Hüseyn Heydər oğlu Qafarov 7 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olub.
2007-ci ildə Bakı şəhəri 9 nömrəli tam orta məktəbini bitirib.
2011-ci ildə Azərbaycan Texniki Universitetinin Texnoloji maşınlar və avadanlıqlar fakültəsi üzrə bakalavr təhsilini, 2013-cü ildə isə həmin universitetdə Mexaniki mühəndislik ixtisası üzrə magistr təhsilini başa vurub.
Hazırda Azərbaycan Texniki Universitetinin dissertantıdır.
Əmək fəaliyyətinə Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodunda baş mexanik vəzifəsində başlayıb.
Əmək fəaliyyətinə Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodunda baş mexanik vəzifəsində başlayıb. Daha sonra "CTS-Agro" MMC-də baş mühəndis, "NORM" MMC-də planlama mühəndisi, **"Azərsun Holdinq"**in Azərbaycan Duz İstehsalat Birliyində texniki işlər üzrə mütəxəssis, "Azərbaycan Sənaye Korporasiyası" ASC-də aqrar sənaye məhsullarının istehsalı üzrə baş mütəxəssis,
"R-Pharm" MMC-də texniki direktor və "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-də baş mühəndis vəzifələrində çalışıb.
10 fevral 2021-ci il tarixindən "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-də direktorun birinci müavini vəzifəsində fəaliyyət göstərir.