05.05.2026

“Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında mövcud olan metal tullantılarının satışa çıxarılması haqqında

“Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında mövcud olan müxtəlif növ metal tullantıları satışa çıxarılır. Satışa çıxarılan metal tullantıları aşağıdakı növləri əhatə edir: • dəmir metal tullantıları; • polad qalıqları; • istehsalat prosesindən yaranmış metal hissələr; • köhnəlmiş metal konstruksiyalar və avadanlıq hissələri. Metal tullantılarının ümumi həcmi və texniki göstəriciləri ilə maraqlanan şəxslər və təşkilatlar e-mail göndərilməsi vasitəsilə və ya şifahi formada müraciət edə bilərlər. Şərtlər: • Satış birbaşa razılaşma əsasında həyata keçiriləcəkdir; • Təkliflər yazılı formada qəbul olunacaq; • Qiymət və digər kommersiya şərtləri danışıqlar yolu ilə müəyyən ediləcəkdir; • Şirkət üçün münasib qiymət təklif edən alıcılara üstünlük veriləcəkdir. Müraciət üçün əlaqə: E-mail: ulviyya.mammadova@azercotton.com Telefon: 055 500 17 10 Elanın müddəti 31 may 2026-cı il tarixində bitir.