Tarla günü

21/09/2022

Bugünlərdə Ağcabədi rayonunda keçirilən "Tarla günü" tədbirində Azərpambıq ASK MMC-nin Əməkdaşları-Cəmiyyətin aidiyyatı şöbə müdirləri,filialların rəhbər heyəti, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Türk mütəxəsislər iştirak etmişlər.Görüşdə tədarük öncəsi məsələlərdən danışılmış, müvafiq tapşırıqlar verilmişdir. Türk mütəxəssislər tərəfindən isə maarifləndirici çıxışlar olmuşdur.

Tarla günü" görüşləri məhsuldarlığın inkişaf etdirilməsi-toxum səpininin, suvarmanın,becərmənin və digər proseslərin diqqətdə saxlanılması üçün əhəmiyyətli rol oynayır. Bundan başqa aidiyyatı üzrə mütəxəsisslərlə fermerlərin birgə fikir mübadiləsi xüsusi rol oynayır.Bütün bunları nəzərə alaraq belə tədbirlərin Azərpambıq ASK MMC tərəfindən müdəmadi olaraq təşkil olunması sahələrdən bol məhsul götürməyə zəmin yaradacaqdır.