16 aprel 1974-cü ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə Dövlət Neft Akademiyasına daxil olub.
1995-ci ildə "Yanacaq-energetika kompleks sahələrində iqtisadiyyat və idarəetmə" ixtisası üzrə tam kursu bitirib.
1995–2017-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində rəhbər vəzifələrdə çalışıb.
18 dekabr 2017-ci ildə "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Maliyyə Departamentinin direktoru vəzifəsinə təyin olunub.
21 yanvar 2020-ci ildə "Strateji İnkişaf və Kommersiya" departamentinin direktoru vəzifəsinə təyin olunub.
10 dekabr 2021-ci il tarixindən "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin direktoru vəzifəsində çalışır.