Məftil Kəmərin satın alınması

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC -  "Məftil Kəmərin  satın alınması" ilə əlaqədar Təchizatçıların Açıq tender (kağız üsulu) prosedurunda iştirakı ilə bağlı 

ELAN

Satınalan təşkilatın adı: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

Satınalan təşkilatın VÖEN-i: 1305532271

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14

Müsabiqənin adı: "Məftil Kəmərin  satın alınması"

Müsabiqə nömrəsi: 000012

Sıra №-si Satın alınması planlaşdırılan malların 
Adı                                                                 TəsviriÖlçü vahidiMiqdarıMənşə ölkəsi Çatdırılma müddətiZəmanət
12345678
1Məftil KəmərMalın adı: Məftil-kəmər
Qalınlıq: 3 mm
Ölçü: 2390 (±5) mm
Material: ST 55
Qırılma müqaviməti: 137.7 - 158.1 kgf/mm2
Kilidlərin qırılma müqaviməti: 925 kgf
Təyinatı: Mahlıcın kipləşdirilməsi
Növü: Hazır məftil-kəmər

 

ədəd

 

1036000

   

Təchizatçıların nəzərinə çatdırmaq istəyirik ki:

  1. Çatdırılma şərti resident Təchizatçılar üçün DDP Şirvan, qeyri resident Təchizatçılar üçün isə CPT ,CİP Şirvan olaraq müəyyən edilmişdir.
  2. Çatdırılma müddəti –  sifariş verildikdən sonra 10 (on ) təqvim günü ərzində nəzərə alınmalıdır.
  3.  Tələbatda adı çəkilən məftil-kəmərlər spesifikasiyada qeyd edilən keyfiyyət standartlarına uyğun olmalı və 1 il zəmanət müddəti olmalıdır.
  4. Keyfiyyət göstəricilərinin yoxlanılması üçün iddiaçılar tərəfindən nümunələr təqdim edilməlidir (10 ədəd).
  5. Satınalmalarda iştirak zamanı təklif edilən məhsulun özünəməxsus texniki və keyfiyyət xüsusiyyətləri (göstəriciləri), mənşə ölkəsi, çatdırılma müddəti, çatdırılma şərti,zəmanəti təklifə əlavə edilməlidir.

Əsas Şərtlər Toplusunun Məlumat Vərəqinin 3-cü bölməsində göstərilən uyğunluq göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədlər (bununla məhdudlaşmamaq şərtilə) təqdim edilməlidir:

  1. Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış tenderin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən təsdiq olunmalıdır.
  2. İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
  3. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
  4. Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
  5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış;

Müsabiqənin dərc edilmə tarixi: 11.03.2025,  10:00

Təkliflərin son təqdim olunma tarixi, saatı və yeri:

(10.04.2025, 17:00) Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 14, ASK Villanın inzibati binası

Zərflərin açılış tarixi, saatı, yeri və forması:

İddiaçılar müvafiq sənədləri möhürlənmiş və hər iki tərəfi imzalanmış zərflərdə 10 aprel 2025-ci il tarixində saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, İzmir küç. 14, “ASK VİLLA” ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 11 aprel 2025-ci il tarixində saat 11:00-da video konfrans şəklində keçiriləcəkdir. 

İştirak haqqı: 650 (altı yüz əlli ) AZN 

Təchizatçılar Əsas şərtlər toplusunu əldə etmək və tender təklifləri təqdim etmək üçün aşağıda qeyd olunan Satınalan təşkilatın Bank hesabına iştirak haqqı ödənilməlidir:

Bankın adı: “Kapital Bank” ASC

Swift Code: AIIBAZ2XXXX

Bankın ünvanı: AZ 1001, Bakı şəhəri, Zərifə Əliyeva küç. 63

Müxbir hesabı: AZ37NABZ01350100000000001944

Bank VÖEN: 9900003611

Alan: “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

Alanın hesabı: AZ61AIIB38070019440435563105

VÖEN: 1305532271

İştirak haqqı: 382 (üç yüz səksən iki) (USD)

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

Kapital Bank ASC

VÖEN: 1305532271

Hüquqi ünvan: AZ1065, Bakı ş., Yasamal ray., Tbilisi pr. 35,1033-cü məhəllə 

H/H: AZ51AIIB38170018400435563105

Bank: Kapital Bank ASC Səbail filialı

Filialın Kodu: 200059

M/h: 070-55.075.527

Müxbir bank: Raiffeisen Bank International AG, Vienna Austria

VÖEN : 9900003611

SWIFТ: RZBAATWW

Qeyd: Cari Açıq tender üzrə əsas şərtlər toplusunu , Elan verildikdən sonra Bank hesabından ödəniş ilə bağlı çıxarışı və açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət sorğusunu əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsin email ünvanına təqdim edildikdən sonra əldə edə bilərsiniz.

Əlaqələndirici şəxs kimi satınalan təşkilatın vəzifəli şəxsin:

 A.S.A.: Suqra Həsənova İlqar qızı

Vəzifəsi: Satınalma və təchizat şöbəsi aparici mütəxəssis

Tel. (Mobil): +994 55 500 07 80 

Tel. (Şəhər): +994 12 525 55 35 (dax. 536)

Elektron poçt ünvan: sugra.hasanova@azercotton.com