“Azərpambıq ASK” MMC-nin təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib

07/11/2023
6-7 noyabr tarixlərində "Azərpambıq ASK" MMC tərəfindən 8 noyabr - Zəfər Günü, 9 noyabr - Bayraq Günü münasibəti ilə xeyriyyə aksiyası keçirilib.
Aksiya Salyan, Saatlı, Ağdam, Tərtər rayonlarını əhatə edib. Aksiya zamanı bu rayonlarda yaşayan 200 şəhid və qazi ailəsinə ərzaq bağlamalarından ibarət sovqat paylanıb.