsində 2 ədəd, aşağı yan hissələrdə 2 ədəd.Ciblər qapaqlı və ya düyməli bağlanma mexanizmi ilə təchiz edilməlidir.Kitelin arxa hissəsində kontrast rəngdə, uzaq məsafədən oxuna bilən "MÜHAFİZƏ" yazısı yerləşdirilməlidir.Şalvar-Kitel ilə eyni rəngdə olmalıdır tünd qara,4 ədəd cib olmalıdır:2 yan və 2 arxa cib olmalıdır.Tərkibi: 65% polyester, 35% pambıq Sıxlığı: minimum 220 q/m². Nəfəsalan və tərləməni minimuma endirən xüsusiyyətə malik olmalıdır. Rəng solmasına və tez-tez yuyulmaya davamlı olmalıdır. | 133,00 | dəst |
| 2 | Köynək (kişi üçün) | Köynək- mavi rəngli, qısaqollu,sinə hissəsində 2 ədəd düyməli. Sol döş cibinin üzərində "MÜHAFİZƏ" yazısı yerləşdirilməli. Parçanın tərkibi minimum 75% pambıq və maksimum 25% polyester | 133,00 | ədəd |
| 3 | Gödəkçə papaqlı (kişi üçün) | Gödəkçə- kişi istifadəçilər üçün nəzərdə tutulmuş tənzimlənən və çıxarıla bilən papaqlı ,qara və ya tünd göy rəngdə,uzun formalı | 133,00 | ədəd |
| 4 | Mühafizə ayaqqabısı | Kişi üçün hündürboğaz,taktiki tip mühafizə xidməti ayaqqabısı (bot/krossovka konstruksiyalı) | 133,00 | cüt |
| 5 | Mühafizə Kepkası | Rəng: Mat qara (Tactical Black) Model: Taktiki tip kepka Cins: Uniseks Mövsüm: Yaz / yay / payız Parça: Rip-Stop və ya gabardin tipli möhkəm material Tərkib: 65% polyester, 35% pambıq və ya ekvivalent Xüsusiyyət: Günəş şüalarına və rəng solmasına davamlı | 133,00 | ədəd |
| 6 | Kostyum kişi üçün | Məhsulun adı: Kişi klassik kostyumu,Növü: Pencək və şalvardan ibarət iki hissəli kostyum Cinsi: Kişi Rəng:qara İki düyməli ön bağlanma sistemi. Notch tipli klassik yaxalıq. Sinə hissəsində bir, yanlarda isə iki qapaqlı cib | 19,00 | dəst |
| 7 | Köynək kişi üçün | Köynək- ağ rəngli, qısaqollu,parçanın tərkibi minimum 75% pambıq və maksimum 25% polyester | 19,00 | ədəd |
| 8 | Mühafizə Gödəkçəsi | Gödəkçə- kişi istifadəçilər üçün nəzərdə tutulmuş ,qara rəngli,qısa formalı | 19,00 | ədəd |
| 9 | Ayaqqabı makasin | kişi istifadəçilər üçün nəzərdə tutulmuş ,qara rəngli. Ayaqqabı nəfəsalan, hava dövranını təmin edən materialdan hazırlanmalı, Dikişlər möhkəm, səliqəli və uzunmüddətli istifadəyə davamlı | 19,00 | cüt |
Təchizatçıların nəzərinə çatdırmaq istəyirik ki:
- Çatdırılma şərti - Rezident təchizatçılar üçün: 1-5 pozisiyalar DDP Şirvan , 6- 9 pozisiyalar DDP Bakı, Qeyri-rezident təchizatçılar üçün: CIP Şirvan,DAP Şirvan
- Çatdırılma müddəti - Hər bir sifariş üzrə çatdırılma müddəti sifariş verildikdən sonra 10 (on) təqvim günündən gec olmayaraq icra olunmalıdır
- Çatdırılma icrası - Çatdırılma sifarişə əsasən hissəli şəkildə nəzərdə tutulur.
- Zərflərin açılışından sonra qiymətləndirmə prosesinin aparılması məqsədilə aidiyyəti struktur bölmə tərəfindən təchizatçılardan təqdim edilən mallara dair nümunələrin təqdim edilməsi tələb oluna bilər. Nümunələrin təqdim edilməsi tərəflər arasında təhvil-təslim aktı əsasında həyata keçirilir
Əsas Şərtlər Toplusunun Məlumat Vərəqinin 3-cü bölməsində göstərilən uyğunluq göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədlər (bununla məhdudlaşmamaq şərtilə) təqdim edilməlidir:
- Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış tenderin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən təsdiq olunmalıdır.
- İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
- Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış;
Müsabiqənin dərc edilmə tarixi: 03.07.2026, 17:40
Təkliflərin son təqdim olunma tarixi, saatı və yeri:
(16.07.2026, 17:00) Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14, ASK Villanın inzibati binası
Zərflərin açılış tarixi, saatı, yeri və forması:
İddiaçılar müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 17 iyul 2026-cı il tarixində saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 20 iyul 2026-cı il tarixində saat 11:30-da video konfrans şəklində keçiriləcəkdir.
İştirak haqqı: 50 (əlli) AZN
Təchizatçılar Əsas şərtlər toplusunu əldə etmək və qiymət təklifləri təqdim etmək üçün aşağıda qeyd olunan Satınalan təşkilatın Bank hesabına iştirak haqqı ödənilməlidir:
Bankın adı: “Kapital Bank” ASC
Swift Code: AIIBAZ2XXXX
Bankın ünvanı: AZ 1001, Bakı şəhəri, Zərifə Əliyeva küç. 63
Müxbir hesabı: AZ37NABZ01350100000000001944
Bank VÖEN: 9900003611
Alan: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
Alanın hesabı: AZ61AIIB38070019440435563105
VÖEN: 1305532271
İştirak haqqı: 29 (iyirmi doqquz) ABŞ dolları
“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC
Kapital Bank ASC
VÖEN: 1305532271
Hüquqi ünvan: AZ1065, Bakı ş., Yasamal ray., Tbilisi pr. 35,1033-cü məhəllə
H/H: AZ51AIIB38170018400435563105
Bank: Kapital Bank ASC Səbail filialı
Filialın Kodu: 200059
M/h: 070-55.075.527
Müxbir bank: Raiffeisen Bank International AG, Vienna Austria
VÖEN : 9900003611
SWIFТ: RZBAATWW
Qeyd: Cari Qiymət Sorğusu üzrə əsas şərtlər toplusunu , Elan verildikdən sonra Bank hesabından ödəniş ilə bağlı çıxarışı və qiymət sorğusunda iştirak etmək niyyəti barədə müraciət sorğusunu əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsin email ünvanına təqdim edildikdən sonra əldə edə bilərsiniz.
Əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsin:
A.S.A.: Suqra Həsənova İlqar qızı
Vəzifəsi: Satınalma və təchizat şöbəsi aparici mütəxəssis
Tel. (Mobil): +994 55 500 07 80
Tel. (Şəhər): +994 12 525 55 35 (dax. 536)
Elektron poçt ünvan: sugra.hasanova@azercotton.com