Maddi aktivlərin sayımı üzrə xidmətin satın alınması

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC -  "Maddi aktivlərin sayımı üzrə xidmətin satın alınması " ilə əlaqədar Təchizatçıların Qiymət Sorğusu (kağız üsulu) prosedurunda iştirakı ilə bağlı 

ELAN

Satınalan təşkilatın adı: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

Satınalan təşkilatın VÖEN-i: 1305532271

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14

Müsabiqənin adı:  Maddi aktivlərin sayımı üzrə xidmətin satın alınması 

Müsabiqə nömrəsi: 000041/26

Sıra №-si Satın alınması planlaşdırılan ximdətin :
Adı                                                                 TəsviriÖlçü vahidiMiqdarı
12345
1Maddi aktivlərin sayımı üzrə xidmətSifarişçiyə məxsus bütün əsas vəsaitlər və mal-material qalıqlarının fiziki sayımı, yararsız aktivlərin müəyyən edilməsi, şəkillərin çəkilməsi və yerli uçotla üzləşdirilməsi; Sayım nəticələrinə görə əsas vəsaitlər və mal-material qalıqları reyestrlərinin hazırlanması;ədəd 1,00 

Təchizatçıların nəzərinə çatdırmaq istəyirik ki:

  1. Çatdırılma şərti: rezident təchizatçılar üçün DDP Bakı şəhəri, İzmir 14
  2. Tamamlama müddəti: Müqavilə bağlandıqdan sonra 5-6 (beş-altı) həftə ərzində; 
  3. Ödəniş şərti: Avans ödəniş nəzərdə tutulub.Müqavilə üzrə ödənişlər podratçının müqavilənin  yerinə yetirilməsi haqqında təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında 30 (otuz) bank günündən gec olmamaq şərti ilə nağdsız hesablaşma yolu ilə aparılacaqdır.

Əsas Şərtlər Toplusunun Məlumat Vərəqinin 3-cü bölməsində göstərilən uyğunluq göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədlər (bununla məhdudlaşmamaq şərtilə) təqdim edilməlidir:

  1. Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış tenderin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən təsdiq olunmalıdır.
  2. İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
  3. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
  4. Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
  5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış;
  6. Peşəkarlıq və təcrübə -Son 3-5 il ərzində Ümumilikdə ən azı 50 000.00 (əlli min) AZN məbləğində icra edilmiş və ya icrasının 80 faizdən çoxu tamamlanmış cari satınalma predmetinə oxşar ən azı 3 (üç)  müqavilə təqdim edilsin

Müsabiqənin dərc edilmə tarixi: 10.09.2026,  10:00

Təkliflərin son təqdim olunma tarixi, saatı və yeri: (23.09.2026, 17:00) Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14, ASK Villanın inzibati binası

Zərflərin açılış tarixi, saatı, yeri və forması:

İddiaçılar müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 23 sentyabr 2026-cı il tarixində saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 24 sentyabr 2026-cı il tarixində saat 11:30-da video konfrans şəklində keçiriləcəkdir. 

İştirak haqqı: 50 (əlli) AZN 

Təchizatçılar Əsas şərtlər toplusunu əldə etmək və tender təklifləri təqdim etmək üçün aşağıda qeyd olunan Satınalan təşkilatın Bank hesabına iştirak haqqı ödənilməlidir:

Bankın adı: “Kapital Bank” ASC

Swift Code: AIIBAZ2XXXX

Bankın ünvanı: AZ 1001, Bakı şəhəri, Zərifə Əliyeva küç. 63

Müxbir hesabı: AZ37NABZ01350100000000001944

Bank VÖEN: 9900003611

Alan: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

Alanın hesabı: AZ61AIIB38070019440435563105

VÖEN: 1305532271

Qeyd: Cari Qiymət sorğusu üzrə əsas şərtlər toplusunu , Elan verildikdən sonra Bank hesabından ödəniş ilə bağlı çıxarışı və açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət sorğusunu əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsin email ünvanına təqdim edildikdən sonra əldə edə bilərsiniz.

 A.S.A.: Suqra Həsənova İlqar qızı

Vəzifəsi: Satınalma və təchizat şöbəsi aparici mütəxəssis

Tel. (Mobil): +994 55 500 07 80 

Tel. (Şəhər): +994 12 525 55 35 (dax. 536)

Elektron poçt ünvan: sugra.hasanova@azercotton.com